Aişə Sultan (1465, Amasya – 1515, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2]
Aişə Sultan | |
---|---|
osman. عايشه خاتون | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1465 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 1515 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Fəaliyyəti | əsilzadə |
Atası | II Bəyazid |
Anası | Nigar Xatun |
Həyat yoldaşı | Kürəkən Sənan Paşa |
Uşaqları |
Sultanzadə Əhməd bəy Ayşə Hanzadə xanım Sultan Gövhərşah xanım Sultan Qəmərşah xanım Sultan Fatma xanım Sultan Mihrihan xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi.
Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Qardaşı Şahzadə Qorqudun öncə atasına, daha sonra isə qardaşı Yavuz Sultan Səlimə qarşı ayaqlanması hadisələrində vasitəçi rolu oynadı və qardaşının yazdığı məktublarla bağışlanmasını istədi. 1515-ci ildə İstanbulda vəfat etdi.