Bu məqalə Fantastik məxluqlar və onların yaşadıqları yer haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016) səhifəsinə baxın. |
Fantastik məxluqlar və onların yaşadıqları yer[1] və ya Fantastik vəhşilər və onları harada tapmaq olar[2] (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar.
Fantastic Beasts and Where to Find Them | |
Müəllif | Coan Roulinq |
Janr | fentezi |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 2001 |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат |
Səhifə | 128 |
Əvvəlki | Harri Potter və Od Kuboku |
Sonrakı | Əsrlər boyu Qviddiç |
ISBN | ISBN 978-5-353-04424-6 |
Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir.
Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir. Belə ki, qeydlərin birindən Hoqvartsın Şotlandiyada yerləşdiyi bəlli olur.
Nyuton Skamender 1897-ci ildə doğulub. Anasının hippoqriflərlə olan işindən ilhamlanan Nyut, kiçik yaşlarından fantastik varlıqlarla maraqlanmağa başlayır. 1908-ci ilin əvvəlində Nyut Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbinə qəbul edilir və Puffenduy evinə təyin edilir.
Daha sonra Skamender Sehr Nazirliyində işə düzəlir və "Fantastik varlıqların tənzimlənməsi və nəzarəti Departamenti"ndə çalışmağa başlayır. Fantastik varlıqlar departamentinə keçirilməzdən əvvəl iki il "Ev elflərinin işə düzəldilməsi bölməsi"ndə çalışır.
1947-ci ildə Skamenderə Canavar adamların registrinin hazırlanması tapşırılır, 1965-ci ildə isə o, "Eksperimental seleksiyanın qadağan edilməsi" layihəsində iştirak edir. Skamender həm də "Əjdahaların Tədqiq və Etidalı Bürosu" ilə əməkdaşlıq edir ki, bu büro da "Fantastik məxluqlar və onların yaşadıqları yer" kitabının sonrakı nəşrləri üçün yeni materialların toplanması məqsədi ilə səfərlərin həyata keçirilməsinə kömək edir. 1979-cu ildə magizoologiya sahəsində fəaliyyətinə görə Skamender ikinci dərəcəli Merlin Ordeni ilə təltif edilmişdir. Həmçinin Nyut Skamenderə Şokolad Qurbağa Kartı həsr edilmişdir.
Skamender Porpentina Qoldşteyn ilə evlənmiş və onların bir övladı və sonradan Rolf adlı bir nəvələri olmuşdur. 1990-cı illərin əvvəllərində Salamander həyat yoldaşı və üç knizel ev heyvanı Hoppi, Milli və Mauler ilə birlikdə Dorsetdə yaşayırdı.
Skamender özü romanların heç birisində meydana çıxmır, halbuki onun adı Harri Potter və Fəlsəfə Daşı romanında xatırlanır.
|
|
|
2013-cü ildə məlum oldu ki, Warner Bros. kinostudiyası həmin kitab əsasında film çəkəcək. Filmin senarisi Coan Roulinq tərəfindən yazılmışdır. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-da 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 2016-cı ilin oktyabr ayında Roulinq təsdiqləyib ki, filmlər seriyası beş kinolentdən ibarət olacaq.[3]