Beyrut limanında partlayışlar (2020)

Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış.[1][2][3] Partlayış nəticəsində ən azı 218 nəfər ölmüş,[4] 7 min nəfər yaralanmış,[5][6] 80 nəfər itkin düşmüşdür.[7]

Beyrut limanında partlayışlar
İkinci partlayışdan sonra böyük bir Vilson buludu yaranmışdır. 1 1 Partlayış şəkildə göstərilən buğda anbarında baş vermişdir.

İkinci partlayışdan sonra böyük bir Vilson buludu yaranmışdır.

1
1
Partlayış şəkildə göstərilən buğda anbarında baş vermişdir.
Tarix 5 avqust 2020
Yeri Beyrut, Livan
Koordinatlar 33°54′04″ şm. e. 35°31′08″ ş. u.HGYO
Səbəbi külli miqdarda təhlükəli maddənin saxlanma şərtlərinə əməl edilməməsi
Qurbanlar
Ölənlərin sayı 218
Zədəlilər 7.000+
İtkin düşmüşlər 9+
Maddi ziyan 10–15+ milyard ABŞ dolları
Evsiz qalanlar 200.000–300.000+
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyakammonyak turşusu ilə əlaqələndirmişdir.[8] Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi.[9][10]

Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır.[11]

Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur.[12]

Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.[5] Livan KİV-lərinin verdiyi ilkin məlumatlara görə, partlayış fişəng anbarında, digər mənbələr isə neft anbarında baş verdiyini bildirmişdir.[1][13]

Limanda içərisində partlayıcı qurğular və nitrat ammonyakammonyak turşusu[14] kimi kimyəvi maddələr daşıyan anbarlar var idi.[15] Bu nitrat ammonyak Rusiyanın Moldova bayraqlı "MV Rhosus" yük gəmisi ilə əlaqələndirilmişdir, hansı ki, 2014-cü ildə mühərrikində yaranan problemlərə görə Beyrut limanına daxil olmuşdur.[16] Gəmi Gürcüstanın Batumi şəhərindən Mozambikin Beyra şəhərinə 2.750 tonluq nitrat ammonyak daşıyırdı. Liman təhlükəsizlik xidməti bu yükün təhlükəli olduğunu bildirmiş, onu orada buraxmışdılar.[17] Gəminin səkkiz Ukrayna və bir Rusiya vətəndaşından ibarət[a] heyətindən beş Ukrayna vətəndaşı geri çağırılmış, qalan dördü isə gəmiyə nəzarət etmişdir.[19][b] yükü isə anbarda yerləşdirilmişdir.[17][21]

Partlayışın səhərisi günü Livan səmalarında qırmızı rəngə çalan tüstü müşahidə olunmuşdur.

"Rhosus" gəmisinin sahibi, Kiprdə yaşayan Rusiya əsilli biznesmen İqor Qreçuşkin bankrot olmuş, gəmi kirələyənlər isə gəmini tərk etmişdir.[19] "Rhosus" gəmisinin ehtiyatları qısa bir müddətdə tükənmiş, gəmi heyəti isə immiqrasiya qanunlarına görə gəmini tərk edə bilməmişdir.[20] Nitrat ammonyak heç bir təhlükəsizlik tədbirləri alınmadan son altı il anbarlarda saxlanılmışdır.[17][22] Livan Beynəlxalq Yayım Şirkəti bildirmişdir ki, yanğın, Ali Müdafiə Şurasının brifinqində verilən məlumata əsasən, anbarın qapısında aparılan qaynaq işləri zamanı meydana gəlmişdir.[23][24][c]

Müxtəlif gömrük vəzifəliləri hakimlərə məktublar göndərmiş, gəmidəki yük haqqında qərar qəbul olunmasını istəmişdir. Onlar təklif etmişdilər ki, nitrat ammonyak ya Livan Silahlı Qüvvələrinə verilsin, ya da özəl bir şirkətə satılsın.[22][d]

Yerli saat ilə təqribən 18:00-da yanğınsöndürənlər Beyrut limanındakı bir anbarda baş verən yanğını söndürmək üçün göndərilmişdir.[11] Bu – birinci partlayış daha kiçik olmuş, fişəngə bənzər işıqlar saçmışdır.[3]

İkinci partlayış yerli saat ilə 18:08:18-də,[27] daha böyük həcmdə olmuş, Beyrut şəhərinin mərkəzini darmadağın etmiş, göbələk buludu yaratmış və göyə qırmızı rəngli tüstü buraxmışdır.[28] Şahidlər bildirib ki, 10 kilometr (6.2 mil) qədərlik bir məsəfəyə kimi olan evlər zərər görüb.[11] İddialara görə, partlayışın səsi hadisə yerindən 240 kilometr (150 mil) uzaqlıqda olan Kiprdə belə eşidilib.[29][30] ABŞ Geoloji Xidməti partlayışın 3.3 maqnitudunda,[31] İordaniya Seysmoloji Rəsədxanası isə 4.5 maqnitudunda zəlzələyə səbəb olduğunu bildirmişdir.[32]

Partlayışdan sonrakı vəziyyət.

