Bartaz (kənd)

BartazAzərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd.[1]

Bartaz
38°58′58″ şm. e. 46°35′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 689 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bartaz xəritədə
Bartaz
Bartaz

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]

Kənd çayının sol sahilində, Zəngilan şəhərindən 34 km cənub-qərbdə yerləşir.[3][4] Mehri silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Yaşayış məntəqəsi vaxtilə OrdubadSamux rayonlarından gəlmiş ailələrin Pəri Bartaz adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır.[5][6]

1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasının nəticələrinə görə, Azərbaycan SSR-in Qubadlı rayonunun Ordaklı kənd dairəsinin Bartaz kəndində 581 nəfər (175 təsərrüfat) əhali var idi, əsas milliyyət isə Azərbaycan türkləri idi.[7]

1961-ci ilin inzibati bölgüsünə əsasən, Bartaz kəndi Azərbaycan SSR-in Zəngilan rayonunun Bartaz kənd sovetliyinin mərkəzi idi və bu sovetliyə Vejnəli, Qarqulu, Əmirxanlı kəndləri, Ağbənd dəmir yolu stansiyası yaxınlığındakı və Bartaz dəmir yolu stansiyası yaxınlığındakı yaşayış məntəqələri daxil idi.[8]

1976-cı il tarixinə görə, Bartazda 654 nəfər yaşayırdı. Burada kənd təsərrüfatı bitkilərinin becərilməsi, ipəkçilik və heyvandarlıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, klub və digər infrastruktur obyektləri mövcud idi.[3]

2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Bartaz kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.[9][10]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  3. 1 2 Azerbaijani Soviet Encyclopedia. 2. Баку: Главная редакция Азербайджанской советской энциклопедии. 1978. 35.
  4. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. 1. Bakı: Şərq-Qərb. 2007. 81. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. 1. Bakı: Şərq-Qərb. 2007. 81. ISBN 978-9952-34-155-3.
  6. Bartaz (kənd, Zəngilan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  7. Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 9. Кубатлинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 62–63.
  8. Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961. 55.
  9. "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". Qafqazinfo (az.). 2020-10-22. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  10. "Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib". Report İnformasiya Agentliyi (az.). 2020-10-22. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.