Mihrişah Validə Sultan külliyəsi

Mihrişah Validə Sultan külliyəsiİstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın xanımı və III Səlimin anası Validə Mihrişah Sultanın sifarişiylə inşa olunan külliyə sübyan məktəbi, türbə, imarət, səbil və çeşmələrdən ibarətdir.[1]

Mihrişah Validə Sultan külliyəsi
Ölkə  Türkiyə
Yerləşir İstanbul, Əyyubsultan
Aidiyyatı Osmanlı memarlığı
Memar Mehmed Arif ağa
Əhməd Nurullah ağa
Tikilmə tarixi 1792-1796
Vəziyyəti Fəaliyyət göstərir

Külliyənin strukturu

[redaktə | mənbəni redaktə et]

Külliyənin strukturuna aid ilk bina olub, 1792-1794-cü illərdə inşa edilmişdir. Ağ mərmərdən, 12 oval üzlü, 2 sıra pəncərəli və günbəzli türbənin sütunları pəncərələr arasında yerləşir. Türbədə külliyənin banisi olan Validə Mihrişah Sultanla yanaşı, III Səlimin xanımlarından Rüfət Qadınəfəndi, bacıları Xədicə SultanBeyhan SultanSultan Əbdülməcidin xanımlarından Rəhimə Pərəstü Sultanın məzarları yerləşir.[2]

Külliyədə çalışan xidmətçilər və yoxsullar üçün yemək bişirilib paylanan imarət binası çəhrayı-ağ mərmərdən inşa olunmuşdur. Giriş qapısı üzərində barokko üslubunda hazırlanan Maşallah yazısı asılmışdır. İmarətin həyəti isə sonralar məzarlıq olaraq istifadə edildi. Kavalalı Mustafa Fazil Paşa və bir çox ailə üzvü məhz burada dəfn edilmişdir.[3]

Sübyan məktəbi

[redaktə | mənbəni redaktə et]

Türbəylə qarşı-qarşıya inşa olunan sübyan məktəbinin ətrafı sonrakı illərdə məzarlıq olaraq istifadə edildi. 3 mart 1930-cu ildə qəbul edilən tədrisat qanunu ilə fəaliyyətini dayandırdı və yaşayış yeri olaraq istifadəyə verildi. 1970-ci ildə baş verən yanğın nəticəsində yararsız hala düşdü və 1995-ci ildə restavrasiya edildi.[4]

Səbil və çeşmələr

[redaktə | mənbəni redaktə et]

İmarətin çöl cəbhəsi üzərində yerləşən səbil yanlardakı 2 çeşməni örtən, geniş saçaqlı gövdəsiylə barok üslubda inşa edilmişdir.[5]

  • Akkaya, Esma N. Y. Eyüpsultan Semti Sıbyan Mektepleri ve Yeniden İşlevlendirilmesi: Rami Mehmet Paşa Sıbyan Mektebi Örneği. (İstanbul: Yıldız Teknik Üniversitesi, Fen Bilimleri Enstitüsü, Yüksek Lisans Tezi, 2019
  • Aydın, Didem. Eyüp’te Mihrişah Valide Sultan Külliyesi ve Koruma Önerileri. İstanbul: İstanbul Teknik Üniversitesi, Fen Bilimleri Enstitüsü, Yüksek Lisans Tezi, 1998
  • Çetintaş, Sedat. ‘’Türklerde Su, Çeşme ve Sebil’’, Güzel Sanatlar 5 (1993): 125-147
  • Ergin, Osman Nuri. Türk Şehirlerinde İmaret Sistemi. İstanbul: Cumhuriyet Matbaası,1939
  • Gültekin, Gülbin. ‘’Mihrişah Valide Sultan Külliyesi’’, Dünden Bugüne İstanbul Ansiklopedisi. 5:459-461. İstanbul: Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı, 2003
  • Kuban, Doğan. Türk Barok Mimarisi Hakkında Bir Deneme. İstanbul: İstanbul Teknik Üniversitesi Yayınları, 1954
  • Önkal, Hakkı. Osmanlı Hanedan Türbeleri. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992
  1. Gizem Bodur, İstanbul-Eyüp Mihrişah Valide Sultan Külliyesi ve Semtin Fiziki Gelişimine Etkisi. Yüksek Lisans Tezi. İstanbul Medeniyet Üniversitesi. İstanbul 2024.
  2. Demiriz, Yıldız. Eyüp’te Türbeler. Ankara: Kültür Bakanlığı Yayınları, 1989
  3. Budak, Ayşe. Gücü Besleyen Mimarlık: Osmanlı İmaretleri. Kayseri: Erciyes Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Doktora Tezi, 2015
  4. Aksoy, Özgönül. Osmanlı Devri İstanbul Sıbyan Mektepleri Üzerine Bir İnceleme. İstanbul: İstanbul Teknik Üniversitesi, Mimarlık Fakültesi, Doktora Tezi, 1968
  5. Affan, Egemen. İstanbul’un Çeşme ve Sebilleri: Resimleri ve Kitabeleri ile 1165 Çeşme ve Sebil. İstanbul: Arıtan Yayınevi, 1993