Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert DaunininToni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır.
Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır. "Qisasçılar: Final" filminin çəkilişlərinə isə 10 avqustda başlanılmış və 11 yanvar2018-ci ildə çəkilişlər tamamlanmışdır; əlavə çəkilişlər Mərkəz və Metropolitan Atlanta ərazisində aparılmışdı. Dilogiya “Arri” şirkəti tərəfindən istifadə edilmiş 2D dijital kamera vasitəsiylə tamamilə IMAX formatda çəkilmiş ilk filmlərdir. Filmlərdə xüsusi effektlər “Industrial Light & Magic”, “Framestore”, “Method Studios”, “Weta Digital”, “Double Negative”, “Cinesite”, “Digital Domain”, “Rise”, “Lola VFX” və “Perception” studiyaları tərəfindən işlənmişdir.
Erkən filmlərindən başlayaraq “Marvel Studios” “Sonsuzluq əlcəyi” komiks xəttini uyğunlaşdıraraq[1] güclü “Sonsuzluq daşları”nı MakQaffinlər kimi təqdim edir: Kosmos daşı Tesserakt formasında “Kapitan Amerika: İlk qisasçı” filmində; Zəka daşı Lokinin skepeterində “Qisasçılar” filmində; Reallıq daşı Efir kimi “Tor: Qaranlıq dünya” filmində; Güc daşı Sfera kimi “Qalaktika keşikçiləri” filmində; Zaman daşı isə “Aqamottonun gözü” kimi “Doktor Strenc” filmində təqdim edilmişdir.[2]“Qisasçılar: Altron dövrü” filmində isə ilk dəfə “Sonsuzluq əlcəyi” təqdim edilmiş və Tanosun onu daşlarla doldurmaq istəməsi göstərilmişdir.[3] Bundan əlavə əlcək əvvəlcə “Tor” filmində görünsə də, “Tor: Raqnarök” filmində onun saxta əlcək olması müəyyən olur.[4] Birinci Qisasçılar filminin sonunda Tanosun ilk dəfə qısa müddətə görünməsindən sonra, əksər fanatlar onun ikinci Qisasçılar filminin antaqonisti olacağını düşüncələr[5] də, hər iki filmin rejissoru olmuş Coss Uidon bildirir ki, “Tanos çox güclüdür. O, sadəcə sıradan biri deyil. Komikslərdəki kimi o, kainat üçün təhlükə olacaq və böyük final böyük finalda baş verəcək.”[6]
Marvel Kinematoqrafiya Kainatına daxil olan bütün qeyri-Qisasçılar filmləri bu süjet xətti əsasında qurulmaqla böyük finala gedən yol açmalarına baxmayaraq, prodüser və “Marvel Studios”un prezidenti Kevin Fayqi üçüncü fazadakı “Qara Pantera”[7][8] və “Tor: Raqnarök”[9] filmlərini xüsusilə vurğulayaraq üçüncü Qisasçılar filmi üçün “çox vacib” adlandırmışdır. Sikvellər 2008-ci ildə “Dəmir adam” filminin çıxarılmasından sonra “MKK-da baş vermiş bütün hadisələrin kulminasiyası”, “bildiyimiz formada kino kainatının tamamlanması və yeni formada başlanması” adlandırılmışdır.[10]
2013-cü ilin iyununda aktyor Robert Dauni üçüncü Qisasçılar filmində Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalamış[11], daha sonra Coş Brolin bir neçə filmdə Tanosu canlandırmaq üçün multi-film müqaviləsi imzalamışdır.[12]2014-cü ilin iyununda Fayqi qeyd edir ki, üçüncü Qisasçılar filmində hadisələrin necə inkişaf etddirilməsi və MKK aktyorlarının müqavilə ilə bir yerə yığılması yaqqında “bəzi fikirləri”i vardır. O, həm də deyir ki, studiya 2015-ci ildə çıxarılacaq “Altron dövrü” və sikvel arasında üç illik dövrün olmasını nəzərdə tutub.[13] 2014-cü ilin sentyabrında Ceremi RennerinKlint Barton / Şahingöz rolunu üçüncü Qisasçılar filmində canlandırmaq üçün müqavilə imzalaması elan edilir.[14]
