Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti

Naxçıvan TV və ya qısaca NTVNaxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət televiziyası.

NTV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Naxçıvan Muxtar Respublikası
Dil Azərbaycan dili
Yaranma tarixi 1963
Sahibi Naxçıvan Muxtar Respublikası
Qardaş kanallar Naxçıvan radiosu
Sayt ntv.az

Tarixi[redaktə | mənbəni redaktə et]

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb.

2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır.

2018-ci ildən Televiziyanın "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır.

1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır. Tezliklə televiziyanın Azerspace-1 peykində yayımı da nəzərdə tutulur.[1]

Əlaqə[redaktə | mənbəni redaktə et]

Ünvan: Azərbaycan Respublikası, Naxçıvan şəhəri, 

İstiqlal küçəsi, 82, AZ7000, 

Naxçıvan Dövlət Teleradiosu

Tel.: (+994 36) 545–03–67

(+994 36) 544–07–11

Faks: (+994 36) 544–07–10
E-mail: [[1]]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]