Şahzadə Mahmud (1476, Amasya ili – 1507, Manisa ili) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1]
Şahzadə Mahmud | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1476 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 1507 |
Vəfat yeri | Manisa sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Atası | II Bəyazid |
Anası | Bülbül Xatun |
Uşaqları |
Şahzadə Musa Ayşə Hundi Sultan Şahzadə Orxan Zeynəb Fatma Sultan Şahzadə Əmir |
Şahzadə Mahmud 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Mahmud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Aləmşah, Əhməd və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Kastamonu sancaqbəyi təyin edildi. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Ögey qardaşı Şahzadə Aləmşahın vəfatının ardından (1503), Manisa sancaqbəyi təyin edildi və ölümünədək bu vəzifədə qaldı. Onun Manisaya təyin edilməsinin ardından böyük oğlu Musa Sinopa, kiçik oğlu Orxan isə öz yerinə Kastamonuya təyin edildi. Ən kiçik oğlu Əmirxan isə hələ azyaşlı olduğu üçün sancaqbəyliyinə təyin edilməmişdi.
Ancaq Manisaya təyin edilməsindən 4 il sonra 1507-ci ildə anidən vəfat etdi. Ölüm səbəbi bilinmir. Bəzi mənbələrdə onun atasının əmriylə edam edildiyi qeyd edilir. Cənazəsi Bursaya gətirildi və Muradiyə külliyəsi daxilində dəfn edildi. Dəfndən sonra anası Bülbül Xatun tərəfindən məzarı üzərində türbə inşa edildi.
Oğulları Musa, Orxan və Əmirxan isə 1512-ci ildə ögey əmiləri Yavuz Sultan Səlimin əmriylə boğularaq edam edildi. Övladları da öz yanında dəfn edilmişdir.