Belqrad şəhəri


Belqrad (serb. Београд, Beograd, ing. Belgrade, rus. Белград, Belgrad, osman. بلغراد Beliğrad[3]) — Serbiyanın paytaxtı və ən böyük şəhəri. Ortadunay düzənliyində, SavaDunay çaylarının birləşməsində yerləşir.[4] 1.2 milyon nəfərdən çox əhalisi ilə Balkan yarımadasında ən böyük şəhərlərindən biri olan bu yaşayış məntəqəsinin adı "Ağ şəhər" mənasını verir.

Şəhər
Belqrad
serb. Београд, Beograd
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
44°49′ şm. e. 20°28′ ş. u.HGYO
Ölkə  Serbiya
Region Belqrad
Mer Aleksandar Şapiç
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. III əsr[1]
İlk məlumat III əsr
Əvvəlki adı Singidunum
Sahəsi 359.96 km²
Mərkəzin hündürlüyü 116.75[2]
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 1 116 763 nəfər (2011)
Sıxlığı 3241 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +381 11
Poçt indeksi 11000
Nəqliyyat kodu BG
Digər
beograd.rs  (serb.)
Belqrad xəritədə
Belqrad
Belqrad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belqradın yerləşdiyi ərazi İbtidai icma quruluşu dövründə ən böyük mədəniyyətlərdən biri olan Vinça mədəniyyətinin yarandığı yerdir. Antik dövrdə Trak-Dak qəbiləsi tərəfindən məskunlaşmış ərazi olsa da, e.ə. 279-cu ildə bölgəyə köç edən keltlər buranın adını Singidūn olaraq dəyişdirdi.[5] Roma imperatoru Oktavian Avqustun dövründə işğal edilən bu yaşayış məntəqəsinə artıq II əsrin ortalarında şəhər haqları verilmişdir. 520-ci ildən etibarən buraya slavyan axınları başlamışdır. Strateji mövqeyinə görə antik dövrdə fərqli ordular arasında baş vermiş 115 döyüşə səhnə olmuş və tarix boyunca 44 dəfə yerlə yeksan edilmişdir.[6] Orta əsrlər dövründə müxtəlif illərdə Bizans İmperiyası, Franklar, Birinci Bulqar dövləti, Macarıstan KrallığıSerb Despotluğu kimi dövlətlərin hakimiyyəti altında idarə olunmuşdur. Şəhər 1521-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth olunmuşdur.[7] Avstriya-Osmanlı müharibələri ərzində əksər hissəsi zərər görmüş və sonradan Habsburqlar sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. 1841-ci ildə Serb inqilabı nəticəsində şəhər Serbiyanın paytaxtı elan edilsə də, şimal hissəsi hələ də Habsburqlar sülaləsinin nəzarəti altında qalmışdı. 1918-ci ildə Avstriya-Macarıstan İmperiyası süqut edənə qədər şəhər iki yerə bölünmüş halda varlığını davam etdirdi. Birləşmiş şəhər 1918-ci ildə yeni yaradılmış Yuqoslaviya dövlətinin paytaxtı elan olundu və 2006-cı ildə ölkə tamamilə dağılana qədər paytaxt olaraq qaldı.

Hazırda xüsusi inzibati statusa sahib olan Belqrad şəhəri Serbiyanın beş statistik regionundan biri hesab olunur.[8] Şəhərin metropolis ərazisi 17 bələdiyyəyə ayrılır ki, onların da hər biri özünə məxsus yerli konseyə sahibdir.[9] Belqrad şəhəri bütün Serbiya ərazisinin 3.6%-ni əhatə etdiyi halda, ölkə əhalisinin təqribən 24%-i burada yaşayır.[10]

Zemun ərazisində tapılan yonulmuş daş alətlər Paleolit və Mezolit dövrlərində bu ərazilərin ovçuluq və yığıcılıqla məşğul olan insanlara ev sahibliyi etdiyini sübut edir. Bu alətlərin bir qismi Neandertal insanlara aid olan Mustye mədəniyyətinə məxsusdur.