2014-cü ilin oktyabrında Marvel “Altron dövrü”nün iki hissəli sikvelinin “Qisasçılar: Sonsuzluq savaşı. I hissə” adı ilə 4 may2018-ci ildə və “Qisasçılar: Sonsuzluq savaşı. II hissə” adı ilə 3 may2019-cu ildə çıxarılacağını elan edir.[15][16] Bu elandan sonra Fayqi filmin böyüklüyündən bəhs edərkən “Marvel Television”un Netflix“Müdafiəçilər” seriyallarının personajlarının da filmə gətirilməsindən bəhs edərək deyir: “Sonsuzluq savaşı böyük olacaq. Burada digər filmlərdən çoxlu insanlar rol alacaq. Onların bir çoxu kosmosdandırlar. Lakin rol alan personajlar hamısı bir davamlılığa malikdir. Ona görə də, əlbəttə ki, onların filmə gətirilməsi imkanı vardır.” Bundan başqa Fayqi Mark Ruffalonun öz roluna qayıdaraq Brüs Benner / Halk rolunu canlandıracağını[17][18], Dauni və Brolinin isə həm üçüncü, həm də dördüncü qisasçılar filmlərində rol alacağını elan edir.[16][19] Noyabrda “Qisasçılar: Sonsuzluq savaşı. I hissə” və “Qisasçılar: Sonsuzluq savaşı. II hissə” filmlərinin çəkilişlərinin 2015-ci ilin sonlarında başlayacağı[20] və Tom Hidlstonun hər iki filmdə Loki roluna qayıdacağı məlum olur.[21]
2015-ci ilin yanvarında Uidon deyir ki, “Sonsuzluq savaşı” filmlərinin çəkilişində iştirakına şabhə ilə yanaşır.[22] Apreldə isə, daha əvvəl son iki Kapitan Amerika filminin çəkilişlərini həyata keçirmiş[23]Russo qardaşları Sonsuzluq savaşı filmlərini də ekranlaşdırmaq haqqında müqavilə imzalayır, çəkilişlərin isə 2016-cı ildə başlanacağı dəqiqləşir.[24] Uidon nəyə görə rejissor kürsüsünə qayıtmamasını izah edərkən deyir ki, “Ekranlaşdırdığım filmlərin hər birində heyət üzvlərinin sayı tədricən artırdı...Lakin mən, Sonsuzluq savaşına, ona lazım olacaq həcmi verə bilməyəcəm.”[25] Fayqi isə deyir ki, “Filmlər arasında çoxsaylı uyğun elementlər olduğuna görə, onların bu şəkildə iki hissəyə bölünməsi qərara alınmışdır. Lakin, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Mən deyərdim ki, onlar iki fərqli film olacaqlar.”[26] Entoni Russo da iki Sonsuzluq savaşı filminin bir-birindən çox fərqləndiklərini qeyd edir: “Onlar eyni ssenarinin birinci və ikinci hissəsi deyil. Sadəcə, iki fərqli ssenaridir. Məncə bizim onları ard-arda çəkməyimiz yanlış təsəvvür yaradır.”[7]“Altron dövrü”nün təbliğat kompaniyası zamanı Tor rolunu canlandırmış aktyor Kris Hemsvort bildirir ki, özünün və Stiv Rocers / Kapitan Amerika rolunu canlandıran Kris Evansın müqaviləsi hər iki Sonsuzluq savaşı filmlərinə kimi uzanır.[27]Nataşa Romanova / Qara dul rolunu oynayan aktrisa Skarlett Yohansson isə deyir ki, “danışmaq üçün hələ tez olsa da, heç olmasa filmlərdən birində rol alacağıma ümid edirəm.”[28] Aprelin sonlarında Evans bildirir ki, çəkilişlərin 2016-cı ilin sonlarında başlaması, doqquz ay davam etdikdən sonra 2017-ci ilin avqust-sentyabr aylarında tamamlanması nəzərdə tutulmuşdur.[29]
2015-ci ilin mayında daha əvvəl Kapitan Amerika filmlərinin ssenariləri üzərində çalışmış Kristofer Markus və Stefan MakFili hər iki Sonsuzluq savaşı filminin ssenarisini işləmək üçün müqavilə imzalayır.[30] Cütlük “Kapitan Amerika: Vətəndaş müharibəsi”nin çəkilişləri zamanı işləməyə başlamışdı: “Çəkiliş arasında bizim altı saata yaxın vaxtımız var idi. Biz ofisə gedib komiksi oxuduq, əlaqəli ideyalarımızı yazdıq və masa üzərinə qoyduq 'bunlar əlimizdə olan bütün personajlardır' deyə düşündük.” Markus əlavə edir ki, “Biz onlara 60 səhifəyə yaxın bir-biri ilə əlaqəsi olmayan materiallar göndərdik" və “Bu dəlisov filmdə bu şeylərin bəzisi baş verə bilər dedik. Sonra biz Atlantaya gəldik və artıq göndərdiyimiz yazılar əldən-ələ gəzir, insanlar bunun möhtəşəm olduğunu deyirdilər.”[7] Həmin ay Vilyam Hört "Şimşək zərbəsi” Ross rolu ilə Sonsuzluq savaşı filminə qayıtmaq istədiyini bildirir.