Partlayışdan sonra ən azı 157 nəfərin həlak olduğu[33][34] daha 4 min nəfər yaralanmışdır.[7][e]

Hadisə yerində ölənlərin 10-u xəstəxanalara göndərilmişdir.[55] Livanın səhiyyə naziri Həməd Həsən verdiyi ilkin açıqlamada bildirmişdir ki, "itkilər çoxdur".[5] Səhiyyə naziri bildirmişdir ki, "xeyli sayda yaralı və geniş formada ziyan" var.[1][56] Şahidlər "LBC" telekanalına "ən azı onlarla yaralı var və xəstəxanalar yaralılarla doludur" deyiblər.[49] Livan Qırmızı Xaçının verdiyi məlumata görə, yaralılar və ölənlər ilə birlikdə "yüzlərlə itki" var.[57][58][59] ABŞ səfirliyi insanların yayılan zəhərli qazlardan diqqətli olmalarını bildirmişdir.[25]

"Əl-Kətaib" partiyasının baş katibi, erməni əsilli[60] Nazar Nacaryan partlayış nəticəsində aldığı yaralardan vəfat etmiş,[61] dövlət elektrik təşkilatının sədri Kamal Hayek kritik vəziyyətdə qalmış,[3] Qazaxıstan konsulu isə yaralanmışdır.[62]

Partlayış nəticəsində xəsarət almış mənzil.

Partlayışdan sonra liman ərazisi üzərində böyük qara tüstü yayılmışdır. Binalara kəskin şəkildə ziyan dəymişdir.[63] Livanın "The Daily Star" qəzetinin qərargahı məhv olmuşdur.[64][65][66] Livan hökumətinin verdiyi məlumata görə, "COVID-19" pandemiyasına görə qida qıtlığından əziyyət çəkən[67] şəhərin ən böyük ikinci buğda anbarı məhv olmuşdur.[68] Beyrut şəhərinin meri Mərvan Əbudun verdiyi məlumata görə, partlayış nəticəsində 200–250 min arası,[69] digər mənbələrə görə isə 300 mindən çox insan evsiz qalmışdır.[70] Təxmini 15 min ton buğda ehtiyatı məhv olmuşdur ki, bu da şəhərin bir aylıq buğda ehtiyatına bərabərdir.[69]

Partlayışın vurduğu ziyan şəhərini yarısından çoxunu əhatə edir və 10 milyard ABŞ dollarından çox xərcə səbəb olacağını güman edilir. Lakin Livan Prezidenti Mişel Aun bildirib ki, ilkin hesablamalara əsasən, partlayışın Livana vurduğu ziyan 15 milyard dolları ötüb. Sığorta şirkətləri Beyrut limanındakı partlayışın vurduğu ziyanı ilkin olaraq 3 milyard dollar dəyərində qiymətləndirmişdilər. Şəhərin qubernatoru Maron Abbud isə daha əvvəl Beyrutun yenidən qurulması üçün 12-15 milyard dollar arasında vəsaitin lazım olduğunu bildirmişdi.[71] Beyrut şəhərindəki otellərin 90%-i[72] və xəstəxanalardan üçü tamamilə məhv olmuş, ikisi isə ağır xəsarət almışdır.[69] Müqəddəs Georq Xəstəxana Universiteti Tibbi Mərkəzinin əməkdaşları binaya vurulan ziyana görə küçədəki pasiyentlərə tibbi müdaxilə etməli olmuşdur.[73] Bir neçə azyaşlı pasiyent şüşə qırıqlarından yaralanmışdır.[74] Xəstəxana bir neçə saat içində bağlanmış, pasiyentlər isə digər xəstəxanalara göndərilmişdir.[75]

Beyrut şəhəri və şəhərətrafı ərazilərində yerləşən səfirliklər də xəsarət almışdır. Argentina,[76] Avstraliya,[77] Finlandiya[78]Kiprin[69] partlayış ərazisinə yaxın yerləşən səfirlikləri ağır xəsarət almışdır. Partlayış ərazisindən təqribən 7.3 kilometr (5 mil) məsafədə yerləşən Cənubi Koreya səfirliyi kiçikhəcmli xəsarət almışdır.[79] Ermənistanın,[80] Qazaxıstanın,[81] Rusiyanın[82], Rumıniyanın[83]Türkiyənin[84] səfirlikləri də partlayış nəticəsində xəsarət almışdır.

BMT-yə aid gəmilərdən biri, o cümlədən Banqladeşin "BNS Bijoy" gəmisi xəsarət almışdır.[48][49] "Orient Queen" səyahət gəmisi partlayış nəticəsində ağır xəsarət almış, gəmidəki bəzi sərnişinlər yaralanmışdır.[85][86] "Mero Star" yük gəmisi axır xəsarət almışdır. "Raouf H" partlayış ərazisinə ən yaxın gəmi idi.[87][88]

Livan Qızıl Xaçı açıqlama vermişdir ki, Şimali Livan, və Cənubi Livandakı bütün ambulanslar Beyruta göndərilmişdir.[3] Partlayışdan sonra yanğını söndürmək üçün helikopterlərdən istifadə edilmişdir.[5] Xəstəxanalar zədələndiyindən onlarla yaralı geri çevirilmişdir.[49] Livan Prezidenti Mişel Aun dövlətin zərərçəkənlər üçün 100 milyard Livan lirəsi ayırdığını açıqlamışdır.[63] Partlayışdan çox keçməmiş, İsrail Livana tibbi ləvazimatlar verməyi təklif etmişdir.[89][f]

