Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947, Azərbaycan SSR) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı.
Şaitdin Əliyev | |
---|---|
Vəzifədədir | |
8 iyun 2010-cu ildən | |
10 iyun 2010 – 2016 | |
Əvvəlki | Svetlana Qasımova |
26 noyabr 1995 – 30 noyabr 2005 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Şaitdin Sərdar oğlu Əliyev |
Doğum tarixi | 18 sentyabr 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.
Şaitdin Əliyev ailəlidir, beş övladı var.
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.[1][2]
Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[3][4]
Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.[5][6] Komissiya üzvü seçildiyi gündən bitərəfdir.
Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7][8]