Baqnayr monastırı

Baqnayr monastırıTürkiyədə yerləşən X əsrə aid erməni monastırı.

Baqnayr monastırı
Բագնայրի վանք
Xəritə
40°30′48″ şm. e. 43°29′03″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Qozluca
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi X əsr
Üslubu Erməni memarlığı
Baqnayr monastırı (Türkiyə)
Baqnayr monastırı
Monastırın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baqnayr monastırınn qalıqları qədim Ani şəhərndən bir neçə mil Qərbdə, Aladağın yan tərəfində Kozluca adlı kəndin ərazisindədir. Baqnayr sözü qədim erməni dilndən (qrabar) tərcümədə "alovlar mağarası" deməkdir və buna əsaslanan tədqiqatçılar məbədin qədim bir atəşpərəstlik məbədinin üstündə inşa olunduğunu düşünürlər.

Monastırın tarixçəsiylə bağlı bir neçə orta əsr erməni dilli mənbədə məlumat var. Belə ki, XI əsr erməni tarixçisi Stefanos Asogik monastır kompleksinin 989-cu ildə Vahram Pahlavuni tərəfindən inşa edildiyini qeyd edir.

XI əsrin ortalarından etibarəb monastır həm də böyük bir dini mərkəzə çevrilir və bu mövqeyni XIII əsrə qədər qoruyur. Kompleks ərazisindən tapılan kitabələr isə məbədlərdən birinin 1145, birinin 1200, digərininn isə 1223 və ya 1229 - cu ildə inşa edilməsi haqqında məlumat verir.

Monastırın yerləşdiyi ərazi XIII əsrdə köçəri türk tayfalarının əlinə keçdikdən sonra monastır tərk edilmiş, XIX əsrdə isə türk tayfaları tərəfindən yazlıq istinadgah kimi istifadə olunmuşdur. XIX əsrin sonlarından isə monastır dağılmış və günümüzə yalnız xarabalıqları qalmışdır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsas monastır binasının planını 1983 - cü ildə binanın qalıqlarını və 1960 - cı ildə çəkilmiş fotoşəkilləri incələdikdən sonra J.M. Thierry çəkmişdir.

Kompleksin əsas kilsə binası - Surp Astvatsatzin (Müqəddəs Məryəm ana) kilsəsinin Vahramın oğlu şahzadə Smbat Magistros Pahlavuni tərəfindən inşa edildiyi düşünülməkdədir. Məbəddəki ən qədim yazı 1042-ci ilə aiddir. Kilsəinin girişi Qərb tərəfdən, "jamatun" adı veriln böyük dördkünc zaldandır. 1870-ci ildə çəkilmiş fotoya əsasən demək olar ki, məbəd XIX əsrin ortalarına qədər öz ilkin görünüşünü saxlayaraq mükəmməl bir vəziyyətdə çatmışdır. Lakin bu gün məbədin sadəcə bir neçə divar qalmışdır.

Əsas kilsəyə Cənub-Şərq tərəfdən bitişik olan daha bir kiçik kilsə olmuşdur. 1960-cı ildə çəkilmiş fotoda kilsənin xarabalıqları görünsə də, dövrümüzə həmin kilsədən sadəcə daş qrıqları çatmışdır.

Əsas kilsəyə ən yaxın olan kilsələrdən biri isə təxminən XI yüzilin əvvəllərinə aid edilir. XIX əsrdə həmin kilsədəki yalnız məzarda QriQor Lusavoriçin dəfn edildiyini iddia edirdilər.

Digər bir kiçik kilsədə isə, həmin kilsəni Əziz adlı bir qadının Qriqor adlı oğlu tərəfindən anasının xatirəsinə, 1145-ci ildə inşa edildiyini göstərən bir kiyabə var imiş. Həmin kitabədən məlum olur ki, bu kilsə Səlcuqlular imperiyasının tərkibində olan Ermənistanda inşa edilmiş nadir abidələrdəndir.

Əsas kompleksdən Şimalda isə möhtəşəm bir altıbucaqlı kilsə mövcud olmuşdur. Kilsənin girişi Qərb tərəfdən olmuşdur. Kilsənin divarında 1229 - cu ildə inşa edildiyini göstərən bir yazı olsa da tədqiqatçılar kilsənin daha qədim olduğunu, təxinən X əsrdə inşa edildiyini qeyd edirlər.