Livanın səhiyyə naziri Həməd Həsən Livan üçün beynəlxalq yardım istəmiş,[5] müxtəlif ölkələr isə bu istəyə cavab vermişdir.[g]

"Facebook" öz fövqəladə hallara cavab xidmətini aktivləşdirmişdir.[111] "Google" Beyrut partlayışları üçün xüsusi bir axtarış funksiyası açmışdır.[112] "Careem" taksi xidməti applikasiyası xəstəxanalara və xəstaxanalardan ödənişsiz çatdırılma xidmətinə start vermiş, vətəndaşlar üçün qanvermə mərkəzləri açmışdır.[113][114]

Baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirmək qərarına gəlib.[115]

Ermənilərin köçürülməsi

[redaktə | mənbəni redaktə et]

2015-ci il-də aparılmış tədqiqatın məlumatlarına əsasən, Livan ermənilərinin təxminən 21,6 faizi niyyət səviyyəsində Ermənistana qayıtmaq istəyini bildirmişdi. Partlayışdan sonra Livan ermənilərinin 75-80 faizi ölkəni tərk etmək istəyində olduqlarını bildiriblər. Baş verən partlayış nəticəsində Beyrutda yaşayan 1000-dən çox erməni ailəsinin evi dağılıb.[116] Partlayış nəticəsində 16 erməni ölüb, yaralanmış ermənilərin sayı təxminən 300 nəfərdir.[117] Ermənistan rəhbərliyi baş vermiş partlayışdan sonra Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib. Bu partlayışdan sonrakı bir ay ərzində Livandan Ermənistana təxminən 500 erməni köçüb. Onların bir hissəsi işğal altında olan Dağlıq Qarabağa yerləşdirilib.[118]

Livanın baş naziri Həsən Diyab 5 avqust 2020-ci il tarixinin Livanda milli matəm günü olacağını bəyan etmişdir.[119] Livan Prezidenti Mişel Aun hökumətin evindən olmuş insanlara yardım edəcəyini, səhiyyə nazirliyinin isə tibbi xərcləri öz boynuna götürəcəyini açıqlamışdır.[120] Beyrut şəhərinin meri Mərvan Abud canlı yayımda ağlamış, hadisəni "milli fəlakət" adlandırmışdır.[3]

Hizbullah partlayış ilə bir əlaqəsi olmadığını açıqlamış,[121] "bu milli faciəyə görə başsağlığı" vermiş və qeyd etmişdir ki, "bu fəlakət bütün Livan xalqının milli səviyyədə bir olması"nı tələb edir.[122] Növbəti gün Hizbullahı Livan parlamentində təmsil edən Məhəmməd Rəad Livan xalqını fəlakətin səbəblərini dəqiqləşdirmək və ədalətin öz yerini tapması üçün "müsbət əməkdaşlıq" etməyə çağırmışdır.[123] Lakin Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayıb.[124]

