Araz — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Araz kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Araz | |
---|---|
39°06′51″ şm. e. 45°25′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1972-ci ildə Araz su qurğuları tikintisinin fəhlə qəsəbəsi kimi yaranmışdır. Adını ərazisindəki eyniadlı çaydan almışdır.[4]
Azərbaycanda 2009-cu il əhali siyahıyaalınması zamanı kəndin əhalisi 133-ü kişi, 124-ü isə qadın olmaqla 257 nəfər olmuşdur.[5]
2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad–Babək–Nehrəm–Araz dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır[6].
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Araz kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.