Bağramyan rayonu

Bağramyan rayonuErmənistan SSRErmənistan tərkibində 1983–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Mərkəzi Bağramyan kəndi idi.

Bağramyan rayonu
Tarixi və coğrafiyası
Yaradılıb 1983
Ləğv edilib 7 noyabr 1995
Əhalisi
Əhalisi
  • 20.400 nəf. (1989)
Bağramyan rayonu xəritədə

Bağramyan rayonu 1983-cü ildə Qurduqulu (Oktemberyan) rayonunun iki yerə bölünməsi ilə yaradılmışdır.

Rayon 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı ləğv edilib və onun ərazisi Armavir mərzinin tərkibinə daxil edilib.[1]

  1. "Закон Республики Армения №С-062-1-ЗР-18 "Об административно-территориальном делении Республики Армения"" (rus). 2014-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.