Yuvxa

Yuvha - türkmən, özbək, başqırdtatarlarda mifik personaj.

Əfsanələrdə onun gözəl gənc qız cildində olduğu söylənir. Bu mənfi xarakterli personajdır. Uzun müddət yaşadıqdan (tatarlarda 100 və ya 1000 il yaşadığı bildirilir) sonra əjdahaya çevrilir. Türkmən və özbək əfsanələrində ərə gedən yuvhalar əriylə bir müqavilə bağlayır. Bu müqaviləyə əsasən ərləri yuvha saçını darayarkən ona baxmamağa, kürəyini sığallamağa, cinsi əlaqədən sonra yuyunmağa söz verməlidir. Bu şərtlərə uymayan ər onun kürəyinə əl vurarsa, ilan qabığı hiss edər, başını darayanda ona baxarsa, başını çıxardığını görər. Onu öldürməyəndə ərini yeyəcəyinə inanırdılar. Əfsanəyə görə yuvhanı yalnız susuz məkanda öldürmək olar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Yuv/Yuğ/Yuh/Yux) kökündən törəmişdir. Yuvanmak, qıvrılmaq, dönmək, döndərmək mənası daşıyır. Yumru sözüylə eyni kökdəndir. Monqol Zuha / Zuvha sözü atəş və soba mənası daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]