Əkinçiliklə məşğul olan insanların bu bölgədə məskən salması e.ə. 6200 və 5200-cü illər aralığını əhatə edən Neolit dövründə formalaşmış Starçevo mədəniyyəti ilə olmuşdur.[11] Belqrad və ətrafında qədim mədəniyyətlərə aid bir çox arxeoloji qazıntı yerləri vardır ki, bunlardan biri də Starçevodur. Starçevo mədəniyyəti e.ə. 5500-4500-cü illəri əhatə edir.

Bölgə romalılar tərəfindən ələ keçirilənə qədər Balkan yarımadasında yaşayan traklar və daçyalılar tərəfindən idarə olunmuşdur. 279-cu ildə kelt tayfaları tərəfindən işğal edilən bu ərazi onlar tərəfindən "Singidūn" (dūn sözünün mənası qala deməkdir) adlandırıldı. E.ə. 34-33-cü illərdə Silanusun başçılıq etdiyi Roma ordusu şəhərə daxil oldu. Şəhərin adı eramızın I əsrində romalılar tərəfindən Singidunum olaraq dəyişdirildi. İlk xristian Roma imperatoru olan "Böyük Konstantin" olaraq da tanınan I Konstantin müasir Serbiya ərazisində anadan olmuşdur.[12] Belqrad şəhərinin yerləşdiyi ərazi 395-ci ildə Bizans İmperiyasının nəzarəti altına keçdi.[13] Sava çayı sahilində yerləşən, Roma və Bizans dövründən bəri "ekiz qardaş" adlandırılan, keltlər tərəfindən inşa olunmuş Zemun şəhəri ilə Singidunum körpü vasitəsilə birləşirdi.[14]

442-ci ildə Hun imperatoru Atilla tərəfindən dağıdılan şəhər, 471-ci ildə Yunanıstan istiqamətində irəliləyən Böyük Teodorix tərəfindən ələ keçirilir. Ostroqotların İtaliyaya getmək üçün bölgəni tərk etməsindən sonra şəhər gepidlər tərəfindən ələ keçirilir, lakin 539-cu ildə yenidən Bizans hakimiyyətinə tabe olunur. 577-ci ildə 10 min nəfərə yaxın slavyan Frakiyaİlliriya ərazilərinə hücum etmiş, kəndlərdə dağıntılar törətmiş və bəzi yerlərdə məskunlaşmışlar. Şəhər 582-ci ildə Avar hökmdarı Bayan xaqan tərəfindən işğal olunmuşdur. Avarlar IX əsrdə franklar tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Taurunum ərazisi Frank Dövlətinə daxil edildiyi halda, Singidunum yenidən Bizans dövlətinin tərkibinə qatılmışdır. 878-ci ildə şəhər ilk dəfə Birinci Bulqar dövləti tərəfindən Beliqrad olaraq adlandırılmışdır.[15][16]

Stefan Draqutin qayınatası Macar kralı V Stefenin vasitəsilə 1284-cü ildə şəhəri öz idarəçiliyi altına almışdır. Draqutin tarixdə Belqradı idarə edən ilk serb olaraq da tanınır.[17] 1371-ci ildə Maritsa döyüşü və ardınca 1389-cu ildə baş vermiş Kosovo döyüşü nəticəsində Osmanlı dövləti Serb İmperiyasının cənub torpaqlarını ələ keçirmişdi.[18][19] Buna baxmayaraq, paytaxtı Belqrad olan Serb Despotluğu 70 ilə yaxın türklərə müqavimət göstərmişdir. Despot Stefan Lazareviçin dövründə şəhər Osmanlı hakimiyyətindən qaçan təqribən 40-50 min nəfər Balkan əsilli şəxsə ev sahibliyi etmişdir.

