Naxçıvan Ədəbiyyat Muzeyi — Naxçıvan şəhərində muzey.
Naxçıvan Ədəbiyyat Muzeyi | |
---|---|
Əsası qoyulub | 1966 |
Açılış tarixi | 12 iyun 1967 |
Mövzu | Tarix, ədəbiyyat, mədəniyyət |
Ölkə | |
Yerləşir | Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Direktor | Aləmzər İbrahimova |
38°55′45″ şm. e. 45°50′06″ ş. u.HGYO |
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi — Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il tarixli qərarına müvafiq olaraq, 1967-ci il iyunun 12-də Naxçıvan şəhərində açılmışdır; açılış zamanı 98 eksponatı var idisə, hazırda onları sayı 19000-dən çoxdur. Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar (o cümlədən avtoqraflı), qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.
Ekspozisiyada: Nizami Gəncəvi, Əcəmi Naxçıvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Almas İldırım, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmməd Hadi, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, müasir Azərbaycan ədəbiyyatının nümayəndələri: Əliağa Vahid, Sabit Rəhman, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəbi Xəzri və b.-na geniş yer ayrılmışdır. Naxçıvan torpağının yetirdiyi şair və yazıçılar: Heyran xanım, Qönçəbəyim, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, İslam Səfərli, Aqşin Babayev, Müzəffər Nəsirli, H. İbarhimov, Məmməd Araz, Əkrəm Əylisli, Hüseyn Razi, Kəmalə, Ə. Yusifli, H. Elsevər, E. Həbib, H. Arzulu, filoloq-ədəbiyyatşünaslar: M. Şaxtaxtlı, Əziz Şərif, Əli Sultanlı, M. H. Təhmasib, Məmməd Cəfər, Abbas Zamanov, L. Hüseynzadə, Yavuz Axundlu, Firudin Hüseynov, İsa Həbibbəyli və b.-larının yarıdıcılığı təmsil olunmuşdur.
"Torpaq uğrunda ölən varsa Vətəndir" ekspozisiyasında muxtar respublikanı erməni təcavüzündən xilas edərkən şəhid olmuş vətən övladlarının xatirəsi əbədiləşdirilmişdir.
Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarından: Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, E. Şahtaxtiskaya. İsmayıl Axundov, Nəcəfqulu, Toğrul Nərimanbəyov, yerli rəssamlardan: Hüseyn Əliyev, M. İsmayılov, M. Seyidov, N. Əliyev, Q. Bağırov, Ə. Axundov, P. Əliyeva və b.-larının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər — afişalar, proqramlar, tamaşa eskizləri, S. Mövləvi, İ. Musayev, İ. Həmzəyev, Z. Həmzəyeva, Ə. Haqverdiyev, M. Mirişli, F. Əlixanova, M. Quliyev, Ə. Qardaşbəyov, A. Şahsuvarov, Z. Əliyeva, V. Babayev, H. Qazıyeva, N. Ələkbərov və b. görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir.[1][2]