Sərdarabad rayonu

Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur.

Rayon
Qurduqulu rayonu
İnzibati mərkəz Sərdarabad
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 84 314[1] (1989) nəfər
Rayonun 1983-cü ildə iki yerə bölünməsindən sonrakı vəziyyəti
Rayonun 1983-cü ildə iki yerə bölünməsindən sonrakı vəziyyəti

Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.[2]

1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur.[3] Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünmüş və yeni Bağramyan rayonu təşkil olunmuşdur.[4]

1988-ci ildən rayonun azərbaycanlı sakinləri yaşadıqları yerlərdən deportasiya edilmişlər.

1995-ci ildə Qurduqulu rayonu ləğv edilmiş və onun ərazisi Ermənistanın Armavir mərzinin inzibati ərazisinə daxil edilmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Keçili Mraqaşat 4. IV. 1946
Bədəl Bədəl
Bədəl Yeğeknut 04.04.1946
Bağçalar Bağçalar 03.01.1935
Bağçalar Bağaran 03.07.1968
Sərdarabad Armavir 03.01.1935
Kərimarx Sovetakan 03.01.1935
Sərdarabad Hoktemberyan 03.01.1935
Molla Bəyazid Bambaşakat 03.01.1935
Ağcaarx Arevik 04.04.1946
Armudlu Tandzut 04.04.1946
Ərtik Voroşilov 27.07.1940
Köçərli Mrqaşat 04.04.1946
Kələkarx Şenavan 04.04.1946
Cəfərabad Getaşen 04.04.1946
Təpədibi Haykavan 04.04.1946
Çubuqçu Vardanaşen 04.04.1946
İydəli Pştavan 10.04.1947
Uzunoba Arqavand 10.04.1947
Quzugedən Haygeşad 19.04.1950
Quru Araz Yerasxaun 19.04.1950
Böyük Şəhriyar Nalbandyan 19.04.1950
Evcilər Arazap 10.04.1947
Xeyirbəyli Yervandaşat 25.05.1967
Şalıbulaq Uşakert 03.07.1968
Kiçik Şəhriyar Nor Araqes 03.07.1968
Goran Nor Kesaria 14.01.1969
Qamışlı Zartonk 25.01.1978

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  3. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года. Издание первое (rus). Ереван: Армгосиздать. 1948.
  4. Կ. Ն. Ադամյան. Հաեկական ՍՍՀ վարչատերիտորիալ բաժանումը: Առ 1-ը օգոստոսի 1988 թ. (erməni). Երևան: «Հայաստան» հրատարակչություն. 1988. ISBN 5-540-00698-4.