Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Kalbaoruc Dizə | |
---|---|
39°17′40″ şm. e. 45°28′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb.
Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 431 | 211 | 220 |
2009[6] | ↗537 | ↗261 | ↗276 |
Kənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi olaraq tam orta məktəb mövcuddur.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.