Beynəlxalq təşkilatlar
  •  BMT – BMT-nin Livandakı müvəqqəti qüvvəsi partlayış zamanı yerlilərə yardım etdiklərini bildirmişdir.[48][125]
BMT ölkələri
  •  ABŞAğ Ev hadisələri "yaxından izlə"diyini bildirmişdir.[126] ABŞ-nin Beyrutdakı səfirliyi Livana başsağlığı vermişdir.[127] ABŞ Prezidenti Donald Tramp iddia etmişdir ki, partlayışlar bir qəza yox, Livana qarşı istiqamətləndirilmiş bir hücum idi və partlayışların səbəbi əraziyə quraşdırılmış bir bomba idi.[128][129]
  •  Avstraliya – Avstraliya Baş Naziri Skott Morrison Avstrliyanın Livana yardım göndərməyə hazır olduğunu bildirmişdir.[132]
  •  AzərbaycanAzərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda Livana maliyyə yardımı göstərəcəyini qeyd etmişdir.[93]
  •  BƏƏBürc Xəlifə Livan bayrağının rəngləri ilə işıqlandırılmışdır.[133]
  •  Böyük Britaniya – Böyük Britaniya xarici işlər katibi Dominik Raab[134] və baş nazir Boris Conson[135] Livan ilə həmrəy olduqlarını və yardım təklif etdiklərini bildirmişdir.
  •  İsrailİsrail Prezidenti Reuven Rivlin hadisə ilə bağlı öz məyusluğunu ifadə etmiş,[136] İsrail Müdafiə Nazirliyi isə İsrailin partlayışlarla hər hansısa bir əlaqəsi olmadığını bildirmişdir.[137] Təl-Əviv şəhər icra hakimiyyəti binası Livan bayrağı ilə işıqlandırılmışdır.[138]
    • İsraildəki sağçılar "düşmən ölkə" kimi qiymətləndirilən Livanın bayrağının işıqlandırılmasını tənqid etmişdir.[138]
    • Keçmiş İsrail parlament üzvü Moşe Feyqlin partlayışı "tanrının hədiyyəsi" adlandırmışdır.[139]
  •  Kanada – Kanada baş naziri Castin Trüdo zərərçəkənlərə başsağlığı verdiyi, bunu "tamamilə faciəvi" adlandırdığı və Kanadanın Livana "əlində gəldiyi qədər" kömək edəcəyini qeyd etdiyi bir bəyanat yaymışdır.[140]
  •  Kipr – Kipr xarici işlər naziri Nikos Kristodulides Livana başsağlığı vermiş və yardım təklif etmişdir.[141]
  •  Qətər – Qətərin əmiri şeyx Təmim bin Həməd Al Sani Livan Prezidenti Mişel Auna zəng edərək başsağlığı vermiş, Qətərin Beyruta çoxlu sayda həkim və tibbi ləvazimat göndərməyə hazır olduğunu qeyd etmişdir.[142]
  •  Malayziya – Malayziya xarici işlər naziri Hişəmüddin Hüseyn Beyrut şəhərindəki partlayışı görə öz məyusluğunu ifadə etmiş, ölkəsinin Livan ilə həmrəy olduğunu və "əlindən gəldiyi qədər" yardım etməyə hazır olduğunu bildirmişdir.[69]
  •  MisirGiza ehramları kompleksi Livan bayrağının rəngləri ilə işıqlandırılmışdır.[133]
  •  RusiyaRusiya Prezidenti Vladimir Putin başsağlığı vermişdir.[143]
  •  Türkiyə – Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Türkiyənin ehtiyacın olduğu halda kömək etməyə hazır olduğunu bildirmişdir.[144]
  •  Yunanıstan – Yunanıstan Xarici İşlər Nazirliyi Livan səlahiyyətlilərinə ölkəyə yardım göndərməyə hazır olduqlarını bildirmişdir.[145]
Tanınmayan ölkələr
  1. Başqa bir mənbəyə görə, gəmi heyəti səkkiz Ukrayna və iki Rusiya vətəndaşından ibarət idi.[18]
  2. Başqa bir mənbəyə görə, gəmidə beş nəfər qalmışdır.[20]
  3. İlkin olaraq bildirilmişdi ki, partlayış, bir təhlükəsizlik xidməti mənbəyinin verdiyi məlumata görə, hasardakı dəliklərdə aparılan qaynaq işləri zamanı baş vermişdir.[25]
  4. Nitrat ammonyak tarix boyunca sənaye ilə bağlı fəlakətlərin səbəbkarı olmuşdur. Nəticə etibarilə, nitrat ammonyak sui-istifadə edildiyinə və təhlükəsizlik ilə bağlı narahatlıqlar yaratdığına görə tədricən istifadədən kənarlaşdırılmışdır.[26]
  5. Partlayış nəticəsində bir Avstraliya,[35] iki Banqladeş,[36] bir Belçika,[37] iki Filippin,[38], bir Mərakeş,[39] bir Misir,[40] bir Pakistan[41] və bir Yunanıstan[42] vətəndaşı həlak olmuşdur. Həmçinin, iyirmi bir Banqladeş əsgəri,[43] bir İtaliya əsgəri,[44] altı Filippin,[45] beş Niderland,[46] bir İndoneziya,[45] dörd Pakistan,[41] altı Türkiyə[47] və iki Yunanıstan[42] vətəndaşı yaralanmışdır. Bundan savayı, BMT-nin Livandakı müvəqqəti qüvvəsinin 21-i Banqladeş vətəndaşı olmaqla onlarla sülhməramlı qulluqçusu partlayış nəticəsində yaralanmışdır.[48][49] "Orient Queen" səyahət gəmisinin ağır xəsarət alması ilə gəminin ekipaj heyətinin iki üzvü həlak olmuş,[50] göyərtədəkilərin bir qismi yaralanmışdır.[51][52] Buna əlavə olaraq, partlayış nəticəsində ümumilikdə 13 Livan ermənisinin öldüyü, 250-nin isə yaralandığı bildirilmişdir.[53][54]
  6. İsrail ilə Livan arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna görə də İsrail təklifi BMT vasitəçiliyi ilə etmişdir.[90][91]
  7. Livana rəsmi şəkildə tibbi yardım göndərən və göndərəcəyini açıqlayan ölkələr Avstraliya,[92] Azərbaycan,[93] BƏƏ,[94] Ermənistan,[95] Fransa,[96] İran,[97] İraq,[98] İordaniya,[99] İtaliya,[100] Küveyt,[101] Qətər,[99] Misir,[102] Norveç,[98] Rusiya,[98] Suriya[103]Türkiyədir.[104] Həmçinin, Niderland Beyrut şəhərinə 67 nəfər polis və yanğınsöndürəndən ibarət bir xilasetmə heyəti,[105] Almaniya,[106] Çexiya,[107][108] Rusiya[109]Yunanıstan[110] isə ayrı bir xilasetmə heyəti göndərmişdir.
  1. 1 2 3 "Massive explosion shakes Lebanese capital, buildings near Beirut port reportedly damaged". Haaretz (ingilis). 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  2. "Massive explosion shakes Lebanon's capital Beirut". San Francisco Chronicle (ingilis). 4 avqust 2020. August 6, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  3. 1 2 3 4 5 Hubbard, Ben. "Explosions Rock East Beirut". The New York Times (ingilis). 4 avqust 2020. ISSN 0362-4331. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  4. "At least 10 people killed in Beirut explosion, say Lebanese security and medical sources". Reuters. 4 avqust 2020. June 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  5. 1 2 3 4 5 Azhari, Timour. "Hundreds wounded as huge blast rips through Lebanon's Beirut". Al Jazeera (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  6. "Beirut blast death toll hits 100 as Lebanon mourns". www.dailystar.com.lb (ingilis). 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  7. 