[31] Sentyabrda Fayqi deyir ki, Qisasçıların “Altron dövrü”ndəki gözəgörünmələri gerçəkləşəcək, “bunlar kiçik gözəgörünmələridimi? Bunlar fikirləşdiyiniz ən pis hadisələrdirmi? Bu gələcəyin görünməsidirmi? Yoxsa bu sizi gecələr yuxudan oyanmağa məcbur edən qarabasmalarınızdır? Məncə bütün bu suallara cavab tapmaq üçün biz Sonsuzluq savaşını gözləməliyik və yalnız o zaman sualların nə qədər hərfi olduğunu başa düşərik.”[32] Dekabrda Entoni Russo bildirir ki, teleserial nəql üslubuna görə, MKK teleseriallarındakı personajların Sonsuzluq savaşına uyğunlaşdırılması “çətindir”, həmçinin “həm seriallar, həm də filmlər MKK daxil olsalar da, Fayqi yalnız filmləri idarə edir, teleseriallar isə Marvel Television tərəfindən idarə olunur.”[33] Co Russo sonradan deyir ki, televiziya personajlarının istifadəsi “demək olar ki, mümkünsüzdür”, “bizim işimiz Marvel film dünyasına fokuslanmaq və onu ətraflı əhatə etməkdir.”[34]
“Məncə biz artıq “Altron dövrü”nün sonunda komandanın inkişaf edəcəyinə işarə vermişdik. Və bizim komikslərdə ən çox sevdiyimiz şeylərdən biri siyahıların daima dəyişməsidir. Komandaya yeni insanlar gəlir...Lakin Qisasçıları Qisasçılar edən ideyalar və ideallar hələ də saxlanılır və məncə bu kluminasiyanın bir hissəsidir...Bu, Marvel Kinomatoqrafiya Kainatının sonu olmasa da, onun bir hissəsinin sonudur.”
Keçmiş icraçı prodüser Ceremi Letçem filmin əvvəlki MKK filmlərinin kluminasiyası olması haqqında.[32]
2016-cı ilin yanvarında Russo qardaşları qeyd edirlər ki, onlar “iki film arasınqa qal”salar[35] da, çəkilişlər 2016-cı ilin noyabrında Corciya ştatının Atlanta şəhərində başlayaraq 2017-ci ilin iyununa kimi davam edəcəyini, Markus və Makfilinin isə birinci filmin ssenarisi üzərində işə başladıqlarını xəbər verirlər.[36] 2016-cı ilin martında Russo qardaşları izah edirlər ki, onlar adətən fiziki ev media buraxılışı üçün nəzərdə tutulmuş əlavə media materiallarının izləyicilərə çatdırılması üçün yeni yollar axtarırlar. Blu-ray və DVD satışının azalmasını nəzərdə tutan Entoni qeyd edir ki, “Biz hələ bu prosesin lap başlanğıcındayıq. Bəli, DVD artıq səhnədən gedir, lakin, bizim YouTube kimi gözəl platformamız vardır.” Onun gətirdiyi nümunələrdən biri “xüsusi olaraq onlayn yayım üçün hazırlanmış daha mürəkkəb və filmdə yer almayan səhnələrlə zəngin tereylerlərin hazırlanmasıdır. Belə treylerlər qısa metrajlı film xarakteri daşıyır.” Co isə əlavə edir ki, onlar, “Facebook, Twitter və Instagrama da köməkçi materialların izəyicilərə ötürülməsi üçün əlavə variantı kimi baxırlar.”[37] Növbəti ay Markus onlar ssenarinin “yarıya kimi” yazıldığını bildirirlər[7], ilk iki Dəmir adam filminin rejissorluğundan sonra iki Qisasçılar filminin icraçı prodüseri olmuş Con Favro isə yenidən bu vəzifədə qayıdacağını elan edir.[38]
Mayın əvvəllərində Russo qardaşları bildirirlər ki, filmlərin iki hissəyə bölünmüş böyük bir film olması haqqında yayılmış yanlış məlumatın aradan qaldırılması üçün onlar filmlərin hər ikisini yenidən adlandıracaqlar, Co isə qeyd edir ki, “Biz filmləri fərqli adlandırmağa qərar versək də, hələ yeni ad fikirləşməmişik”.[39] Növbəti ay, “Qisasçılar” filminin musiqisini yazmış bəstəkar Alan Silvestrinin Sonsuzluq savaşı filmlərinin də musiqisini yazacağı bildirilir.[40] İyulun sonlarında Marvel elan edir ki, birinci film sadəcə “Qisasçılar: Sonsuzluq savaşı” adlandırılacaq, müvafiq ad seçilənə kimi ikinci film isə “Adsız Qisasçılar filmi” adlandırılacaq.