AMEA Naxçıvan Bölməsi

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan BölməsiAzərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri.

AMEA Naxçıvan Bölməsi
Yaranma tarixi 2002
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Naxçıvan şəhəri
Sədr İsmayıl Hacıyev
AMEA-nın həqiqi üzvü
ameanb.az

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmışdır.

Strukturu[redaktə | mənbəni redaktə et]

Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir.

2003—2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.[1].

AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür.[1]

İnstitutlar[redaktə | mənbəni redaktə et]

Əlyazmalar Fondu[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ümummilli lider H.Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmış, 08 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır.

Fəaliyyət istiqamətləri Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdıdırlması, qorunması, tədqiqi, nəşri və təbliğidir.

Şöbələri[redaktə | mənbəni redaktə et]

  1. Əlyazmaların toplanması şöbəsi.
  2. Əlyazmaların kataloqlaşdırlması, tədqiqi və nəşri şöbəsi.

Təşkilatlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi rəsmi səhifəsi". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.