Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aleksandra Mixaylovna Kollontay (19 (31) mart 1872[1], Sankt-Peterburq[2] – 9 mart 1952[2][3][…], Moskva[2]) – beynəlxalq və rus inqilabi sosialist hərəkatının iştirakçısı.
Aleksandra Kollontay | |
---|---|
rus. Александра Михайловна Коллонтай | |
| |
Ümumrusiya Müəssislər Məclisinin üzvü[d] | |
1918 – 1918 | |
1943 – 1945 | |
1917 – 1918 | |
1924 – 1924 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Александра Михайловна Домонтович |
Doğum tarixi | 19 (31) mart 1872[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1952[2][3][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | inqilabçı, diplomat, qadın hüquqları fəalı[d], yazıçı, siyasi nəzəriyyəçi[d], xalq komissarı[d], sosioloq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1906-cı ildən menşeviklərə yaxınlaşır, 1915-də Rus Sosial-Demokrat Fəhlə Partiyasına qoşulur; feministka; publisist; dünyada ilk qadın-nazir və qadın diplomat; Dıbenkonun həyat yoldaşı. (İlk Sovet Nikahı)
Aleksandra Mixaylovna Kollontay Peterburqda, öz kökləri ilə orta əsrlər knyazı Dovmont Pskovskiyə çatan imkanlı zadəgan ailəsində dünyaya göz açmışdır. Aleksandra Mixaylovnanın atası 1877–1878-ci illərdə rus-türk müharibəsində iştirak edən və 1878–1879-cu illərdə Bolqarıstanda Tırnov qubernatoru olan yüksəkvəzifəli general Mixail Domontoviç olmuşdur; anası–Aleksandra Masalina-Mravinskaya meşə materialları ilə ticarət edən fin fabrikantının qızı olmuşdur.
Ögey bacısı Mravinskaya–məşhur opera oxuyan. Hərtərəfli ev təhsili almışdır. Bir neçə xarici dil bilirdi (ingilis, alman, fransız, isveç, norveç, fin və digər dillər), ədəbiyyat ilə maraqlanırdı. 1888-ci ildə Sankt-Peterburqdaki 6-cı kişi gimnaziyasına kurs gimnaziya üçün imtahan vermişdir. İncəsənət məktəbinə baş çəkir, xüsusi rəsm çəkmə dərsləri götürürdü. Kübar cəmiyyətə qəbul edilmişdir. Aleksandra Domontoviçin ünsiyyət etdiyi insanlar sırasına əminəvəsi İqor Severyanin də daxil idi. İ. Severyanin "Narıncı saatın şehi" avtobioqrafik poemasında xatırlayırdı:
Aleksandra gənc yaşlarından kişilər arasında məşhur idi, və onlardan yaxşı baş çıxarırdı. O, tanışlıqın ilk gecəsinda ona evlənməyi təklif edən adyudant III Aleksandr Tutomlinin təklifini rədd edir. Aleksandraya vurğun olanlardan biri İvan Draqomirov (məşhur generalın oğlu) onun (Aleksandranın) rəftarına dözməyib intihar edir (özünü güllələmək yolu ilə). Sonralar Aleksanraya digər aşiq olan da onun (Aleksandranın) matrosla "yaxınlıq etdiyini" eşidib intihar edir.
Gəncliyində Aleksandra valideynlərinin onu varlı adyutant imperatora ərə vermək qərarına qarşı çıxır, öz istəyi ilə Hərbi-Mühəndis Akademiyasının məzunu, kasıb hərbçi olan Vladimir Kollontaya ərə gedir (1893). 5 il sonra İnqilabi Hərəkatda iştirak etmək üçün məcbur olub ailəsini atır. Sosialist Hərəkatda iştiraka Aleksandra 1890-cı illərdə tanış olduğu Stasovanın köməyi ilə gəlir. Şyopkina-Kupernik ilə onu dostluq birləşdirirdi, kimin ki evində Aleksandra polisdən gizlənirdi. 1901-ci ildə Jenevada Plexanov, 1905-ci ildə Moskvada Lenin ilə tanış olur. Rus Sosial-Demokrat Pariyasının II qurultayında (1903) partiyanın iki hissəyə-bolşevik və menşeviklərə parçalanmasından sonra Aleksandra iki qarşı olan fraksiyanın (bolşevizm və menşevizm) heç birinə qoşulmur. Bununla belə, bu illərdə o öz əqidəsinə görə menşevizmə daha yaxın idi.
"Mənim hər iki cəbhədə dostlarım var idi. Bolşevizm qəlbimə daha yaxın idi. Ancaq Plexanovun şəxsiyyətinə olan simpatiyam Məni menşeviklərdən ayrılmaqa imkan vermirdi."
1905-ci il birinci Rus inqilabı vaxtı Aleksandra "İşçi qadınlara qarşılıqlı yardım cəmiyyəti"nin qurulmasında təşəbbüs göstərirdi. İnqilabın məğlubiyyətindən sonra 1908-ci ildə emiqrasiya edir. Emiqrasiyada olarkən Rus Sosial-Demokrat Fəhlə partiyasının Reformist qanadına qoşulur, təsviyyəçiləri dəstəkləyir, Bolonyada "İrəli" qrupu tərəfindən əsası qoyulmuş fraksiya məktəbində leksiya deyir. Avropanın bir sıra ölkələrində olur (Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Norveç, Fransa, İsveçrə, İsveç), həmin ölkələrin yerli Sosial-Demokrat və Sufrajist hərəkatları ilə əlaqə yaradır və onlarda aktiv iştirak edirdi. İki dəfə ABŞ-də olur. Ştutqart (1907), Kopenhagen (1910) və Bazeldə (1912) keçirilən Beynəlxalq Sosialist Konqreslərində Rus Sosial-Demokrat Fəhlə partiyasının nümayəndəsi kimi iştirak edir.
