Sarıhacılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.[1] Qarabağ düzündə yerləşir.
Sarıhacılı | |
---|---|
39°59′16″ şm. e. 46°53′57″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Sarıhacılı kənd 1993-cü il 23 iyulda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə geri qaytarılır.
1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır [2]. Ola bilsin ki, Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını Sarı Hacı şəxs adından götürmüşdür.[3]
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |