Haci İbrahim xan Kələntər Şirazi

Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri.

Mirzə İbrahim Kələntər
fars. ابراهیم خان کلانتر
Doğum tarixi 1745[1]
Doğum yeri
Vəfat tarixi 14 aprel 1801(1801-04-14)
Fəaliyyəti siyasətçi, sədrəzəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi.

Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi.

Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi. Digəri Mirzə İbrahim Kələntərin qardaşı Məhəmmədzaman idi. Asi düşmüş qardaşının başını əzmək üçün şah özü İsfahana qoşun çəkdi. Yolun yarısında, Saruğ kəndində (İraqi-Əcəmin 20 kilometliyində məhəllə) Hüseynqulu xanın anası özünü döyüş meydanına çatdırdı və çalışdı ki, hər iki qardaşı barışdırsın. Bu heç bir fayda vermədi və qardaşlar arasında döyüş başladı. Nəticədə şah qələbə çaldı, Hüseynqulu xan naçar təslim oldu (28 səfər 1212 h.) və Quma hakim təyin edildi.

  1. Deutsche Nationalbibliothek Record #134172949 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]