Bu adın digər istifadə formaları üçün bax:
Seyidkənd.
Seyidkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda
kənd.[1]
Rayon mərkəzindən 810 km cənub-qərbdə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli
(Artaşat) rayonunun tərkibində olmuşdur. Kəndin bir adı «Qarapapaq kəndi» olmuşdur[2]. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim seyid etnonimi ilə[4] kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlib «seyid tayfasının yaşadığı kənd» deməkdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1831-ci ildə 130 nəfər, 1873 - cü ildə 345 nəfər, 1886-cı ildə 346 nəfər, 1897-ci ildə
483 nəfər, 1904 - cü ildə 410 nəfər, 1914 - cü ildə 705 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata yurdlarına dönə
bilmişdir. Burada 1922-ci ildə 99 nəər, 1926-cı ildə 131 nəfər, 1931-ci ildə 118 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kəndin əhalisi zorla Azərbaycana köçürülmüşdür. 1952-cı ildə geri qayıdıb rayondakı Kalinin adına qəsəbədə yaşamışlar. 1988-ci ildə Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.223
- ↑ Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.55
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50-51, 130-131
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|