Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan RespublikasınınAğdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]
Kəndi XIX əsrin ikinci yarısında indiki Goranboy rayonununRus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir.[3]
Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun tərkibində idi və adı Levonarx idi[5]. DQMV-ndə separatçılıq baş qaldırılandan[6] sonra Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi 26 noyabr 1991-ci il tarixli qanun ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu, Mardakert rayonunun isə adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı[7].
Azərbaycan Respublikasının Milli Məclisinin 25 avqust 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi[10]. Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə isə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[11]. Bununla, kənd Tərtər rayonunun tərkibində yerləşmiş oldu[12][13]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]
↑Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.