Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd.[1]
Yarımca | |
---|---|
39°13′42″ şm. e. 45°26′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim "kəndin yarısı" mənasındadır.[2]
Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1866 | Yarımca yaşayış yeri[3] | E.ə. II–I minilliklər | Yarımca kəndi | Arxeoloji | Ölkə |
1867 | Yarımca nekropolu[4] | Dəmir dövrü, Orta əsrlər |
Yarımca kəndi | Arxeoloji | Ölkə |
Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 1282 | 645 | 637 |
2009[6] | ↗1476 | ↗744 | ↗732 |
Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur.
Kənddə mədəniyyət evi mövcuddur.
Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə tibb məntəqəsi mövcuddur.