Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).
Rizvan Cəbiyev | |
---|---|
26 noyabr 1995 – 30 noyabr 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1940 (83 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
|
Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir.
Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır.
1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin Müdafiə məsələləri Daimi Komissiyasının, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]
Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına[5] layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə[6] təltif edilib.