1427-ci ildə Stefan Lazareviçin xələfi olan Georgi Brankoviç Belqradı macarlara vermək məcburiyyətində qaldı və Smedorovo yeni paytaxt elan olundu. Osmanlı ordusunun Mərkəzi Avropaya irəliləməsində maneə təşkil edən Belqrad 1456-cı ildə 100 min nəfərlik Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış, xristian komandan Yanoş Hunyadi tabeçiliyində olan hərbi birləşmələr şəhəri II Mehmedə qarşı müdafiə etmişdir.[20][21]

Türk hakimiyyəti və Avstriya istilaları

[redaktə | mənbəni redaktə et]
Belqradın mühasirəsi (1456). Osmanlı miniatürü

29 avqust 1521-ci il tarixində Osmanlı hökmdarı I Süleyman rəhbərliyindəki qüvvələr Belqradı fəth etmişdir. Bu döyüşlərdə şəhər demək olar ki, yerlə yeksan edildi. Şəhərin bütün pravoslav əhalisi hazırda Belqrad Meşəsi olaraq bilinən əraziyə köçürüldü.[22] Belqrad bu dövrdə Osmanlı nəzarətində olan Avropada İstanbulla birlikdə əhalisi 100 min nəfəri keçən iki şəhərdən biri idi. Şəhərin türklər tərəfindən ələ keçirilməsindən sonra burada Osmanlı memarlığı üslubu ilə məscidlər inşa olunmağa başladı.[23]

Belqrad şəhəri 1688-1690, 1717-1739, 1789-1791-ci illərdə Müqəddəs Roma imperiyası şahzadələri olan II Maksimilian, Savoy şahzadəsi Yevgen və marşal Baron Ernst Gideon fon Lauden rəhbərliyində Habsburqlar sülaləsi tərəfindən işğal edilsə də, hər dəfə Osmanlı hökmdarları tərəfindən geri alındı.[24] İşğal dövrlərində şəhərdə iki dəfə böyük köç baş verdi. Yüz minlərlə etnik serblər və avstriyalılar Habsburq İmperiyası sərhədlərinə daxil olaraq, müasir VoyevodinaSlavoniya ərazilərinə köçdülər.[25]

Serbiya Krallığı

[redaktə | mənbəni redaktə et]

Birinci serb üsyanı ərzində serb inqilabçılar 8 yanvar 1807-ci ildən 1813-cü ilə qədər şəhərə nəzarəti ələ keçirdilər. Lakin 1813-cü ildə Osmanlı qoşunları şəhərə nəzarəti yenidən ələ aldı.[26] 1815-ci ildə başlamış İkinci serb üsyanından sonra Serbiya 1830-cu ildə yarım müstəqil dövlət olaraq tanındı.[27]

1878-ci ildə Serbiya Knyazlığının tam müstəqillik əldə etməsindən sonra 1882-ci ildə ölkə Serbiya Krallığı adı aldı.[28] 1900-cü ildə Belqradın əhalisinin sayı 70 min nəfərə yaxınlaşırdı.[29] 1915-ci ildə isə əhalinin sayı 80 min nəfərə çatdı.

Birinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

28 iyul 1914-cü ildə Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə Birinci dünya müharibəsi başladı. Müharibə ərzində Balkan yarımadasında baş vermiş döyüş əməliyyatlarının əksər hissəsi Belqrad yaxınlığında olmuşdu. 29 iyul 1914-cü ildə Avstriya-Macarıstan qoşunları tərəfindən bombalanan Belqrad şəhəri, 30 noyabr tarixində Oskar Potiorekin başçılıq etdiyi Avstriya-Macarıstan ordusu tərəfindən işğal edildi. 15 dekabrda marşal Radomir Putnik rəhbərliyindəki serblər tərəfindən geri alınan şəhər uzun müddət davam edən döyüş əməliyyatları nəticəsində dağıntılara məruz qalmışdı. 6-9 oktyabr 1915-ci illər tarixində Feldmarşal Avqust fon Makenzenin rəhbərlik etdiyi alman və Avstriya-Macarıstan qoşunları şəhəri yenidən işğal etmişdir. 1 noyabr 1918-ci ildə serb və fransızların birləşmiş qüvvələri şəhəri azad etmişdir. Müharibə başa çatdıqdan sonra Belqrad şəhəri 1929-cu ildə Yuqoslaviya Krallığı adını almış yeni Serb, xorvat və sloven dövlətinin paytaxtı elan olundu.