Birinci Dünya Müharibəsinin (1914–1918) başlanmasından sonra İsveçdə olarkən menşeviklərdən və müharibəni dəstəkləyən Avropa Sosialist-Demokrat partiyasının sağ qanadından uzaqlaşır. Müharibənin İmperialist xarakter daşınmasının tənqid edilməsi Aleksandranı bolşeviklərlə yaxınlaşdırır. 1915-ci ildə qəti olaraq Bolşeviklərə qoşulur. Aktiv anti-militarist təbliğatına, xüsusən də 1914-cü ilin noyabrında isveç qəzetlərindən birində anti-hərbi məqalənin çapına görə isveş polisi tərəfindən tutulur, Malmyo qalasına gətirilir və bir müddət sonra İsveç krali V Qustavın şəxsi göstərişi ilə ölkədən çıxarılır. Kopenhagenə gəldikdən sonra Aleksandra Lenin ilə sıx əlaqələr qurur və onun xüsusi tapşırıqlarını yerinə yetirir.
Aleksandra Rusiyaya 1917-ci il Fevral İnqilabından sonra gəlir. Tezliklə Petroqrad Şurasının İcraiyyə Komitəsinin üzvü olur. Bolşevik hərbi təşkilatı tərəfindən 1917-ci il Rus Sosial-Demokrat Fəhlə partiyasının (b) 7-ci (aprel) konfransının işində iştirak edir, Leninin "Aprel Tezislərindəki" mövqeyini tam müdafiə edən tək-tük deleqat üzvlərindən biri olur. I Ümumrus sovetlər qurultayında bolşeviklərdən MİK-in (Mərkəzi İcraiyyə Komitəsi) üzvü seçilir. "İkihakimiyyətlilik" dövründə matros və soldatlar arasında təşkil olunmuş aqitasiya apardığına görə Müvəqqəti Hakimiyyət tərəfindən təqib olunmuşdur. 1917-ci ilin iyulunda Stokholmdan Sol anti-hərbi Çimmervald Birliyinin müşavirəsindən qayıdan Aleksandra Müvəqqəti Hakimiyyət tərəfindən həbs olunur. Hələ də həbs də olmasına baxmayaraq, Rus Sosial-Demokrat Fəhlə partiyasının (b) 1917-ci il VI qurultayında qiyabi olaraq fəxri nümayəndələrdən biri seçilir və MK-nin Mərkəzi Komitənin üzvü seçilir.
Aleksandra 1917-ci il 10 (23) oktyabrda Petroqrad da Oktyabr Qiyamı və Silahlı Qiyam haqda qərar qəbul etmiş Rus Sosial-Demokrat Fəhlə Partiyasının (b) Mərkəzi Komitəsinin iclasında iştirak etmişdir. Paralel olaraq Sovetlərin II qurultayını (25 – 26 oktyabr 1917) keçirən rəyasət heyətinin üzvü olmuşdur. Bolşevik və Sol eserlər tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra Ümumrus Mərkəzi İcraiyyə Komitəsinə seçilmişdir və Sovet xalq komissarlarının birinci heyətində Dövlət Himayəetmə Xalq Komissarı vəzifəsinə təyin edilir. 1918-ci ilin martinda Nikolay İvanoviş Buxarin və "sol kommunistlərlə" bir mövqedə duraraq Brest Sülh sazişinə qarşı çıxır və etiraz əlaməti olaraq hökumətin tərkibindən çıxır. Vətəndaş müharibəsi zamanı Ukraynaya göndərilir, harada ki Aleksandra Krım Sovet Respublikasının Aqitasiya və Təbliğat üzrə Xalq Komissariatı seçilir və həmçinin Krım Ordusunun Siyasi Şöbəsinə başçılıq edir.
Sovet rəhbərliyində görkəmli qadınlardan biri kimi Aleksandra Rusiya Kommunist Partiyasının (b) Mərkəzi Komitəsində Qadın Şöbəsinin yaradılmasının və ona başçılıq etməsinin təşəbbüskarı kimi çıxış edir. Qadın şöbəsinin məqsədi qadın və kişi hüquqlarının bərabərliyi, qadınlar arasında savadsızlıq ilə mübarizə, ailənin təşkili və yeni əmək şərtləri ilə məlumatlandırmaq uğrunda mübarizə olur. Qadın şöbəsi 1930-cu ildə ləğv edilmişdir. Qadın şöbəsinə rəhbərliyi ilə yanaşı Aleksandra Sverdlovsk Universitetində leksiyalar oxuyur və Kominternin seksiyalarında işləyirdi.
1921-ci ilin martında həmkarlar ittifaqları haqda diskusiyalar zamanı Troçkinin həmkarlar ittifaqının hüquqlarını genişləndirmək barədə çıxışından sonra Aleksandra Şlyapnikovla birlikdə "işçi müxalifətə" başçılıq etdi.
1923-cü ildən diplomatik işdə olub. SSRİ-nin Norveçdə səlahiyyətdar nümayəndə və ticarət nümayəndəsi vəzifəsində çalışıb, müəyyən müddət Meksikada işləyib, İsveçdə səfir olub, SSRİ-nin Millətlər Liqasındakı Nümayəndə heyətinə daxil olub.
Krupskaya və Kolininlə yanaşı Stalin Repressiyalarından sağ çıxan "qoca bolşeviklərdən" biri olub.
Bir sıra kitab və məqalələrin müəllifidir. Əsərlərinin əksəriyyəti Qadın İnqilabı Hərəkatının problemlərinə həsr olunub.