Əlvida, Cənub Şəhəri (2006)

Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir.

Əlvida, cənub şəhəri
Janr Dram
Rejissor Oleq Səfərəliyev
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Fuad Poladov-Fariz
Fəxrəddin Manafov-Rza
Teymur Bədəlbəyli-Alik
Mehriban Zəki-Maya
Operator Murad Əliyev
Bəstəkar Səyavuş Kərimi
Rəssam Mayis Ağabəyov
İstehsalçılar "Azərbaycanfilm" Kinostudiyası
"İbrus" Studiyası
İlk baxış tarixi 4 sentyabr 2006, Bakı("Şərq-Qərb" Beynəlxalq Film Festival)
16 fevral 2007, Berlin, Almaniya(Berlin Film Festivalı)
1 aprel 2007, İstanbul, Türkiyə(İstanbul Film Festivalı)
Filmin digər adı Ümid Sahili (çəkiliş zamanı)
Filmin növü tammetrajlı bədii film
Müddət 90 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Rusiya Rusiya
Dillər Azərbaycan dili
rus dili
İl 2006
Texniki məlumatlar 10 hissə
35 mm
"Kodak" kinolenti
Rəng rəngli
Çəkiliş yeri Bakı
Bakı, Milli Park
Bakı, İçərişəhər
IMDb ID051861
"Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız – Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir şillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)2006-cı ildə V milli "Qızıl Çıraq" Mükafatı
  • Film ən yaxşı tammetrajlı bədii film nominasiyasında Mükafat almışdır.
  • Film ən yaxşı ssenari nominasiyasında Mükafat almışdır.
  • Aktyor Teymur Bədəlbəyli ən yaxşı kişi rolu nominasiyasında Mükafat almışdır.
2)2007-ci ildə Moskvada "Moskovskaya Premyera" IV Kinofestivalı
  • Film "Art-Xətt" proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti Mükafatı almışdır.
  • Film adından da göründüyü kimi, "Bir Cənub Şəhərində" filminin məntiqi davamı kimi düşünülmüşdür.
  • Film Rüstəm İbrahimbəyovun "Təbəssümlə Oyanaraq" əsəri əsasında çəkilmişdir.
  • Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq "Avrasiya" kinofestivalında nümayiş etdirilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Oleq Səfərəliyev
Quruluşçu operator : Murad Əliyev
Quruluşçu rəssam : Mayis Ağabəyov, Əziz Məmmədov
Bəstəkar : Səyavuş Kərimi
Səs rejissoru : Əsəd Əsədov
Geyim rəssamı : Məlahət Hümbətova
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : Gülşən Səlimova
Rejissor : Çingiz Həsənov
Rejissor qrupu : Arzu Abdullayeva, Rövşən Ağayev (II), Elman Qasımov, Etibar Hüseynov
Operator qrupu : Nizami Abbasov, Tərlan Babayev, Pərvin Cavadov, Sancar İrmaqanbetov
Prodüser : Rüstəm İbrahimbəyov
Qrim : Polina Tkaçenko
Pirotexnik : Vaqif Qurbanov
Səs texnikləri : Dmitri Mazulevski, Elmira Səmədova
İşıqçılar : Oruc Şahməmmədov, Adil Dadaşov, Akif Rəhimov
Redaktorlar : Ramiz Rövşən, Rafiq Əliyev (II)
Dirijor : Teymur Göyçayev
Vokal : Sevda Ələkbərzadə
İcraçı prodüser : Adil Qulami
İnzibatçılar : Akif Əliyev, Tofiq Musayev, İlqar Musayev (II), Fəxri İbrahimov
Mühasiblər : Yevgeniya Bosmanova, Yelena Jarkova
Sürücülər : Yuri Neçayev, Rafiq Səfərov, Oqtay Əliyev, Ələkbər Əbdülov, Şamil Həsənov, Kərim Məmmədov, Rövşən Babayev
Musiqilərindən İstifadə edilən Bəstəkar : Qara Qarayev, Mehriban Zəki
Mahnı İfa edən : Sevda Ələkbərzadə, Mehriban Zəki("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(2-ci şəxs titrlərdə yoxdur)
Mahnı Mətninin Müəllifi : Ramiz Rövşən("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(titrlərdə yoxdur)
Teymur Bədəlbəyli — Alik
Mehriban Zəki — Maya
Fuad Poladov — Fariz
Fəxrəddin Manafov — Rza
Rafiq Əliyev (II) — Nazim
Kamal Xudaverdiyev — İsmayıl dayı
Sənubər İsgəndərli — bacı
Elmira Şabanova — Xanımana
Şamil Süleymanov — inspektor
Hacı İsmayılov — MİS müdiri
Tofiq Mirzəyev — baba
Sadıq Əhmədov — polis işçisi
Həsən Seyidbəyli (II) — bacıoğlu
"Qaya" Vokal Kvarteti
Teymur Mirzəyev
Arif Hacıyev
Rauf Babayev
Cavan Zeynallı
Şahin Növrəsli — fortepiano ifaçısı
Natiq Şirinov — nağara ifaçısı
Y. Eyvazov — ud ifaçısı
V. Neverov
V. Vasilçenko
Aleksandra Anikuşina-Lusya
Yana Nikitina
Naibə Allahverdiyeva
R. Quliyev
T. Musayev
R. Ağayev
S. Ağaəliyev
T. Rəvan
Elbrus Vahidov
Arif Kərimov
Tofiq Hüseynov
A. Şərifov
S. Qulamov
Manaf Dadaşov
İ. Əhmədov
A. Mikayılova
İntiqam Soltan
A. Rəhimov
S. Həsənov
Məhərrəm Musayev
E. Şirəliyev
Arif Qasımov
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.