Respublika meydanı 1941-ci ildə

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Alman qoşunları tərəfindən bombardman edilmiş Belqrad şəhəri. 1941-ci il.

25 mart 1941-ci ildə hökumət naibi şahzadə Pavel Karageorgieviç Üçlər paktını imzalayaraq Nasist Almaniyasının müttəfiqi olmuşdur. Bu qərar şəhərdə etiraz aksiyalarının başlamasına səbəb olmuşdur. Hərbi Hava Qüvvələri komandanı general Duşan Simoviç II Pyotr Karageorgiyeviçin idarəetməni təhvil alacaq yaşa çatdığını bəyan edərək ölkədə hərbi çevriliş etmişdir. Bu hadisədən qısa müddət sonra 6 aprel 1941-ci ildə şəhər Lüftvaffe tərəfindən bombardman edilmiş, nəticədə 2274 nəfər həyatını itirmişdir.[30] Bunun ardınca Yuqoslaviya ərazisi Nasist Almaniyası, İtaliya Krallığı, MacarıstanBolqarıstan tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində nasist dövləti olan Müstəqil Xorvatiya dövlətinin əsası qoyulmuşdur.[31]

1941-ci ilin yaz və payız aylarında partizan qüvvələrinin hücumlarına cavab olaraq Serbiyada yerləşən Alman Hərbi Qərargahı generalı Franz Böme tabeçiliyində olan almanlar yerli sakinlərə, xüsusilə də yəhudilərə qarşı bir çox qətliam həyata keçirmişdir.[32]

16 aprel 1944-cü ildə şəhərin Antihitler koalisiyası tərəfindən bombardman edilməsi nəticəsində min nəfər yerli sakin həlak oldu. Bombardman pravoslavlar tərəfindən Pasxa bayramı qeyd edildiyi günə təsadüf etmişdi.[33] Şəhərin böyük hissəsi 20 oktyabr 1944-cü ilə qədər alman işğalı altında qalmışdır. 29 noyabr 1945-ci ildə Marşal İosip Broz Tito Yuqoslaviya Federativ Xalq Respublikasının qurulduğunu Belqradda elan etmişdir. 7 aprel 1963-cü ildə ölkənin adı Yuqoslaviya Sosialist Federativ Respublikası olaraq dəyişdirilmişdir.[34]

Yuqoslaviyanın dağılması

[redaktə | mənbəni redaktə et]
NATO qüvvələri tərəfindən bombardman edilmiş Yuqoslaviya Müdafiə Nazirliyinə məxsus bina. 1999-cu il

9 mart 1991-ci ildə Slobodan Miloşeviçin hakimiyyətinə qarşı olan əhali Vuk Draşkoviç rəhbərliyində üsyana başlamışdır. Bəzi media məlumatlarına görə bu aksiyalarda 100-150 min nəfər iştirak etmişdir.[35] Aksiya nəticəsində iki nəfər ölmüş, 203 nəfər yaralanmış və 108 nəfər həbs edilmişdir.[36]

1999-cu ildə baş vermiş Kosovo müharibəsindən sonra Yuqoslaviyanın NATO tərəfindən bombardman edilməsi nəticəsində şəhərdə böyük dağıntılar meydana gəlmişdir. Bombalanan binalar arasında bir çox nazirlik, 16 texniki işçinin öldüyü Serbiya Radio Televiziya binası, "Jugoslavija" hoteli, bir çox xəstəxana, Avala qalası və Çin Xalq Respublikasının səfirliyi də var idi.[37]

Şəhər dəniz səviyyəsindən 116.75 metr yüksəklikdə, DunaySava çaylarının kəsişməsində yerləşir. Ölkədən keçən ən uzun çay olan Dunayın 60, Savanın isə 30 km-lik hissəsi Belqrad sərhədləri daxilində yerləşir. XIX əsrdən etibarən cənub və şərq istiqamətlərində genişləyən şəhərdə Savanın sol sahilində İkinci dünya müharibəsindən sonra Yeni Belqrad quruldu. Nəticədə şəhər Zemun, Krnyaça, Ovça və digər kiçik yaşayış məntəqələri ilə birləşdirildi.

