Azərbaycanın şəhər tipli qəsəbələri

Azərbaycanın şəhər tipli qəsəbələri — əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çoxdursa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilir. İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayonşəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər.

Hazırda Azərbaycan Respublikasında 25 şəhər tipli qəsəbə mövcuddur.[mənbə göstərin] Təkcə paytaxt Bakı şəhərində 4 şəhər tipli qəsəbə mövcuddur.

Bir çox ölkələrdə şəhərqəsəbədən daha kiçik yaşayış yaşayış məntəqəsidir.

Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.

Adı Tabelilik
Rəsulzadə Binəqədi rayonu
Xocəsən Binəqədi rayonu
Pirallahı Pirallahı rayonu
Çilov Pirallahı rayonu
Lökbatan Qaradağ rayonu
Sahil Qaradağ rayonu
Bilgəh Sabunçu rayonu
Keşlə Nizami rayonu
Binə Xəzər rayonu
Corat Sumqayıt
Kərkicahan Xankəndi
Zarıslı Şuşa rayonu
İstisu Kəlbəcər rayonu
Qırmızı Bazar Xocavənd rayonu
Sabir Şamaxı rayonu
Samur Qusar rayonu
Qonaqkənd Quba rayonu
Qırmızı Qəsəbə Quba rayonu
Hacıməlik Göygöl rayonu
Xudat Xaçmaz rayonu
Nabran Xaçmaz rayonu
Şuraabad Xızı rayonu
Göytəpə Cəlilabad rayonu
Nərimanabad Lənkəran rayonu
Nehrəm Naxçıvan
Ərəfsə Culfa rayonu
Parağaçay Ordubad rayonu
Heydərabad Sədərək rayonu
Badamlı Şahbuz rayonu
Hirkan Lənkəran rayonu
İstisu Lənkəran rayonu

İstinadlar[redaktə | mənbəni redaktə et]