Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Məmmədrza Dizə | |
---|---|
39°17′14″ şm. e. 45°27′34″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 480 | 235 | 245 |
2009[6] | ↗553 | ↗267 | ↗286 |
Kənddə mədəniyyət evi mövcuddur.
Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir.[8]
Kənddə səhiyyə müəssisəsi mövcuddur.