Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1]
Fatma Sultan | |
---|---|
osman. فاطمة سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1467 |
Doğum yeri | |
Vəfat tarixi | 1520-cı ildən sonra |
Vəfat yeri | |
Dəfn yeri | Aşıq Paşa Məscidi |
Atası | II Bəyazid |
Anası | Nigar Xatun |
Həyat yoldaşları |
Mirzə Mehmed Paşa Mustafa Paşa Gözəlcə Həsən bəy Hızır Ağa Mehmed Paşa |
Uşaqları |
Candaroğlu Mehmed bəy Sultanzadə Mehmed Çələbi Sultanzadə Hacı Əhməd bəy ... xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Fatma Sultan 1468-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Fatma Sultan 1482-ci ildə sonuncu Candaroğlu bəyi Qızıl Əhməd bəyin oğlu Mirzə Mehmed Paşayla evləndi. Bu evlilikdən Mehmed bəy adlı oğlu dünyaya gələn cütlük çox keçmədən boşandılar. Mirzə Mehmed Paşa daha sonra 1509-cu ildə onun qardaşı Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evləndi.
İkinci evliliyi isə 1489-cu ildə sədrəzəm Qoca Davud Paşanın oğlu Mustafa Paşa ilə baş tutsa da, paşanın 1503-cü ildə vəfatıyla dul qaldı. Ertəsi il Gözəlcə Həsən bəylə nigahlanan Fatma Sultanın bu nigahdan 3 övladı dünyaya gəldi.
O, son olaraq Hızır Ağa Mehmed Paşa ilə evləndi.
Qardaşı Şahzadə Qorqudun edamından sonra ögey qardaşı Sultan Səlimə küsən Fatma Sultan qalan ömrünü Bursada yaşadı. Cənazəsi vəsiyyətinə əsasən, Muradiyə külliyəsindəki Şahzadə Əhməd türbəsinə - qardaşlarının yanına dəfn edildi.