1 2 Holmes, Oliver; Beaumont, Peter; Safi, Michael; Chulov, Martin. "Beirut explosion: dead and wounded among 'hundreds of casualties', says Lebanon Red Cross – live updates". The Guardian (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  8. Gadzo, Mersiha. "Dozens killed, thousands wounded in Beirut blast: Live updates". Al Jazeera (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  9. Horton, Alex. "Here's what the videos of the Beirut blast tell us about the explosion". Washington Post (ingilis). 4 avqust 2020. August 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  10. "Using dimensional analysis I estimate that the energy contained in the awful #Beirut explosion was approximately 12 Terajoules" (ingilis). 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  11. 1 2 3 Balkiz, Ghazi; Qiblawi, Tamara; Wedeman, Ben. "Beirut explosion shatters windows across Lebanese capital" (ingilis). CNN. 5 avqust 2020. 4 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  12. Grzeszczak, Jocelyn. "What is the Port of Beirut? Everything We Know About the Site Following Deadly Explosion". Newsweek (ingilis). 4 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  13. "Multiple explosions rock Downtown Beirut: Eyewitnesses" (ingilis). Al Arabiya English. 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  14. Tağıyev, Anar. "Beyrutdakı partlayışın ilkin səbəbi açıqlanıb" (az.). Report İnformasiya Agentliyi. 4 avqust 2020. May 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  15. "Massive blast in Beirut kills at least 10, sending shockwaves across city". Reuters (ingilis). 4 avqust 2020. August 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  16. Jørgensen, Lars Bach. "Ekspert forklarer, hvad der sandsynligvis skete i Beirut" [Expert explains what probably happened in Beirut]. TV 2 (danimarka). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020. The large amount of potentially dangerous fertilizer has been there since 2014, when the Moldavian ship Rhosus had to port due to engine problems.
  17. 1 2 3 Voytenko, Mikhail. "Crew kept hostages on a floating bomb — m/v Rhosus, Beirut". fleetmon. 23 July 2014. 4 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.; "Rhosus". Fleetmon [vessel tracker database]. August 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  18. "First pictures emerge of a Russian man whose ammonium nitrate cargo detonated in the port of Beirut". Siberian Times.com (ingilis). 6 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
  19. 1 2 Untila, Stela. "Substanța care a provocat explozia din Beirut a fost adusă de nava unui rus sub pavilionul R. Moldova". NewsMaker (rumın). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  20. 1 2 Dagher, Charbel; Maksoud, Christine. "m/v Rhosus — Arrest and Personal Freedom of the Crew" (PDF). The Arrest News (11). October 2015. 5 avqust 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 avqust 2020.
  21. "Rhosus". Fleetmon [vessel tracker database] (ingilis). August 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  22. 1 2 Azhari, Timour. "Beirut blast: Tracing the explosives that tore the capital apart". Al Jazeera (ingilis). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  23. Cookman, Liz. "What caused the Beirut explosion? Everything we know so far". The National (ingilis). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2020.
  24. "Beirut blast: Warnings of 'extreme danger' ignored by Lebanon officials about stored ammonium nitrate". Hindustan Times (ingilis). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2020.
  25. 1 2 Nakhoul, Samia; Francis, Ellen. "Toll expected to rise in blast that shook Beirut, killing 78 and injuring thousands". Reuters (ingilis). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  26. "Ammonium nitrate sold by ton as U.S. regulation is stymied". The Dallas Morning News. 28 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  27. "M 3.3 Explosion – 1 km ENE of Beirut, Lebanon". Earthquake Hazards Program (ingilis). U.S. Geological Survey. October 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  28. "Massive explosion rocks central Beirut". The Independent (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  29. "Beirut explosion updates: Massive blast rocks Lebanese capital". BBC News. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  30. "'Like an earthquake': Huge explosion rips through Beirut captured on video". Hindustan Times (ingilis). 2020-08-04. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  31. Qiblawi, Tamara. "Beirut's residents describe apocalyptic scenes after explosion rocks city". CNN (ingilis). August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  32. "Devastating: the terrible aftermath of the Beirut explosion". Arab News (ingilis). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  33. "Beirut explosion: Frantic search for survivors of deadly blast". BBC News. 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  34. Sullivan, Rebecca Ratcliffe (now); Helen; Holmes (earlier), Oliver; Doherty, Ben. "Beirut explosion: at least 100 dead and 4,000 wounded – live updates". The Guardian (ingilis). 5 avqust 2020. ISSN 0261-3077. 4 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  35. Tillett, Andrew. "One Australian killed, embassy damaged in Beirut blast". Australian Financial Review. 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2020.