[41] Entoni Russo qeyd edir ki, ikinci filmin adı “kifayət qədər uzun müddət açıqlanmayacaq”[42], Fayqi və Russo qardaşları isə adın “Sonsuzluq savaşı” və ikinci filmin məzmununu spoyler edə biləcəyini deyirlər.[43][44] Markus və MakFili isə işlərin gedişi haqqında məlumat verərək “Sonsuzluq savaşı”nın üçüncü, sikvelin isə ikinci qaralaması üzərində çalışdıqlarını deyirlər, Markus isə əlavə olaraq deyir ki, “hər gün təkrarən eyni şey üzərində işləyirsiz, lakin, bu o demək deyil ki, gələn həftə yeni bir şey üzərində işləməyəcəksiz.”[45] 2016-cı ilin oktyabrında Fayqi elan edir ki, çəkilişlər 2017-ci ilin yanvarında başlayacaq. Həmin zaman “Tor: Raqnarök”ün ssenari müəlliflərindən biri olan Erik Pirson, Markus və Makfiliyə kömək etmək üçün Avstraliyadan Atlantaya uçur. Pirson Markus və MakFilinin “zaman çatışmazlığından əziyyət çəkdiyini” hiss edir, əvvəllər MKK teleserialı “Agent Karter”, o cümlədən digər Marvel layihələri üzərində onlarla birlikdə çalışmış Pirson fikirləşir ki, “əvvəl onlar mənimlə iş zamanı özlərini yaxşı hiss edirdilər və buna görə də, cütlük bir film üzərində işlədiyi zaman, o, digər filmin irəli aparılması üçün çalışır.” Bundan əlavə, “Raqnarök” əvvəlki Tor filmlərindən fərqləndiyinə görə, Pirson, Tor, Halk və onların ssenari xəttinin saxlanmasına kömək etmişdir.[46]
Denni Pudi və Cim Raşın “Kapitan Amerika: Qış əsgəri” və “Vətəndaş müharibəsi” filmlərində kameo görünməsindən sonra Russo qardaşları “Cəmiyyət” sitkomundan bir aktyorun filmdə kameosunu görməyi arzu edirlər.[62] MKK-da Erik Selviq rolunu canlandıran Stellan Skarsqard müqaviləyə görə bir film qaldığını və “Tor:Raqnarök” filmində yer almadığına görə, “Sonsuzluq savaşı”nda rol alacağını düşünür[63], Netflix tərəfindən yayımlanan eyni adlı teleserialdaCessika Cons obrazını canlandıran Krister Ritter filmə maraq göstərərək deyir ki, “artıq yaradılmış nəhəng personajlarla yanaşı bu böyük filmlərdə rol almaq çox maraqlı olardı...Məncə bunun baş verməsi şansı həmişə vardır.”[64] 2016-cı ilin aprelində Russo qardaşları Kerol Denvers / Kapitan Marvelin filmlərdə görünəcəyinə işarə edirlər[65], lakin, Fayqi Denversin Sonsuzluq savaşı və onun sikveli arasında çıxarılması planlaşdırılan “Kapitan Marvel” filmində təqdim ediləcəyini bildirir.[66]Piter Parker / Hörümçək-adam personajını canlandıran Tom Holland, peronajın müəllif hüquqlarının hələ də “Sony Pictures Entertainment”ə məxsus olmasına görə onun filmlərdə görünməsinin son ana qədər havadan asılı olduğunu deyir.[67]
2017-ci il yanvarın əvvəllərində filmlərdə rol alması üçün Piter Dinkleyclə danışıqlar aparılır.[68] Çəkilişlər başlamamış Renner, Olsen və Batista ssenarini almırlar, çəkilişləri 23 yanvarda başlayan Batista isə 22 yanvar 2017-ci ildə bu haqqda xüsusi məlumat yayır.[60][69]
Russo qardaşları həmişə son filmdən nə qədər vaxt keçməsini vurğulayır və “Sonsuzluq savaşı” hadisələri “Vətəndaş müharibəsi” hadisələrindən iki il sonra baş verir.[70] MakFili filmlərin ssenarisinin yazılmasını “Vətəndaş müharibəsi”nin ssenarisinin yazılması ilə müqayisə edərkən, ikincini “parkda gəzinti” adlandırır. Əlavə olaraq, Co Russo deyir ki, onlar “Qış əsgəri”ndən “Vətəndaş müharibəsi"nə və "Sonsuzluq savaşı" filmləri arasında “güclü əlaqə xətti" olmasını istəyirdilər: “biz “Vətəndaş müharibəsi”nə Sonsuzluq savaşı üçün səhnə kimi baxırdıq və orada hadisələrin necə başlamasına, personajların vəziyyətinə diqqət yetirdik.”