Tarix-e qozide

Tarix-i güzidə[1] və ya Tarix-e qozide[2] (fars. تاریخ گزیده‎; "Seçilmiş tarix"[1]) — Həmdullah Qəzvini tərəfindən yazılmış və 1330-cu ildə tamamlanan İslam tarixinin dünyanın yaradılmasından 1329-cu ilə qədərki hissəsini əhatə edən əsər.[3][4][5] Quru, sadə üslubda yazılmış və Qiyasəddin ibn Rəşidəddinə həsr edilmişdir.[5]

"Tarix-i güzidə" çox məşhur olmuşdur və onun çoxlu nüsxələri mövcud idi. Onların çoxuna Avropa kolleksiyalarında rast gəlinirdi.[5] 1903-cü ildə Jül Qantin tərəfindən qismən fransız dilinə tərcümə edilmişdir. Eduard Qranvil Braun 1910-cu ildə tam nəşrini və 1913-cü ildə qısaldılmış ingilisdilli versiyasını nəşr etmişdir. 1960-cı ildə Əbdülhüseyn Nəvai "Tarix-i güzidə"nin tam versiyasını nəşr etdirmişdir.[6]

  1. 1 2 Гәзвини // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 131.
  2. Piriyev, V. Z. "Azərbaycan XIV əsr tarixinə dair yeni mənbə (Həmdullah Mustovfi Qəzvini. Zeyl-e tarix-e qozide". Azərb. SSR EAX, TFHS, (az.) (1). 1971.
  3. Khorezmiĭ, Munis and Muḣammad Rizo Mirob Ėrniëzbek ŭghli Ogaḣiĭ, Yuri Bregel, Firdaws al-iqbāl: History of Khorezm, (BRILL NV, 1999), xxxii.
  4. Haidar, Dughlát Muhammad, The Tarikh-i-rashidi: A History of the Moghuls of Central Asia, (Sampson, Low, Marston & Co., 1895), 151.
  5. 1 2 3 E.J. Brill's first Encyclopedia of Islam, 1913-1936, ed. M. Th. Houtsma, (BRILL, 1993), 845.
  6. Daftary, Farhad, The Isma'ilis: Their History and Doctrines, (Cambridge University Press, 1990), 671.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]