Şəhər mərkəzinin ən yüksək zirvəsi 303 metr yüksəkliyə sahib Torlak yüksəkliyidir. Burada ümumilikdə 29 təpə olmasına baxmayaraq, ərazinin əksər hissəsini düzənliklər təşkil edir.[38]

Ərazisinin böyük hissəsi rütubətli subtropik iqlim tipində yerləşir. Hava temperaturu yanvarda 1.4 °C ilə iyulda 23 °C arasında dəyişir. İllik ortalama temperatur 12.5 °C-dir. İllik yağıntının miqdarı təqribən 680 mm-dir. İllik ortalama günəşli saat sayı 2122-dir. Bu vaxta qədər ölçülmüş ən yüksək temperatur 24 iyul 2007-ci il tarixində 43.6 °C qeydə alındığı halda, ən aşağı temperatur isə 10 yanvar 1893-cü ildə -26.2 °C qeydə alınmışdır.[39]


Belqradın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 20,7 23,9 28,8 32,2 34,9 37,4 43,6 40 37,5 20,7 28,4 22,6 43,6
Maksimum orta, °C 4,6 7 12,4 18 23,5 26,2 28,6 28,7 23,9 18,4 11,2 5,8 17,4
Minimum orta, °C −1,1 −0,1 3,7 8,3 13 15,8 17,5 17,6 13,5 9 4,2 0,2 8,5
Mütləq minimum, °C −26,2 −15,4 −12,4 −3,4 2,5 6,5 9,4 6,7 4,7 −4,5 −7,8 −13,4 −18,2
Yağıntı norması, mm 46,9 40 49,3 56,1 58 101,2 63 58,3 55,3 50,2 55,1 57,5 690,9
Mənbə: Serbiya Hidrometeorologiya Xidməti


2011-ci il hesablamalarına əsasən şəhər əhalisi 1,166,763 nəfər təşkil edirdi. Şəhərdə yaşayan əsas etnik qruplar bunlardır: serblər, qaraçılar, çernoqoriyalılar, yuqoslavlar, xorvatlar, makedonlar.[40] Əhalinin əksər hissəsi ölkənin daha kiçik şəhərlərindən və kəndlərdən gələn iqtisadi immiqrantlardan, o cümlədən 1990-cı illərdə baş vermiş Yuqoslaviya müharibələri nəticəsində Xorvatiya, Bosniya və Herseqovina, Kosovo kimi ölkələrdən olan on minlərlə məcburi köçkünlərdən ibarətdir.[41] Şəhərdə 1990-cı illərin ortalarındakı köç axını ilə gələn 10,000-20,000 nəfər aralığında etnik çinlinin yaşadığı təxmin olunur.[42] Yeni Belqradda yerləşən "70-ci Blok" xalq arasında "Çin məhəlləsi" adı ilə tanınır. 1970-1980-ci illər ərzində xüsusilə Suriya, İran, İordaniyaİraqdan təhsil almaq məqsədilə buraya gələnlər şəhəri tərk etməmiş, ailələri ilə birlikdə yaşamağa başlamışdır.[43]

Belqrad tarixən bir çox fərqli dini qruplara ev sahibliyi etmişdir. Serb Pravoslav Kilsəsi ən böyük dini icma hesab edilir. Burada, həmçinin 31914 nəfər müsəlman, 13720 nəfər katolik və 3128 nəfər protestant yaşayır. İkinci dünya müharibəsi zamanı Nasist Almaniyası tərəfindən işğala məruz qalan şəhərin yəhudi əhalisi xeyli azalmışdır. Vaxtilə 10 min yəhudinin məskunlaşdığı Belqradda hazırda 295 nəfər yəhudi yaşayır.[44]

