Araz (Babək)

ArazNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Araz kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Araz
39°06′51″ şm. e. 45°25′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 257 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Araz xəritədə
Araz
Araz

1972-ci ildə Araz su qurğuları tikintisinin fəhlə qəsəbəsi kimi yaranmışdır. Adını ərazisindəki eyniadlı çaydan almışdır.[4]

Azərbaycanda 2009-cu il əhali siyahıyaalınması zamanı kəndin əhalisi 133-ü kişi, 124-ü isə qadın olmaqla 257 nəfər olmuşdur.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad–Babək–Nehrəm–Araz dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır[6].

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə Araz kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=20.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  4. Araz (Babək) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2010. səh. 36. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  6. "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:15. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
  7. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]