  36. "Beirut blast: Two Bangladeshis die, 21 Bangladesh Navy crew injured". Dhaka Tribune (ingilis). August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  37. "Belgian killed in massive Beirut blasts as death toll rises". The Brussels Times (ingilis). 5 avqust 2020. December 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  38. "2 Filipinos dead, 12 missing in Beirut blast". CNN Philippines. 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  39. "Moroccan Woman Among Injured in Beirut Explosion". Morocco World News (ingilis). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  40. "Egypt Expresses Solidarity After 100 Killed, 4,000+ Injured in Beirut Explosion". Egyptian Streets (ingilis). 5 avqust 2020. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  41. 1 2 "1 Pakistani child died 4 in critical condition in Beirut blast". Daily Times (ingilis). 5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  42. 1 2 "Εκρήξεις στη Βηρυτό: Μια Ελληνίδα πολίτης νεκρή και δύο τραυματίες". news247.gr (yunan). 5 avqust 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  43. "Ministry says one Indonesian injured in Lebanon blasts". The Jakarta Post (ingilis). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  44. "Beirut, un militare italiano ferito nelle esplosioni, sotto choc altri soldati dei 1.200 che l'Italia schiera nel contingente internazionale Unifil dal 1978". Il Messaggero (italyan). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  45. 1 2 "Lebanon eyes state of emergency as Beirut death toll climbs: Live". 5 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  46. "Beirut explosion: Dozens dead, thousands hurt including 5 at Dutch embassy". NL Times (ingilis). 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  47. "Son dakika… Beyrut'taki patlamada 6 Türk vatandaşı yaralandı" (türk). Sözcü. 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2020.
  48. 1 2 3 "Lebanon: UN 'actively assisting' in response to huge explosions at Beirut port". UN News (ingilis). 4 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  49. 1 2 3 4 "Beirut blast: Two Bangladeshis die, 21 Bangladesh Navy crew injured". Dhaka Tribune (ingilis). August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  50. "Orient Queen Sinks in Beirut, Two Crew Reported Dead". Cruise Industry News (ingilis). 5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  51. "'I can't believe I'm alive': Survivors recount Beirut explosion". Al Jazeera (ingilis). 5 August 2020. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  52. "Orient Queen Cruise Ship Damaged in Blast In Beirut". Cruise Law News (ingilis). 5 August 2020. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  53. "11 Armenians killed in Beirut blast – Arevelk". panorama.am (ingilis). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.
  54. "Number of Armenians killed in Beirut blast reaches 13". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.
  55. "At least 10 people killed in Beirut explosion, say Lebanese security and medical sources". Reuters (ingilis). 4 avqust 2020. June 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  56. "Lebanon's health minister says many injuries and large damage from Beirut blast: LBC TV" (ingilis). Reuters. 4 avqust 2020. March 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  57. Holmes, Oliver. "Beirut explosion: dead and wounded among 'hundreds of casualties', says Lebanon Red Cross – live updates" (ingilis). The Guardian. 5 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  58. "Hundreds wounded as huge blast rips through Lebanon's Beirut". Al Jazeera (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  59. Molana-Allen, Leila. "Food insecurity hits middle class amid Lebanon's economic crisis". France 24 (ingilis). 1 July 2020. 1 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  60. "Lebanese Kataeb Party's Secretary-General Nazar Najarian killed in Beirut blast". Ermənistan İctimai Radiosu. 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  61. "Live updates: Lebanese capital rocked by huge explosion". CNN. 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  62. "Kazakh Citizens Stay Safe After Beirut Blast, Embassy to Be Restored, Says Kazakh FM". Astana Times (ingilis). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  63. 1 2 "Many injured as large blast rocks Beirut". BBC News. 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  64. "Two massive explosions rock Beirut, wounding dozens". CBS News (ingilis). CBS. 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  65. "Huge explosions rock Lebanon capital Beirut with widespread damage, injuries". abc7.com (ingilis). abc7.com. 4 avqust 2020. August 5, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  66. Suliman, Adela. "Large explosion rocks port area in Beirut, cause unclear" (ingilis). NBC News. 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  67. "Food insecurity hits middle class amid Lebanon's economic crisis". France 24 (ingilis). 2020-07-01. 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  68. Sullivan (now), Helen; Holmes (earlier), Oliver; Safi, Michael. "Beirut explosion: more than 50 dead and 2,750 wounded, says Lebanon health ministry – live updates". The Guardian (ingilis). 2020-08-04. ISSN 0261-3077. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  69. 1 2 3 4 5 "Lebanon eyes state of emergency after deadly Beirut blast: Live". Al Jazeera English (ingilis). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  70. Regencia, Ted; Alsaafin, Linah. "Up to 300,000 left homeless by Beirut explosion: Live updates" (ingilis). Al Jazeera. 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  71. "Beyrutdakı partlayışın Livana vurduğu ziyan". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  72. "90% of Beirut hotels damaged, state media says". CNN (ingilis). 4 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
