Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi.
Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir. Harun əl-Rəşidin xilafəti dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni ve elmi baxımdan sürətli inkişaf etmişdir.
Xəlifə Harun ər-Rəşid(l) haqqında zamanında yazılmış bir çox şəxsi və dövləti məsələlərə aid əhvalatlar, rəvayətlər, hekəyələr və məsəllər günümüzə qədər gəlib çatmış, məşhurlaşmışdır. Bunların bir çoxu həqiqəti əks etdirərək tutarlı səhih sənədlərlə əsaslansa da, bəziləri də uydurmadır.
Harun ər-Rəşidlə (l)bağlı bir çox sənədli əsərlərdə onun əxlaq və fəhminə dair bir çox səhih rəvayətlər əks olunub. Məsələn, ibn Abd-əl-Barrdan səhih rəvayətdə bildirilir ki, Xəlifə Harun ər-Rəşid(l) Kəbə evini təvaf edən zaman ona bir nəfər yaxınlaşıb: "Ey möminlərin əmiri, sənə nəsihət etmək istəyirəm, lakin mənim sözlərim kəskin olacaq, ona görə də buna səbir etməni rica edirəm." Xəlifə: "Yox, mən bunu sənə hörmət olaraq belə qəbul edə bilmərəm. Çünki Allahu Təalə səndən daha xeyirlisi olan Musa peyğəmbəri məndən daha pis olan Fironun yanına göndərərkən, "Onunla yumşaq danış" əmr etmişdir" dedi. Sonra da Qurandan bu ayəni oxudu "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!"[1][2]
- Zübeydə bint Cəfər (d. 766 - ö. 10 iyul 831) – əmisi Cəfər ibn Əl-Mənsurla xalası Salsal bint Atanın qızıdır. 781-ci ildə Bağdadda evlənmişdir.
- Əzizə bint Qitrif – dayısı Qitrif ibn Atanın qızıdır. Daha öncə Süleyman ibn Əbu Cəfərlə evli olub boşanmışdır.
- Əmətələziz (ö. 789) – vəzir Rabi ibn Yunisin kölələrindəndir. Qardaşı Əl-Hadinin kənizi idi.
- Ümmül-Məhəmməd – Saleh Əl-Miskin qızı və qardaşı İbrahim ibn Əl-Mehdinin dul xanımıdır. 803-cü ilin dekabrında Raqqada evlənmişdir.
- Abbasə bint Süleyman – Süleyman ibn Əbu Cəfərin qızıdır.
- Cüreyşə bint Abdullah – Raşidi xəlifələrindən Osmanın törəməsi olub, Abdullah ibn Məhəmmədin qızıdır.
- Heylanə (ö. 789) – vəzir Yəhya ibn Xalidin kölələrindəndir.
- Dənanir – fars əsilli olub, vəzir Yəhya ibn Xalidin kölələrindəndir. İlk xanımı Zübeydə bint Cəfər tərəfindən hədiyyə edilən 10 kənizdən biridir. Mədinədə təlim-tərbiyə edilmişdir.
- Mərəcil – fars əsilli olub, Ər-Rəşid taxta çıxdığı gün yeganə övladı olan Abdullah Əl-Məmunu dünyaya gətirmiş, doğum əsnasında vəfat etmişdir. Ölümündən sonra övladı xəlifənin xanımı Zübeydə tərəfindən övladlığa götürülmüşdür.
- Qasif – Qasım Əl-Mötəminin və Şukəynanın anasıdır.
- Maridə bint Şəbib – Soğd əsilli olub, Kufədə doğulmuşdur. İlk xanımı Zübeydə bint Cəfər tərəfindən hədiyyə edilən 10 kənizdən biridir.
- Diya
- Zatəlxal – xəlifənin bacısı Abbasənin xidmətçilərindən birinin köləsi idi.
- Sehr
- İnan bint Abdullah – 2 oğlu olsa da, uşaq yaşlarında vəfat etmişdir.
- Müsəffa
- Rim
- İrbah
- Səhdrəh
- Rəvah
- Dəvac
- Kitman
- Hülab
- İraba
- Şükkar
- Rahiq
- Xizk
- Hali
- Anik
- Samandal
- Zinəh
- Məhəmməd Əl-Amin
- Əli – Əmətələzizin oğludur.
- Abdullah Əl-Məmun
- Qasım Əl-Mötəmin
- Əbu İshaq Əl-Mötəsim
- Əbu İsmayıl – Maridə bint Şəbibin oğludur.
- Əbu Məhəmməd Əl-Abbas – Zatəlxalın oğludur.
- Saleh – Rimin oğludur.
- Əbu İsa Məhəmməd – İrbahın oğludur.
- Əbu Yaqub Məhəmməd – Səhdrəhin oğludur.
- Əbu Süleyman Məhəmməd – Rəvahın oğludur.
- Əbu Əli Məhəmməd – Dəvacın oğludur.
- Əbu Əhməd Məhəmməd – Kitmanın oğludur.
- Şukəyna – Qasifin qızıdır.
- Ümmül-həbibə – Maridə bint Şəbibin qızıdır.
- Xədicə – Zatəlxalın qızıdır.
- Xarib – Zatəlxalın qızıdır.
- Fatimə – Müsəffanın qızıdır. Əmisi xəlifə Əl-Hadinin oğlu Cəfər ilə evlənmişdir.
- Həmdunə – Müsəffanın qızıdır. Əmisi xəlifə Əl-Hadinin oğlu İsmayıl ilə evlənmişdir.
- Arva – Hülabın qızıdır.
- Ümmül-həsən – İrabanın qızıdır.
- Ümmül-əbihə – Şükkarın qızıdır.
- Ümmül-salamə –Rahiqin qızıdır.
- Ümmül-qasım – Xizkin qızıdır.
- Ümmül-cəfər Rəmlə – Halinin qızıdır.
- Ümmül-əli – Anikin qızıdır.
- Ümmül-qaliyə – Samandalın qızıdır.
- Rayta – Zinəhin qızıdır.
- ↑ Taha, 20:44
- ↑ İbn Abd-əl-Bərr, əl-Məcaləsət va cavahir əl-ilm 3/364
|
---|
|
---|
Bağdad xəlifələri (749–1258) | |
---|
Qahirə xəlifələri (1261–1517) | |
---|
[B] Yalnız Bağdad şəhərində xəlifə olaraq tanınmış şəxslər. |
Osmanlı xanədanlığı |
---|
Quruluş | |
---|
Yüksəlmə | |
---|
Durğunluq | |
---|
Geriləmə | |
---|
Dağılma | |
---|
|