Hundi Sultan (II Bəyazidin qızı)

Hundi Sultan (1464, Amasya, Osmanlı imperiyası1511, Bursa, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2][3]

Hundi Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1464
Doğum yeri
Vəfat tarixi 1511
Vəfat yeri
Dəfn yeri
Atası II Bəyazid
Anası Bülbül Xatun
Həyat yoldaşı
Uşaqları Sultanzadə Musa bəy
Sultanzadə Mustafa bəy
Qəmərşah xanım Sultan
Hümaşah xanım Sultan
Mahdümzadə xanım Sultan
Aynişah xanım Sultan

Hundi Sultan 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Hundi Sultan 1479-cu ildə Anadolu bəylərbəyi Herseqli Əhməd Paşayla evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

Əri Herseqli Əhməd Paşa atası Sultan Bəyazid və ögey qardaşı Yavuz Sultan Səlim səltənətlərində ümumilikdə 5 dəfə sədarətə gətirildi. Onun üçüncü sədarət dönəmində — 1511-ci ildə Hundi Sultan vəfat etdi. Cənazəsi Bursada Muradiyə külliyəsindəki Şahzadə Mahmud türbəsinə — anası və qardaşlarının yanına dəfn olundu.

  • Sultanzadə Musa bəy
  • Sultanzadə Mustafa bəy1533-cü ildə Bozox sancaqbəyi təyin edildi.
  • Qəmərşah xanım Sultan (ö. 1542)
  • Hümaşah xanım Sultan (ö. 1551)
  • Mahdümzadə xanım Sultan (ö. 1511)
  • Aynişah xanım Sultan
  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
  2. Uluçay 2011, p. 50
  3. Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80