  73. Chulov, Martin; Safi, Michael. "Lebanon: at least 78 killed as huge explosion rocks Beirut". The Guardian. 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  74. Hubbard, Ben; Abi-Habib, Maria. [georgehttps://www.nytimes.com/2020/08/04/world/middleeast/beirut-explosion-blast.html "Deadly Explosions Shatter Beirut, Lebanon"]. New Tork Times (ingilis). 5 avqust 2020. August 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  75. Ramzy, Austin. "What We Know and Don't Know About the Beirut Explosions". The New York Times (ingilis). 5 avqust 2020. August 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  76. "La Embajada argentina en Beirut sufrió graves daños, pero no hay heridos ni muertos". www.telam.com.ar (ispan). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  77. "Australian embassy 'considerably' damaged in Beirut blast, one Australian killed". Australian Broadcasting Corporation (ingilis). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  78. "Report: Finnish Embassy in Beirut 'destroyed' by blast". News Now Finland (ingilis). 4 avqust 2020. August 5, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  79. "No S. Koreans Reported Killed or Injured in Beirut Explosions". KBS World RADIO (ingilis). 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  80. "Взрыв в Бейруте: в МИД сообщили о жертвах среди армян". ru.armeniasputnik.am (rus). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  81. Əhmədova, İlahə. "Qazaxıstanın Beyrutdakı konsulu partlayış zamanı xəsarət alıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  82. "Мощный взрыв в Бейруте: масштабные разрушения, десятки погибших и тысячи пострадавших". BBC News Русская служба (rus). BBC News. 2020-08-04. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  83. "Beirut explosion: Romanian embassy HQ slightly damaged" (ingilis). Romania Insider. 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  84. "Beyrut'taki patlamalarda 2 Türk vatandaşı yaralandı" (türk). Anadolu Agency. 4 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  85. "'I can't believe I'm alive': Survivors recount Beirut explosion". Al Jazeera. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  86. "Orient Queen Cruise Ship Damaged in Blast In Beirut". Cruise Law News. 5 avqust 2020. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  87. "Horrific explosion rocks Beirut port" (ingilis). Offshore Energy. 5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  88. Voychenko, Mikhail. "Beirut port explosion mystery solved? UPDATES: 3 ships disappeared. VIDEO". Fleetmon. 4 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  89. Maayan Lubell; Jonathan Oatis. "Israel offers aid to Lebanon after blast, Israeli ministers say" (ingilis). Reuters. 4 avqust 2020. October 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  90. "Israel not behind Beirut blast, sources on both sides say; at least 10 killed" (ingilis). The Times of Israel. 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  91. Fitz-Gibbon, Jorge. "Israel uses UN channels to offer aid to Lebanon after deadly Beirut blast". New York Post (ingilis). 4 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  92. "Beirut explosion: Australian among more than 25 dead, Scott Morrison says". The Canberra Times (ingilis). 5 August 2020. 4 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2020.
  93. 1 2 "Azərbaycan Livana maliyyə yardımı göstərəcək" (az.). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  94. "UAE sends emergency medical aid to Lebanon". ARN News Agency (ingilis). 5 August 2020. 24 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  95. "Armenia to send humanitarian aid to Lebanon – PM's spokesperson". Armenpress (ingilis). 5 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  96. "Elysee: France Sends Medical Team, Equipment to Assist Lebanon". Lebanese National News Agency (ingilis). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  97. "Iranian Embassy: We Stand by Lebanon, Aid Plane to Arrive Today". Lebanese National News Agency. 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  98. 1 2 3 "The Latest: Lebanese government declares two-week emergency". AP News (ingilis). 5 August 2020 accessdate=5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020. (#missing_pipe)
  99. 1 2 "'Stay strong, Lebanon': Global support over deadly Beirut blast". Al Jazeera English. 5 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  100. "Esplosione a Beirut, l'Italia invia due aerei con aiuti umanitari" (italyan). tgcom24.mediaset.it. tgcom24.mediaset.it. 6 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2020.
  101. "Aid Plane from Beirut Lands in Kuwait". Lebanese National News Agency. 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  102. Mbewa, David Ochieng. "Egypt to send two planes with medical aid to Lebanon: local media". CGTN Africa (ingilis). 6 August 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
  103. "Syria sends ambulances to rescue people injured in Beirut". JPnews-Sy (ingilis). 5 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  104. "Son dakika... Türkiye'den Lübnan'a yardım açıklaması" (türk). CNN Turkish. 5 August 2020. 30 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  105. "Nederland stuurt reddingsteam van 67 specialisten naar Beiroet" (holland). 5 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  106. "Beirut explosion live updates: Half of city affected by damage". Deutsche Welle (ingilis). 5 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020. Germany has dispatched search and rescue specialists to Lebanon to assist seeking survivors trapped beneath rubble of the explosion.
  107. "Czech Republic to send a search and rescue team to Beirut following Tuesday's explosion - Prague, Czech Republic". Expats.cz Latest News & Articles - Prague and the Czech Republic (ingilis). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  108. Tara John, Melissa Macaya, Mike Hayes, Veronica Rocha, Meg Wagner, Joshua Berlinger, Adam Renton and Zamira Rahim. "Live updates: Beirut explosion rocks Lebanon's capital city". CNN (ingilis). 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  109. "The Latest: Russia sends doctors, equipment to Lebanon". Star Tribune (ingilis). 5 August 2020. 6 August 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  110. Claus, Patricia. "Greece Sends Rescue Team, Equipment to Beirut After Blast". Greek Reporter (ingilis). 5 August 2020. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  111. "Crisis Response: The Explosion in Beirut, Lebanon". Facebook (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  112. "Beirut explosion". Google Search (ingilis). August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2020.
