Gəncə döyüşü (1826)

Rusiya II Rusiya-İran müharibəsinin
xronologiyası

Şamxor döyüşü (1826)
Gəncə döyüşü (1826)
Uşaqan döyüşü (1827)
İrəvan qalasının işğalı (1827)
Türkmənçay müqaviləsi (1828)

Gəncə döyüşü — Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüş.

Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncənı tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşanın mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün qaçılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər. İran ordusu 1000-ə qədər əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran qoşunları dağınıq halda Araza doğru çəklib o taya keçdi.

Döyüşün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Gəncə döyüşü 1826–1828-ci illər Rusiya-İran müharibəsinin ən böyük döyüşü oldu. Qafqazın da, bütün savaşın da taleyi burada həll olundu. Bu döyüşdən sonra İran ordusu bir daha özünə gələ bllmədi.

Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üsyanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı. Bu, Yermolovun baş komandan vəzlfəsində son fəal döyüşləri oldu.

Rus komandanlığı savaşın gedişində ara-sıra yerli qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrında Araz boyu sərhədi qorumaq üçün "Qarabağ türklərindən" (Mirzə Yusif Nersesov) qeyri-nizami atlı dəstə yaradıldı. 1827-ci il döyüşlərində Borçalı türklərinin könüllü atlı dəstələri də iştirak edirdi.

İran qoşunları, Talış xanlığı sayılmazsa, artıq bütün Şimali Azərbaycan torpaqlarını tərk etmişdilər.

  • Ибрагимбейли X. М. Россия и Азербайджан в первой трети XIX в. (Из военно-политической истории). М., 1969, с. 173
  • Azərbaycan tarixi XIX – XXI əsrin əvvəli (Ali məktəblər üçün mühazirələr kursu). Bakı, 2010