[71] Çoxsaylı personajların iştirakı ilə hekayə yazılmasından bəhs edən Co Russo deyir ki, onlar “bir neçə personajı əsas, digərlərini isə köməkçi kimi götürərək, personajlar arasında emosional əlaqələrə diqqət yetirməyə ümid edir”dik.[72] O, həm də əlavə edir ki, onlar “Vətəndaş müharibəsi”ndəki personajların sayını üç dəfə artırmağı qarşılarına məqsəd qoyub.[7] Filmin böyük həcmli olmasını qeyd edən Co qeyd edir ki, “izləyicilər personajların sayına görə məyus olmayacaqlar”[73] və əlavə edir ki, onların ixtiyarında əvvəlki MKK filmlərində təqdim edilmiş bütün personajlar vardır ki, bu da 67 personaj edir.[35][74] Markus və MakFili aydınlıq gətirərək qeyd edir ki, bu heç də o demək deyil ki, onların hamısı filmdə rol alacaqlar və ya əsas rolda olacaqlar, həmçinin onlar vurğulayırlar ki, planda hansısa yeni personajın təqdim edilməsi prespektivi də yoxdur.[74] Film üçün personaj seçiminin şəxsi seçim və ya hekayənin tələbi əsasında həyata keçirilməsindən bəhs edən Entoni Russo deyir ki, “Bu bir qədər həm o, həm də digəridir, siz həmişə əmin olmalısız ki, seçiminiz hekayənin nəqli üçün orqanikdir, əslində, siz onların hamısını strukturlaşdırmalısız...Bu iki nəfər arasında rəqsi xatırladır, siz daha geniş baxış bucağına maliksiz və daha çox iştirakçının qoşulmasını təmin etməyə çalışırsız...lakin, bu prosesi həyata keçirərkən siz həm də əmin olmalısız ki, bu, danışa biləcəyiniz ən yaxşı hekayədir.”[10] Co əlavə edir ki, əgər bütün personajlar istifadə edilsəydi, o zaman filmdə əvvəlki filmlərdə kiçik rol almış çoxsaylı qəhrəmanlar olardı.[75] Filmdəki çoxsaylı personajların öhdəsindən gəlmək üçün, hələ ssenarinin əvvəlində onlar bir neçə kiçik qruplara bölünürlər. DauniDəmir adamınDoktor Strenc, Vonq, Brüs Benner və sonradan Hörümçək-adamla bir dəstədə birləşməsindən bəhs edərək bildirir ki, Bennerin özünün ssenari xətti olmasına baxmayaraq “elm qardaşlığını (Stark/Benner) saxlamağa qərar verdik və onu Strak/Parker cütlüyü ilə genişləndirdik."[76]
Co Russo bu nəzəriyyəni “dünya və kainatın gördüyü ən böyük düşmənə qarşı mübarizə aparmaq üçün birləşmiş Marvel kainatı” kimi təsvir edir. O, “Sonsuzluq savaşı”ndakı kosmik elementləri “Qış əsgəri” və “Vətəndaş müharibəsi”ndəki yer elementləri ilə müqayisə edir: “Psixoloji realizmi əks etdirmək üçün biz çox ağır şəraitdə çalışmışıq. Elmi fantastikadan kənarda mövcud olmadığına görə, aydındır ki, biz ona naturalizm gətirə bilmirik, lakin psixoloji realizm vasitəsiylə qəhrəmanların hisslərini ixləyiciyə çatdırmaq bizim əsas hədəfimizdir.”[73] Entoni əlavə edir ki, “Sonsuzluq savaşı”nda “tale, qismət və qəhrəmanlığın bədəli” mövzularına toxunulur.[77] Russo qardaşları hər iki filmin tamamilə ayrı olmasını vacib hesab edirlər. Onlar üçün filmlərin müxtəlif tonallıq, müxtəlif hekayə və sürprizlərə malik olması vacib idi, lakin, hər iki filmin ssenarisi üzərində Markus və Makfili çalışdığına görə onların müxtəlif tonallıq və strukturunu təmin etmək çətin idi.[78] Entoni filmin tonunu “unikal” adlandırır, çünki, o, əvvəlki MKK filmlərində təqdim edilmiş personajların tonunu özündə birləşdirir.[70] “Sonsuzluq savaşı”nın 1990-cı illərin qarət filmlərinə oxşar çəkilməsi planlaşdırılmşdı[79], Russo qardaşları Tanos kimi mənfi personajın bir addım öndə olduğu və qarət üçün qarşısına çıxanları dağıtdığı[75] onlarla filmlərə baxaraq, Tanosun Sonsuzluq daşları uğrunda mübarizəsini təsvir etməyə çalışırlar.[79]“İki gün vadidə” və “Baxış sahəsindən kənar” filmləri Russo qardaşlarının əsas ilham mənbəyi olan filmlərdir.[70] Co Russo ikinci filmi “epik macəradan daha çox, nəhəng emosional güc” kimi təsvir edir.[44]
