Xəbərdarlıq!
Bu məqalədəki məlumatlar qismən Fantastik varlıqlar və onların məskəni filminin məzmunu ilə bağlı olduğuna görə spoyler xarakteri daşıya bilər. |
Nyuton (Nyut) Artemi Fido Skamender (ing. Newton "Newt" Artemis Fido Scamander, doğum tarixi: 1897) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyası, Fantastik varlıqlar və onların məskəni kitabı və film trilogiyasının qəhrəmanıdır.
Nyut Skamender | |
---|---|
ing. Newt Scamander Fantastik varlıqlar və onların məskəni obrazı | |
Məlumat | |
Cinsi | kişi |
Peşə | yazıçı |
Qohumlar | Porpetina Qoldşteyn (həyat yoldaşı) |
Milliyyəti | ingilis |
Uydurma bioqrafiyasına görə Nyut Skamender məşhur magizooloq, "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kiabının müəllifidir. İkinci dərəcəli Merlin Ordeninə layiq görülmüş sehrbazdır. Anasının hippoqriflərlə olan işindən ilhamlanan Nyut, kiçik yaşlarından fantastik varlıqlarla maraqlanmağa başlayır. Hoqvartsda təhsilini tamamladıqdan sonra Nyut Sehr Nazirliyində işə düzəlir. İki il nazirliyin Ev elflərinin işə düzəldilməsi bölməsində çalışdıqdan sonra, Salamander Varlıqlar bölməsinə keçirilir. 1918-ci ildə "Obscurus Books" nəşriyyatından Avqust Vorm Nyutun "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabını yazmasını maliyyələşdirir. Skamender, Porpentina Qoldşteyn adlı xanımla evlidir və cütlüyün övladlığa götürülmüş bir uşağı var. 1990-cı illərdən təqaüdə çıxmış Skamender Dorsetdə yaşayır.
Nyut Skamenderin tam adı Nyuton böyük ehtimal ki, məşhur ingilis riyaziyyatçısı İsaak Nyutonun soy adından götürülmüşdür; Artemida Yunan mifologiyasında ovçuluq ilahəsinin adıdır; Fido ümumi it adı olub latın dilindən tərcümədə inamlı anlamını verir; Skamender sözü isə "Scamander" kimi yazılır. Onun ləqəbi Nyut kiçik, parlaq rəngli salamander anlamını verir.
Nyuton Skamender 1897-ci ildə doğulub. Anasının hippoqriflərlə olan işindən ilhamlanan Nyut, kiçik yaşlarından fantastik varlıqlarla maraqlanmağa başlayır. Yeddi yaşı olanda Nyut tez-tez otağında ətli çəhrayı göbələyə oxşayan fantastik varlıq Horklampları hissələrə ayırır. 1908-ci ilin əvvəlində Nyut Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbinə qəbul edilir və Haflpaff evinə təyin edilir.[1] Nyutun transfiqurasiya müəllimi Albus Dambldorun qəti qarşı çıxmasına baxmayaraq, o, fantastik heyvanlarla insan həyatı üçün təhlükə yaratdığına görə Hoqvartsdan kənarlaşdırılır.[2]
— Nyut Skamender Avqust Vormun ona “Fantastik varlıqlar və onların məskəni” kitabını yazmağı sifariş etməsi haqqında.[3]
Hoqvartsdan kənarlaşdırıldıqdan sonra, Skamender Sehr Nazirliyində işə düzəlir və "Fantastik varlıqların tənzimlənməsi və nəzarəti Departamenti"ndə çalışmağa başlayır. Fantastik varlıqlar departamentinə keçirilməzdən əvvəl iki il "Ev elflərinin işə düzəldilməsi bölməsi"ndə çalışır.[3]
1918-ci ildə "Obscurus Books" nəşriyyatından Avqust Vorm Skamenderə "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabını yazmağı sifariş edir. Nazirlik işçisi olaraq həftədə cəmi iki sikel pul qazanan Skamender bu sifariş sayəsində gəlirini artırmaq və səyahət etmək imkanı qazanır.[3]
