Cümə məscidi (Tiflis)

Tbilisi Cümə məscidi (gürc. თბილისის ჯუმა მეჩეთი) və ya sadəcə Cümə məscidi (gürc. ჯუმა მეჩეთი); daha əvvəl Sünni məscidi[1] (gürc. სუნიტური მეჩეთი; rus. Суннитская мечеть) — Gürcüstanın paytaxtı Tbilisi şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında, Botanika küçəsində fəaliyyət göstərən məscid.

Tbilisi Cümə məscidi
gürc. თბილისის ჯუმა მეჩეთი
Xəritə
41°41′13″ şm. e. 44°48′36″ ş. u.HGYO
Ölkə
Yerləşir Tbilisi
Tikilmə tarixi 1723
Üslubu neoqotika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırki formasmın almışdır.[2]

Paul von Frankenin "Tiflisin görünüşü" (1859-cu il) tablosundan Sünni məscidi

Tbilisidəki ikinci məscid Səfəvi-Osmanlı müharibəsi (1723–1727) dövründə Osmanlı ordusunun şəhəri zəbt edilməsindən sonra tikilmişdir (təxminən 1723–1735-ci illərdə). Nadir xan Əfşarın Səfəvi-Osmanlı müharibəsi (1730–1736) dövründə Qafqaz yürüşü nəticəsində 1735-ci ildə Tbilisini geri almışdır. 1740-ci illərdə Nadir şah məscidin dağıdılmasını əmr etmişdir.[3]

Şəhər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra burada öz məscidinə ehtiyacı olan tatar sünni icması meydana çıxır. 1846–1851-ci illərdə italyan memar Covanni Skudiyerinin layihəsi ilə bərpa və ya yenidən inşa edilib. XIX əsrin sonunda, 1895-ci ildə Bakı milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Şərq hissəsini xeyli genişləndirilərək ikinci mərtəbə tikdirmiş və təmir etdirmişdir.[2][3]

Cümə məscidin girişində 5 dildə yazı

Bu məscid Sovetlər dövründə də fəaliyyətdə olmuşdur. Buraya ibadət etməyə əsasən azərbaycanlılarKazan tatarları gəlmişlər. Məscidin iki mehrabı var. 150 ilə yaxındır ki, hər iki məzhəbin ardıcılları (şiələr və sünnilər) məsciddə dostluq və qardaşlıq şəraitində vəhdəti hifz edərək birgə ibadət edirlər.[4]

  1. Тифлис и его окрестности (rus). Тифлис: Типография канцелярии главнонач. гражд. частью на Кавказе. 1890. 41.
  2. 1 2 Məmmədoğlu, Mirzə. "Qədim Tiflisin qədim məscidləri". "Ziya" İnformasiya Mərkəzi. 2016-06-07. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
  3. 1 2 Нурулла, Мухсин. ""Казан-татара": история забытой татарской мечети в Тбилиси". islam-today.ru. 2020-02-04. İstifadə tarixi: 2024-06-28.
  4. İgidov, Ramin. "Tbilisi Cümə məscidi". "Ziya" İnformasiya Mərkəzi. 2017-02-07. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
  5. Вейденбаум, Е. Путеводитель по Кавказу (PDF) (rus). Тифлис: Типография Канцелярии Главноначальствующего гражданской частью на Кавказе. 1888. 144–145. 2016-03-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-28.
  6. Sansrefus, Gaston; Fuster, Charles. De Paris à Tiflis, impressions de route (fransız). Paris: Fernique & Fils. 1897. 421.
  7. Merzbacher, Gottfried. Aus den hochregionen des Kaukasus : wanderungen, erlebnisse, beobachtungen (alman). I. Leipzig: Duncker & Humblot. 1901. 946.