Gülşənabad

GülşənabadNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Gülşənabad kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Payız kəndi mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Gülşənabad
39°22′18″ şm. e. 45°23′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.113 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gülşənabad xəritədə
Gülşənabad
Gülşənabad

Kəndin keçmiş adı Şeytanabad olmuş, Sovet hakimiyyəti illərində dəyişdirilmişdir. Oykonim "güllük, laləzar, çəmənlik" mənalarındadır.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Cəhriçayın sahilində, dağətəyi ərazidə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 463 224 239
2009[5] ↗551 ↗278 ↗273

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə Gülşənabad kənd ibtidai məktəbi fəaliyyət göstərir.[6]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
  3. Gülşənabad // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 35". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  6. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]