Russo qardaşları, Markus və MakFili qeyd edirlər ki, “bütün süjet xəttlərinin düzgün davam etdirilməsi üçün MKK üçüncü fazasına daxil olan filmlərin ssenari müəllifləri və rejissorları ilə görüşərək müzakirələr” aparıblar.[7]“Doktor Strenc” filminin rejissoru Skott Derrikson bu haqqda danışaraq deyir ki, Fayqi və Co Russo ilə sıx əlaqələri sayəsində Qisasçılar filmlərində Strencin necə istifadə ediləcəyindən məlumatlıdır. O, deyir ki, flmin ssenarisini Co ilə müzakirə edib və lazımlı bildiyi qeydləri edib.[80]“Qalaktika keşikçiləri” filmlərinin rejissoru və ssenari müəllifi, Qisasçılar filmlərinin icraçı prodüseri olan Ceyms Qann bildirir ki, Russo qardaşları, Marvel və Fayqi ilə birlikdə çalışaraq onunla “əlaqəli olan personajların hər birinin düzgün istifadə edilməsi və lazımi dərəcədə açılması”na əmin olmaq istəyib.[81][82]
Filmin müxtəlif mövqeləri işıqlandıracağından bəhs edən Entoni qeyd edir ki, “Siz müxtəlif personajların baxış bucağı ilə tanış olacaqsız. Bu, superqəhrəmanlar üçün Neşvillə oxşayır. Bu, müxtəlif laylı hekayə nəqlidir. Və bütün bunlar bir hekayədir.”[65] Co əlavə edir ki, əsas rol almış personajlar iki film arasında bölünürlər.[70] Markus da özü və Makfilinin, filmlərin əsas mənfi personajı olan, lakin, bu vaxta kimi yalnız kiçik ekran vaxtı ilə kifayətlənən Tanosun təqdim edilməsindən danışaraq deyir: “Biz gözlənilməzlik effekti yaratmırıq...ilk filmlərdən etibarən onun motivasiyası, planı və fəaliyyətinin işıqlandırıldığı çoxsaylı səhnələr vardı”,[83] Makfili isə əlavə edir ki, “biz ona real tarixçə real motiv, real məqsədlər və baxış bucağı verməliyik.”[84] Daha əvvəl “Agent Karter” teleserialının ikinci mövsümü və “Tor: Raqnarök” filminin istehsalı zamanı Marvellə əməkdaşlıq etmiş nəzəri fizik Klifford Conson Sonsuzluq savaşı filmlərində məsləhətçi kimi çalışmışdır.[85] Quruluşçu rəssam Çarlz Vud isə bildirir ki, film əvvəlki MKK filmlərində təqdim edilmiş dünyalar və yerdən başqa “çoxsaylı yeni dünyalar” təqdim edəcək.[86]
“Qisasçılar: Sonsuzluq savaşı” filminin əsas çəkilişləri 23 yanvar2017-ci ildə[87]Corciyanın Fayett dairəsindəki “Pinewood Atlanta Studios” studiyasında[88]“Mary Lou” işçi adı altında[89], Trent Opaloçun operatorluğu ilə[36] başlamışdır. Əlavə çəkilişlər Şotlandiyada aparılmış və Edinburq, Qlazqo və Şotland dağlarında baş tutmuşdur.[90] Şotlandiyadakı studiya çəkilişləri Kambernalddakı "Wardpark Studios” studiyasında aparılmışdır.[91][92] Şotlandiyada çəkilişlər 28 fevral 2017-ci ildə başlamışdır.[90]18 martdan21 aprelə kimi Edinburqun Qədim şəhər hissəsində, həmçinin Kral Mili ətrafında, o cümlədən Hay-strit, Parlament meydanı, Kokborn-strit, Roksboro və köhnə balıq dükanları[93] və Edinburq-Ueverli stansiyasında aparılmışdır.[94] 2017-ci il mayın əvvəllərində İngiltərənin Darem şəhərindəki Darem kafedralında[95], St-Abbs balıqçı kəndi[96] və Sent-Cayls kafedralı və İnverness qəsrində aparılmışdır.[96] 2017-ci il iyunun sonlarında Atlanta Mərkəzində[97] , iyulun əvvəllərində isə Atlanta Mərkəzi Parkında[98], ayın ortalarında isə Nyu-YorkunKuins rayonunda çəkilişlər aparılmışdır.[99]“Sonsuzluq savaşı” və “Qara Pantera”nın çəkilişləri Atlantada eyni vaxtda aparıldığına görə, çəkiliş heyətləri Qara Panteranın vətəni Vakandanın hər iki filmdə eyni təqdim edilməsi üçün birlikdə çalışmışdır.[100]
