Tbilisi Cümə məscidi (gürc. თბილისის ჯუმა მეჩეთი) və ya sadəcə Cümə məscidi (gürc. ჯუმა მეჩეთი); daha əvvəl Sünni məscidi[1] (gürc. სუნიტური მეჩეთი; rus. Суннитская мечеть) — Gürcüstanın paytaxtı Tbilisi şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında, Botanika küçəsində fəaliyyət göstərən məscid.
Tbilisi Cümə məscidi | |
---|---|
gürc. თბილისის ჯუმა მეჩეთი | |
41°41′13″ şm. e. 44°48′36″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Tbilisi |
Tikilmə tarixi | 1723 |
Üslubu | neoqotika |
Vikianbarda əlaqəli mediafayllar |
İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırki formasmın almışdır.[2]
Tbilisidəki ikinci məscid Səfəvi-Osmanlı müharibəsi (1723–1727) dövründə Osmanlı ordusunun şəhəri zəbt edilməsindən sonra tikilmişdir (təxminən 1723–1735-ci illərdə). Nadir xan Əfşarın Səfəvi-Osmanlı müharibəsi (1730–1736) dövründə Qafqaz yürüşü nəticəsində 1735-ci ildə Tbilisini geri almışdır. 1740-ci illərdə Nadir şah məscidin dağıdılmasını əmr etmişdir.[3]
Şəhər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra burada öz məscidinə ehtiyacı olan tatar sünni icması meydana çıxır. 1846–1851-ci illərdə italyan memar Covanni Skudiyerinin layihəsi ilə bərpa və ya yenidən inşa edilib. XIX əsrin sonunda, 1895-ci ildə Bakı milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Şərq hissəsini xeyli genişləndirilərək ikinci mərtəbə tikdirmiş və təmir etdirmişdir.[2][3]
Bu məscid Sovetlər dövründə də fəaliyyətdə olmuşdur. Buraya ibadət etməyə əsasən azərbaycanlılar və Kazan tatarları gəlmişlər. Məscidin iki mehrabı var. 150 ilə yaxındır ki, hər iki məzhəbin ardıcılları (şiələr və sünnilər) məsciddə dostluq və qardaşlıq şəraitində vəhdəti hifz edərək birgə ibadət edirlər.[4]