Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi [1] Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir.
Qavqamel döyüşü | |||
---|---|---|---|
Tarix | 1 oktyabr e.ə. 331 | ||
Yeri | Mosul yaxınlığında, indiki İraq ərazisində | ||
Nəticəsi | Makedoniya çarlığı qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar.
Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı (indiki Həmədan) tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu.