1930-cu il Şəki üsyanı (film)

1930-cu il Şəki üsyanı qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Taleh İsmayıl tərəfindən ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, BalakənOğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır. Film bu tarixi hadisələrdən bəhs edir.

1930-cu il Şəki üsyanı
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Taleh İsmayıl
Prodüser Kamil Muradov
Ssenari müəllifi Mahir Qəribov
Baş rollarda Xanlar Həşimzadə
Nemət Ağabalayev
Aydın Əlibalayev
Operator Manaf Quliyev
İstehsalçı İctimai televiziya (Carçı film)
Filmin növü qısametrajlı sənədli-bədii televiziya filmi
Müddət 36 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, BalakənOğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır.[1]

Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və rayon partiya komitəsinin binaları seçilmişdi.

20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Mahir Qəribov
Rejissor: Taleh İsmayıl
Operator: Manaf Quliyev
Prodüser: Kamil Muradov

Rollarda[redaktə | mənbəni redaktə et]

Xanlar Həşimzadə
Nemət Ağabalayev
Aydın Əlibalayev
Pərvin İsmayılov

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəki üsyanı (1930)". 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.