2017-ci il fevralın sonlarında “Pinewood Atlanta” studiyalarının sahiblərindən biri olan Deni Kati qeyd edir ki, “$1 milyarda başa gələn istehsalat prosesi studiyanın bu vaxta kimi həyata keçirdiyi ən böyük istehsalatdır”[101], lakin, daha sonra Fayqi bu məlumatın düzgün olmadığını bildirir.[102] Növbəti ay, “Qalaktika keşikçiləri” layihələrinin idarəçiləri olan Ceyms Qann bildirir ki, film əsasən Qisasçılara həsr olunsa da, Keşikçilər Tanosun hekayəsinin bir hissəsidirlər, buna görə də, onlar filmdə əsas olmasa da, süjet xəttində mühüm hissəyə malik rol oynayırlar.[103] Apreldə Fayqi bildirir ki, əvvəldən planlaşdırıldığı kimi Sonsuzluq savaşı filmləri eyni vaxtda yox, ard-arda çəkiləcək və çəkilişlər 2017-ci ilin avqustunda başlayacaq. O, izah edərək deyir ki, “Biz, onları ard-arda çəkəcəyik. İki filmin çəkilişlərini üst-üstə salmaq çox çətindir. Ona görə də biz filmlərdən biri üzərində işi tamamladıqdan sonra digəri üzərində işə başlamaq qərarına gəldik.”[104] Əvvəlcə filmlərin eyni vaxtda çəkilməsi qərarlaşdırılmış, Russo qardaşları isə “bir neçə gün birinci filmin çəkilişləri ilə məşğul olmağa, daha sonra digər filmin çəkilişlərinə başlamağa” razılaşmışdılar.[36] Entoni Russo əvvəlcə belə hesab edirdi ki, hər iki film ayrılıqda müstəqil əsər olsa da, maddi və məntiqi baxımdan onların eyni vaxtda çəkilməsi daha məqsədəuyğundur.[105] 2017-ci ilin iyununda Yohansson filmdə rol almış personajlardan bəhs edərək bildirir ki, birlikdə çəkilmiş səhnələrə əsasən təxminən 60-a yaxın personajın görünəcəyini demək olar.[106]
Sonsuzluq filminin çəkilişləri 14 iyul2017-ci ildə tamamlanmışdır.[124] 2017-ci il iyulun ortalarında Batista sikveldə qayıdacağını elan edir[125], Con Favro isə hər iki filmdə Harold Hoqan rolunu canlandıracağını deyir.[126]Samuel L. Cekson 2016-cı ildə edilmiş elana[127][128] baxmayaraq, ona Nik Fyuri roluna qayıtmaq üçün müraciət edilmədiyini bildirir.[129]
"Qisasçılar: Final" filminin çəkilişlərinə 10 avqust2017-ci ildə[130]“Pinewood Atlanta” studiyalarında[131]“Mary Lou 2”[132] işçi adı altında başlanır. Qısa müddət sonra Pol Bettani[133], Skarlett Yohansson[134], Con Favro sikveldə öz rollarına qayıdacaqlarını, Qvinet Peltrou isə Pepper Potts rolunu canlandıracağını elan edir.[135] Avqustda Atlanta Mərkəzinin Qulç ərazisində, Atlanta Metropoliten stansiyası yaxınlığında və Piedemont Parkında çəkilişlər aparılmışdır.[136] Növbəti ay Sebastyan Sten[137], Don Çidl[138] və Pom Klementieff[139] sikvel filmdə qayıdacaqlarını elan edirlər, Hiroyuki Sanadanın isə açıqlanmayan rol canlandırması üçün seçildiyi bildirilmişdir.[140] Radd, Bouzman və Letisiya Rayt rollarına qayıdacaqlarını 2017-ci ilin oktyabrında elan edirlər[141][142], noyabrda Bri Larsonun Kerol Denvers / Kapitan Marvel rolu üçün seçilir.[143] Cekson, Hört, Mişel PfayferinCenet van Din, Ceff Qoldblum da həmçinin rollarına qayıdacaqlarını bildirirlər.[144][145] "Qisasçılar: Final" filminin çəkilişləri 11 yanvar2018-ci ildə dayandırılmış[146], əlavə çəkilişlərin 2018-ci ilin iyulunda Şotlandiyanın Edinburq və Qlazqo şəhərlərində keçiriləcəyi açıqlanmışdır.[147]
