Əsgər Talıb oğlu Məmmədov (1947, Kirəvud, Lerik rayonu – 28 yanvar 2023) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Sovetinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri.
Əsgər Məmmədov | |
---|---|
2 iyun 1992 – 16 oktyabr 1994 | |
Baş nazir | Rahim Hüseynov (1992-1993) Əli Məsimli (1993) Pənah Hüseyn (1993) Surət Hüseynov (1993-1994) Fuad Quliyev (1994-1996) |
1990 – 1995 | |
Seçki dairəsi | 222 nömrəli Borsunlu |
Sonrakı | vəzifə ləğv olundu |
1991 – 1992 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Faiq Cəfərov |
1991 – 1991 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1986 – 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 2023 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Əsgər Məmmədov Azərbaycan Sovet Sosialist Respublikasının Lerik rayonunun Kirəvud kəndində doğulmuşdur.[1]
Əsgər Məmmədov 28 yanvar 2023-cü ildə uzun sürən xəstəliyin ardından ölmüşdür.[1] Cənazə mərasimi Təzəpir məscidində keçirilmişdir.[2]
Əsgər Məmmədov 1986–1991-ci illərdə Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Daha sonra o, Goranboy Rayon Sovetinin sədri seçilmişdir.[1]
Azərbaycan SSR Ali Sovetinə 1990-cı ildə keçirilən seçkilərdə Əsgər Məmmədov 222 saylı Borsunlu seçki dairəsindən deputat seçilmişdir. O, Azərbaycan Ali Sovetinin 8 fevral 1991-ci il tarixli qərarı ilə DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün yaradılmış Redaksiya komissiyasının üzvü seçilmişdir.[3]
Müstəqilliyin elanından sonra icra hakimiyyəti strukturları yaradılmış və Əsgər Məmmədov Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 2 iyun 1992-ci il tarixli 815 nömrəli fərmanı ilə Azərbaycan baş nazirinin müavini təyin olunmuşdur.[4] Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 11 iyun 1992-ci il tarixli 832 nömrəli fərmanı ilə başqa işə keçdiyi üçün vəzifəsindən azad edilmişdir.[5] Əsgər Məmmədov 16 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 232 nömrəli fərmanı ilə baş nazirin müavini vəzifəsindən azad edilmişdir.[6]
Vəzifədən azad olunduqdan sonra Əsgər Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmuş və bir müddət partiyanın baş katibi vəzifəsini tutmuşdur. O, partiya üzvü olaraq deputatlığa namizəd də olmuşdur.[7]