Dələyəniz

Dələyəniz- Qobustan rayonunda Duvannı d.y. stansiyasından cənub qərbdə fəaliyyətdə olan palçıq vulkanıdır.

Dələyəniz
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Konusunun hündürlüyü 25 m.-ə çatır. Dələ (Azərbaycan dilinin dialektlərində "ayran", "pinti", "pis", "iri", "kobud", "açıq" mənalarında işlənir) vəyəniz (bənzərlik bildirir, qarayanız sözündə olduğu kimi) komponentlərindən ibarət olan bu oronim "ayrana bənzər" mənasında olub, yer altından püskürüb çıxan palçığı təyin edir. Dəlyanız variantında da qeydə alınmışdır.