Bakı-Novo-Filya qaz kəməri - Xəzər sahili boyunca 200 km məsafədə Bakıdan Rusiya sərhədlərinə doğru uzanan Azərbaycan-Rusiya qaz kəməri. Azərbaycanın qaz nəql etmə sisteminin bir hissəsi.[1]
Bakı-Novo-Filya qaz kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | təbii qaz kəməri |
Başlayır | Bakı |
Bitir | Novo-Filya |
İstismara verilib | 2013-cü il |
Uzunluğu | 200 km |
Yerləşməsi | |
Ölkələr | |
Regionlar | Azərbaycan, Rusiya |
2009-cu il 28 mart tarixində "Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında qarşılıqlı anlaşma barədə memorandum imzalandı. Memorandumu Moskva şəhərində "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində "Qazprom"un Rusiya konserninin rəhbəri Aleksey Miller və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev imzaladı. Bu memorandumla Azərbaycan qazının uzun müddətə alqı-satqısı ilə bağlı razılıq əldə olunurdu. Qazın nəqlinin başlanma tarixi 2010-cu ilin yanvar ayı Azərbaycan sərhəddindən Rusiya sərhəddinə DAF şərti ilə (sərhəddə çatdırılma) nəzərdə tutulurdu. Qiymətlər avropa formulu ilə hesablanacaqdı.[2]
2007-ci ildən Azərbaycan Gürcüstan və Türkiyəyə qaz nəql etməklə qaz ixrac edən ölkəyə çevrildi. Azərbaycanın qaz ehtiyatı il ərzində 10-11 milyard kub metr təşkil edirdi. 2008-ci ildə Azərbaycan qazının bazar qiyməti ilə satışına dair Qazpromla ARDNŞ arasında uzunmüddətli danışıqlar başladı. Əvvəllər də məlum idi ki, Qazprom Şah-Dəniz yatağından Azərbaycan qazının alışının mümkünlüyü ilə bağlı müzakirələr aparmışdı.
2013-cü ildə müqavilə çərçivəsində Azərbaycan Respublikasından Rusiya Federasiyasına nəql edilən qazın həcmi 1,4 mlrd kub. m., 2014-cü ildə isə - 0,21 mlrd kub. m. olmuşdur. 2015-ci ildə isə nəql etmə reallaşmamışdı.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |