Bürünlu

BürünlüAzərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.[1]

Bürünlü
39°09′31″ şm. e. 46°30′47″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bürünlü xəritədə
Bürünlü
Bürünlü

Kənd Oxcu çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Zəngəzur silsiləsində Xüstüb dağının tirələrindən birinin sərt döngəli çıxıntısında yerləşdiyi üçün belə adlanır. Kəndi dərzili tayfasına mənsub ailələr salmışlar. Yerli əhali tərəfindən Burundu kimi tələffüz edilir.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Bürünlü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.