Dövlətsiz cəmiyyət

Ərazidəki mövcud cəmiyyətin tipinə görə rənglənmiş e.ə. 1000-ci ilə aid dünya xəritəsi. Bu dövrdə dövlətsiz cəmiyyətlər normal idi.
  sadə kənd təsərrüfatı cəmiyyətləri
  mürəkkəb kənd təsərrüfatı cəmiyyətləri
  məskunlaşılmamış

Dövlətsiz cəmiyyətdövlət tərəfindən idarə olunmayan cəmiyyət.[1]

Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər.[2]

Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq.

Siyasi ideal kimi

[redaktə | mənbəni redaktə et]

Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir.[1][3] Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır.[4]

Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq.[5] Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.

  1. 1 2 Anarchism // The Shorter Routledge Encyclopedia of Philosophy (ingilis). 2005. səh. 14. Anarchism is the view that a society without the state, or government, is both possible and desirable.
  2. Faulks, Keith. Political Sociology: A Critical Introduction (ingilis). NYU Press. 2000. səh. 23. ISBN 978-0-8147-2709-6. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21 – Google Books vasitəsilə.
  3. Sheehan, Sean. Anarchism. London: Reaktion Books. 2004. səh. 85.
  4. Morriss. "Anarcho-Capitalism". Libertarianism.org. 2008-08-15. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  5. Engels, Frederick. Part III: Historical Materialism // Socialism: Utopian and Scientific. 1880. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02 – Marx/Engels Internet Archive (marxists.org) vasitəsilə. State interference in social relations becomes, in one domain after another, superfluous, and then dies out of itself; the government of persons is replaced by the administration of things, and by the conduct of processes of production. The State is not "abolished". It dies out...Socialized production upon a predetermined plan becomes henceforth possible. The development of production makes the existence of different classes of society thenceforth an anachronism. In proportion as anarchy in social production vanishes, the political authority of the State dies out. Man, at last the master of his own form of social organization, becomes at the same time the lord over Nature, his own master—free.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]