Russo qardaşları demişlər ki, hər iki film IMAX/Arri 2D kameralarının istifadəsi ilə çəkilmişdir və buna görə də onlar tamamilə IMAX kameraları ilə çəkilmiş ilk Hollivud filmləridir. Çəkilmiş kadrlar IMAX dijital proqramları ilə redaktə edilmiş, IMAX kinoteatrlar üçün xüsusi genişləndirilmişdir.[148][149] Co Russo bildirir ki, “əksər xarakterlər hündürboy olduqlarına və landşaftlar gözəl olduğuna görə IMAX ölçüləri ilə daha gözəl görünür. Həqiqətən də bir neçə ekzotik landşaft vardır ki, onların IMAX ekranda görülməsi çox gözəl olacaq.”[70] Opaloç qeyd edir ki, çəkilişlərdə 12 IMAX/Arri kamerası, həmçinin, əlavə obyektivlər istifadə etmişdir.[150]
D23 Expo 2017-də Marvel “Sonsuzluq savaşı” filmində Çidlın Ceyms Rods / Müharibə maşını roluna qayıdacağını təsdiqləyir, eyni zamanda, Brolin, Bettani, Olsen, Klementieff, Gillan, Batista, Makki, Kamberbetç, Sten, Bouzman, Ruffalo, Hemsvortun iştirakı təsdiqlənir[151], yayımlanan görüntülər isə Hidlston, Yohansson və Roketanı səsləndirən Bredli Kuperin iştirakını təsdiqləyir.[152] Marvel həm də Tanosun övladları olan Qara Orden üzvləri Korvus Qleyv, Proksima Midnayt, Eboni Mau və Kull Obsidianın iştiarkını təsdiqləyir.[153]Qara Ordendən bəhs edərkən Co Russo deyir “bizdə o qədər personaj var ki, Tanosa dəstək lazımdır. Siz hər addımda Qisasçıların onu döyüşə çağırdığını təsvir edə bilməzsiz. Bizə personajlar lazımdır ki, Tanosa çatmaq üçün Qisasçılar onların yaratdığı səddi keçsinlər və bu rol üçün Qara Orden ən yaxşı namizəddir.” O, həm də komikslərdə Qara Ordenin üzvü olan Supergiqantın nəyə görə filmdə rol almamasından bəhs edərək deyir ki, “qardaşım və mənə konsolidasiya ağıllı bir şey kimi göründü, çünki, onlar bir-birinin üstünə yığılmağa başlayırdı.” Qara Ordenin güc və bacarıqları da komiksdəkilərdən fərqlənir. Belə ki, Russo qardaşları hekayənin süjet xəttinə xidmət etməsi üçün onların bacarıqlarını uyğunlaşdırmışlar.[154] 2017-ci ilin iyulunda Co Russo qeyd edir ki, “Sonsuzluq savaşı”nda tamamlanmamış bir neçə səhnə qalmışdır ki, onlar üçün çəkilişlər “növbəti aylarda aparılacaq”.[155]
2017-ci ilin avqustunda Tom Von-Lolorun “Sonsuzluq savaşı”nda[156] Eboni Mau rolunu canlandıracağı[157], Letisiya Raytın isə Şuri roluna qayıdacağı elan edildi.[158] 2017-ci ilin oktyabrında Ceykob Batalon “Hörümçək-adam: Evə qayıdış” filmindən Ned obrazını canlandıracağını bildirir.[159] Növbəti ay təqdim edilmiş ilk film treylerindən Vinston Dyukun M’Baku, Florens Kasumbanın Ayo rollarına qayıdacağı bəlli olur.[160] Treylerdən həm də, “Sonsuzluq” komiksindən Autrayderlərin filmdə yer alacağı məlum olur.[161] 2018-ci ilin fevralında Tessa Tompson Valkiriya obrazı ilə qayıdacağını bildirir, Fayqi isə məlumat verir ki, Qara Orden üzvlərini bir neçə maraqlı insan səsləndirib, lakin, onların kimliyi film təqdim edilənə kimi sirr saxlanılacaq.[162] 2018-ci il martın əvvəllərində Disney “Sonsuzluq savaşı”nın planlaşdırılan çıxış tarixinin ABŞ-də və digər bir neçə ərazidə 27 aprel2018-ci ilə dəyişdirildiyini elan edir.[163][164] Martın ortalarında filmin ilk rəsmi kinoteatr afişasının çıxarılması ilə filmdə Piter Dinkleycin rol alacağı və İdris Elbanın Heymdall rolu ilə qayıdacağı dəqiqləşir.[165] Filmin vizual effektləri “Industrial Light & Magic”[166], “Framestore”[167], “Method Studios”[168], “Weta Digital”, “Double Negative”, “Cinesite”, “Digital Domain”, “Rise”, “Lola VFX”, və “Perception” studiyaları tərəfindən işlənmişdir.[169] Hörümçək-adamın ilk dəfə “Hörümçək-adam: Evə qayıdış” filmində təqdim edilmiş və o zaman “Trixter” studiyası tərəfindən işlənmiş Qisasçılar kostyumunu “Sonsuzluq savaşı”nda “Framestore” studiyası işləmişdir.[167]
İkinci filmin əlavə çəkilişləri 2018-ci ilin sonlarına planlaşdırılmışdır.[170]