  113. Carbel Mallo. "Hundreds reported missing by family members, Health Minister says". CNN (ingilis). 4 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  114. "URGENT: All blood types needed in all hospitals and blood donation centers in Beirut. Use promocode DONATEBLOOD for a free ride to and from the hospital or the blood donations center". Twitter (ingilis). 4 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  115. "Beyrut limanının administrasiyası ev dustağı edildi". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.
  116. Beyrutda baş verən partlayış nəticəsində 1000-dən çox erməni ailəsinin evi dağılıb[ölü keçid]
  117. "Beyrutda baş vermiş partlayış nəticəsində yaralanmış ermənilərin sayı 300 nəfərə yaxındır". 2020-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  118. Livan ermənilərinin Ermənistana qayıtması haqqında[ölü keçid]
  119. "Lebanon's Prime Minister Hassan Diab declares national day of mourning Wednesday, after Beirut blast". The Daily Star (ingilis). 4 avqust 2020. August 8, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  120. Cheeseman, Abbie; Suliman, Adela; Mulligan, Matthew. "Massive explosion rocks Beirut, causing injuries and widespread damage". NBC News (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  121. "Lübnan'ın başkenti Beyrut'ta patlama" (ingilis). Anadolu Agentliyi. 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  122. "Hezbollah Says Beirut Blasts 'National Tragedy', Sayyed Nasrallah Delays Speech" (ingilis). Al-Manar. 4 avqust 2020. September 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  123. "Hezbollah MP Urges National Unity in Face of Beirut Calamity". Al-Manar (ingilis). 5 avqust 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  124. "Beyrutu viran qoyan "bomba" "Hizbullah"ın anbarında olub". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-09.
  125. "UNIFIL statement on the explosion in Beirut". UNIFIL (ingilis). 4 avqust 2020. February 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  126. Haboush, Joseph. "White House 'closely' following Lebanon explosions: Spokesperson". Al Arabiya English (ingilis). 2020-08-04. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  127. U.S. Embassy Beiruit [usembassybeirut]. "U.S. Ambassador Dorothy Shea: Having witnessed the horrific explosions at the Port this evening, our heartfelt sympathies go out to the victims and their families. We mourn each loss from this terrible tragedy alongside the Lebanese people" (Tweet) (ingilis). 4 avqust 2020. İstifadə tarixi: 4 avqust 2020.
  128. Superville, Darlene. "Trump says generals feel Beirut blast was likely an 'attack'". Associated Press (ingilis). 5 avqust 2020. June 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  129. Choi, Matthew. "Trump proposes attack theory to explain Beirut blast". POLITICO (ingilis). 4 avqust 2020. September 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  130. Barbara Starr, Ryan Browne and Nikki Carvajal. "US defense officials contradict Trump: No indication yet of attack in Beirut". CNN. 5 avqust 2020. August 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  131. "US Officials Dispute Trump's Claim That Beirut Was Attacked" (ingilis). The New York Times. 5 avqust 2020. ISSN 0362-4331. İstifadə tarixi: 5 avqust 2020.[ölü keçid]
  132. "Beirut explosion: Australian among more than 25 dead, Scott Morrison says". The Canberra Times (ingilis). 5 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  133. 1 2 Topcu, Gulsen. "Landmarks in Dubai, Egypt lit up with Lebanese flag". Anadolu Agency (ingilis). 5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  134. Dominic Raab [DominicRaab]. "My thoughts and prayers are with those affected by the devastating explosion in #Beirut today. The UK 🇬🇧 stands in solidarity with the people of Lebanon 🇱🇧 and is ready to offer help and support including to those British nationals impacted" (Tweet) (ingilis). 4 avqust 2020. İstifadə tarixi: 4 avqust 2020.
  135. "https://twitter.com/borisjohnson/status/1290723819380973568". Twitter (ingilis). 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  136. Landau, Noa. "'We Share Your Pain': Israel Offers Aid to Lebanon After Beirut Port Blast". Haaretz (ingilis). 5 avqust 2020. September 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  137. Joffre, Tzvi. "Hundreds injured after massive explosion rocks Beirut Port". The Jerusalem Post (ingilis). 4 avqust 2020. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  138. 1 2 Peleg, Bar. "Tel Aviv Shows Solidarity With Lebanon, Drawing Right-wing Ire" (ingilis). Haaretz. 5 August 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
  139. "Ex-Israel MK declares Lebanon blast as 'gift from God'" (ingilis). Middle East Monitor. 5 August 2020. 9 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
  140. "PM of Canada Justin Trudeau responds to explosion in Beirut, Lebanon". Cult MTL (ingilis). 5 avqust 2020. November 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  141. Christodoulides, Nikos. "Expressing our overwhelming and heartfelt sympathy". Twitter (ingilis). August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  142. "Offers of assistance pour in for Lebanon after deadly Beirut explosions". France24 (ingilis). 4 avqust 2020. May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2020.
  143. "Путин выразил соболезнования президенту Ливана в связи со взрывом". Vesti.ru (rus). 4 avqust 2020. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  144. "İbrahim Kalın'dan Beyrut'taki patlamaya ilişkin açıklama!". www.sozcu.com.tr (türk). August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  145. "Foreign Ministry announcement on the explosions in Beirut". Greek Ministry of Foreign Affairs (ingilis). August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  146. "الرئيس يعرب عن تضامنه مع القيادة والشعب اللبناني عقب انفجار بيروت". wafa.ps (ərəb). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04. (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Şəkillər