  1. "Ancient Period". City of Belgrade. 5 oktyabr 2000. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  2. "Geographical position". City of Belgrade. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  3. Artin Hindoglu. Dictionnaire abrégé français-turc. Vienne. 1831. səh. 557. "Arxivlənmiş surət". Archived from the original on 2022-04-07. İstifadə tarixi: 2021-10-06.
  4. "Why invest in Belgrade?". City of Belgrade. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  5. "Discover Belgrade". City of Belgrade. 18 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  6. Nurden, Robert. "Belgrade has risen from the ashes to become the Balkans' party city". London: Independent. 22 mart 2009. 26 mart 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  7. "The History of Belgrade". BelgradeNet Travel Guide. 2015-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  8. "Assembly of the City of Belgrade". City of Belgrade. 2015-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  9. "Urban Municipalities". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  10. "Процена броја становника у београду 2016". Belgrade Statistical Bureau. 2018-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  11. Chapman, John. Fragmentation in Archaeology: People, Places, and Broken Objects. London: Routledge. 2000. səh. 236. ISBN 978-0-415-15803-9.
  12. "Constantine I – Britannica Online Encyclopedia". Britannica.com. 18 iyun 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  13. "History (Ancient Period)". Official website. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  14. "City of Belgrade – Ancient Period". Beograd.rs. 5 oktyabr 2000. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  15. "LIBI, t. II (1960) (2_151.jpg)". promacedonia.org. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
  16. "The History of Belgrade". Belgradenet.com. 2018-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  17. "History (Medieval Serbian Belgrade)". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  18. "Battle of Maritsa". Encyclopædia Britannica. 14 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  19. "Battle of Kosovo". Encyclopædia Britannica. 26 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  20. "The History of Belgrade". Belgradenet.com. 2015-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  21. Kovach, Tom R. "Ottoman-Hungarian Wars: Siege of Belgrade in 1456". Military History magazine. 26 iyun 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  22. "The Rough Guide to Turkey: Belgrade Forest". Rough Guides. 9 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  23. "History (Turkish and Austrian Rule)". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  24. "Belgrade Fortress: History". Razgledanje.tripod.com. 23 avqust 2004. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  25. Medaković, Dejan. Tajne poruke svetog Save" Svetosavska crkva i velika seoba Srba 1690. godine // Oči u oči. Belgrade: BIGZ (online reprint by Serbian Unity Congress library). 1990. ISBN 978-86-13-00903-0. 23 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  26. "History (Liberation of Belgrade)". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  27. Pavkovic, Aleksandar. "Nations into States: National Liberations in Former Yugoslavia". The Australian National University. 19 oktyabr 2001.
  28. "History (The Capital of Serbia and Yugoslavia)". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  29. Lahmeyer, Jan. "The Yugoslav Federation: Historical demographical data of the urban centers". www.populstat.info. 3 fevral 2003. 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  30. "DA NIJE BILO 6. APRILA Najlepše srušene zgrade Beograda". 25 noyabr 2015. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
  31. "Axis Invasion of Yugoslavia". Holocaust Encyclopedia. United States Holocaust Memorial Museum. 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  32. Rubenstein, Richard L; Roth, John King. Approaches to Auschwitz: The Holocaust and Its Legacy. Westminster John Knox Press. 2003. səh. 170. ISBN 0-664-22353-2. 13 oktyabr 2008 tarixində orijinalından arxivləşdirilib.
  33. "Anniversary of the Allied Bomb Attacks Against Belgrade". Radio-Television of Serbia. 17 aprel 2008. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  34. "Tekstovi (Texts)". Napredniklub.org. 27 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  35. Graff, James L. "Yugoslavia: Mass bedlam in Belgrade". TIME. 25 mart 1991. 2013-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  36. "Srbija na mitinzima (1990–1999)" (Serbian). Vreme. 21 avqust 1999. 19 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  37. "NATO bombing". Official website. 2015-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  38. "Natural Features". City of Belgrade (official website). 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
  39. "Climate". City of Belgrade (official website). 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
  40. "Archived copy" (PDF). 11 avqust 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
  41. "Refugee Serbs Assail Belgrade Government". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  42. "Stranci tanje budžet". Novosti.rs. İstifadə tarixi: 2 yanvar 2018.[ölü keçid]
  43. Zimonjic, Vesna Peric. "A unique friendship club in Belgrade". Dawn – International. 7 dekabr 2005. 27 sentyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
  44. "Archived copy" (PDF). 15 iyul 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]