Su Ana - türk mifologiyasında su ilahəsidir. Müxtəlif Türk dillərində Suv (Sub, Suğ, Sıv) Ana olaraq tanınmaqdadır. Monqollar Usan (Uhan) Ece olaraq adlandırırlar. Əfsanələrə əsasən, Su Atanın arvadıdır. Su Ata və Su iyəsindən fərqli olaraq sahilə çıxmağı çox sevər. Uzun qara (bəzən sarı) saçları az qala yerə dəyir. Döşləri iri, gözləri qaşsız, qara və iridir. Hətta gözlərinin domba olduğu belə deyilər. Dərisinin rəngi qırmızıdır. Ümumiyyətlə su kənarında, körpüdə, saçlarını qızıl (gümüş) darağı ilə daradığı vaxt görünər. İnsanlardan qorxub özünü suya atır. Qızıl (gümüş) tarağını da su kənarında unuda, ancaq onu çalan insanları isə əsla rahat buraxmaz. Su Anasına bənzər bir varlıq tatarlara qonşu olan mordva xalqının inanclarında da vardır və onun adı Vedyavadır. Tatar mifologiyasında Su Atası, Su iyəsi və Su Anası bəzən tək bir varlığa verilən müxtəlif adlar olduğu müşahidə edilir. Lakin aralarındakı ən əhəmiyyətli fərq, Su iyəsinin yalnız müəyyən bir su qaynağına bağlı olmasıdır. Su anası və Su atası isə bütün su qaynaqlarının sahibidir və istədiyinin yanına gedə bilər. Su iyelerini bu qaynaqları qorumaq üzrə Su Ana və Su Ata göndərir.
Vudaş (Çuvaşca: Вутăш, Vutăş) - çuvaş mifologiyasında su ruhu. Slavyan mifologiyasındakı Vodyano (Su Ata) və Mordvin mifologiyasındakı Vodyava (Su Ana) adlı varlıqlarla birbaşa əlaqəlidir (hər ikisini birdən əhatə edər). Vudaş, əfsanələrə görə boğularaq ölmüşdür və su cinine çevrilmişdir. Yarım insan görünüşündədir. Bəzən iki ayaqları üzərində insanlar kimi getdiyi deyilər. Böyük çaylarda və göllərdə olur. Vudaşın eynilə insanlarla eyni həyat tərzinə sahib olduğuna inanılırdı. Onların aralarında yaşlı kişilər və körpələr vardır, ailələri vardır.
Günorta insanlar, o sırada Vudaş yuyunduğu üçün yüzmezler. Günəşli günlərdə, bir gözəl tünd saçlı qız qılığında sahilə gəlir və uzun saçlarını qızıl bir daraq ilə darayar. Bəzən sahildə yuxuya gedər. Onu narahat etməmək üçün su sahilində gedərkən yaxşı davranışlar sərgiləmək lazımdır. Bəzən bu ruhlar Su Ana (Çuvaşca: "Şıv Amăşĕ"), Su Ata (Çuvaşca: "Şıv Aşşĕ"), Su İlahı (Çuvaşca: "Şıv Turo") və Su Şeytanı ("Şıv Şuytan") ilə eyniləşdirilmişdir.
Tatar mifologiyasında Vudaş Anası bu ruhu qarşılayar. Bəzi görüşlərə görə Fin-Ugor mənşəlidir. Ural dillərində Vodyava olaraq iştirak edər.