Qubaxəlilli

QubaxəlilliAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Qubaxəlilli
40°36′58″ şm. e. 48°07′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 251 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.349 nəf.
Xəritəni göstər/gizlə
Qubaxəlilli xəritədə
Qubaxəlilli
Qubaxəlilli

İsmayıllı şəhərindən 33 km cənubda, Bakı-Tiflis yolunun 182-ci km, Ağsu-Qaraməryəm tirəsinin ətəyində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur.

Qəsəbədə icra hakimiyyəti binası, tam orta məktəb, xəstəxana, tibbi yardım məntəqəsi, mədəniyyət evi, məscid, ticarət mərkəzi vardır[1]. Əhatə etdiyi kəndlərlə birlikdə ərazisi 9570.0 ha-dır. Ərazidə qeydiyyatda olan 2349, hazırda yaşayan əhalinin sayı 1749 nəfərdir. Kənddə 561 ailə təsərrüfatı, 448 ev vardır.

Əhalisi (Çərmədil kəndi ilə birlikdə) 2083 nəfər[1]. ki onunda 1019 nəfəri kişi, 1064 nəfəri qadındır.

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Məmmədxanov Sahir Polad oğlu - Azərbaycan Respublikası Vergilər Nazirinin 1-ci müavini
  • Tağıyev Ruslan Fuad oğlu - Azərbaycan Respublikası Ordusunun şəhid polkovnik leytenantı.

Arxeoloji tapıntılar

[redaktə | mənbəni redaktə et]

Qəsəbədən 2 km cənub-qərbdə Girdimançayın sağ sahilində e.ə. 3-cü əsr və eramızın 2-ci əsrinə aid qədim qabiristanlıq var. Arxeoloji tədqiqatlar zamanı müxtəlif əşya və alətlər aşkar edilmişdir[1].

  • Qadir Kərim oğlu Bayramov 1966-28.12.1993
  • Sahib Məhəmməd oğlu Həsənov 1971-01.01.1994
  • Arif Fətəli oğlu Hüseynov 1966-18.03.1994
  • Elşad Ənvər oğlu Dünyamalıyev 1973-14.01.1994
  • Nazim Dursun oğlu Orucov 1967-19.01.1994[2]

• Saməddin Rasim oğlu Qafarov 1993-28.09.2020 •Səlimzadə Kənan Məmiş oğlu 25.11.1997 -03.11. 2020

  1. 1 2 3 "Arxivlənmiş surət". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  2. "Arxivlənmiş surət". 2016-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.