Beş qitədə yüz ölkəyə səfər edən Skamender kitabı üçün material toplayaraq çoxlu fantastik varlıqları tədqiq edir. O, varlıqları tədqiq edir, onlarla ünsiyyət qurmağa və etibarlarını qazanmağa çalışır.[3]
Fantastik varlıqlar və onların yaşadığı yerləri tədqiq etmək üçün çıxdığı səfərin sonunda, 1926-cı ildə qısa dayanacaq kimi Skamender Nyu-Yorka gəlir.[4] Lakin, Ceykob Kovalski adlı maqlın təsadüfən, içində fantastik varlıqlar saxlanan sehrli çantanı açmasından sonra baş verən insident böyüyərək Amerika Birləşmiş Ştatları Magiya Konqresinin müdaxiləsini tələb edən böyük (həmin dövrdə maqlların fanatik ekstremist qrupu Yeni Salem Filantropik Cəmiyyətinin fəaliyyətinə görə maqlar və maqllar arasında münasibət çox kövrək idi) hadisəyə çevrilir.[4] Nyu-Yorkda olarkən Salamander gələcək həyat yoldaşı Porpentina Qoldşteyn və onun bacısı Kuini ilə tanış olur.
İlk dəfə 1927-ci ildə nəşr edilən "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabı bestsellerə çevrilir. Kitab Hoqvartsın təsdiq edilmiş dərsliyinə çevrilir və 1990-cı illərin ortalarına kimi 52 dəfə təkrar nəşr olunur.[3] Salamander həm də "Uşaqlar üçün bədheybətlər antologiyası" adlı kitabın müəllifidir.[5]
1947-ci ildə Salamanderə Canavar adamların registrinin hazırlanması tapşırılır, 1965-ci ildə isə o, "Eksperimental seleksiyanın qadağan edilməsi" layihəsində iştirak edir. Salamander həm də "Əjdahaların Tədqiq və Etidalı Bürosu" ilə əməkdaşlıq edir ki, bu büro da "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabının sonrakı nəşrləri üçün yeni materialların toplanması məqsədi ilə səfərlərin həyata keçirilməsinə kömək edir.[3]
— Skamenderin Şokolad Qurbağa Kartı[6]
1979-cu ildə magizoologiya sahəsində fəaliyyətinə görə Skamender ikinci dərəcəli Merlin Ordeni ilə təltif edilmişdir. Həmçinin Nyut Salamanderə Şokolad Qurbağa Kartı həsr edilmişdir.
Skamender Porpentina Qoldşteyn ilə evlənmiş və onların bir övladı və sonradan Rolf adlı bir nəvələri olmuşdur.[7] 1990-cı illərin əvvəllərində Skamender həyat yoldaşı və üç knizel ev heyvanı Hoppi, Milli və Mauler ilə birlikdə Dorsetdə yaşayırdı.[3] Həmin dövrdə o, Braziliya yağış meşələrində alov slaqlarını tədqiq etmişdir.[8] 1993–1994-cü illərdə Hoqvartsda olmuş Skamender ehtimal ki, "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabının maqllar üçün versiyasını nəşr etməyi müzakirə etmişdir.[3] Nəvəsinin Luna Lavqud ilə evlənməsindən sonra Skamender Lorkan və Lisander Skamenderlərin ulu babası olmuşdur.[9]
Yorulmaz və sadiq insan olan Nyut yorulmadan çalışaraq "Fantastik varlıqlar və onların yaşağıdı yerlər" kitabı üçün material toplamış[3], hətta istefada olduğu dövrdə belə fəaliyyətini dayandırmamışdır.[8] Magizoologiya sahəsində avtoritet tədqiqatçı hesab edilən Nyutun əsərləri maq cəmiyyətində geniş yayılmışdır.[3] Eksentrik şəxs kimi təsvir edilən Nyut özünü insanların yox, fantastik varlıqların əhatəsində daha yaxşı hiss etmişdir.[10]