Bu məqalə braziliyalı futbolçu haqqındadır. Portuqaliyalı futbolçu üçün Kriştiano Ronaldo səhifəsinə baxın. |
Ronaldu Luis Nazariu di Lima (port. Ronaldo Luís Nazário de Lima; 22 sentyabr 1976[1][2][…]) və ya qısa olaraq Ronaldo — Mərkəz hücumçusu mövqeyində çıxış etmiş braziliyalı futbolçu. Bir çoxlarının fikrinə görə tarixin ən yaxşı futbolçularından biri.[3][4][5][6][7].
Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ronalda Luis Nazario de Lima | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | İridiş, Fenomen | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 sentyabr 1976[1][2][…] (47 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Braziliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 96 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Real Valyadolid | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | klub prezidenti | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
3 dəfə FİFA Dünyada İlin Oyunçusu və 2 dəfə Ballon d'Orun qalibi. Ronaldo 1990-cı illərə damğasını vuran futbolçudur. Onu müasir futbolun inqilabçısı saymaq olar. Performansının ən yüksək nöqtəsində olduğu 90-cı illərdə dizindən arxa-arxaya zədələnməsi onu futboldan bir neçə il kənarda tutdu. Ronaldo Avropanın böyük klublarında çıxış etdi, qollar vurdu. 1993-cü ildə başladığı klub karyerası (Kruzeyro, PSV, Barselona, İnter), 2000-ci illərdə Real Madrid və Milan ilə davam etdi. Milanda yenidən zədələnməsi futbolu onun üçün çətinləşdirdi. Daha sonra isə Korintians klubuna keçərək uzun Avropa karyerasından sonra vətəninə qayıtdı. 2011-ci ildə isə 18 illik karyerasını bitirdiyini açıqladı. Mətbuat Konfransında futboldan getdiyini açıqlayan Ronaldo ağlayaraq "Oynamaq istəyirəm, amma ayaqlarım icazə vermir" dedi. Futbolu bitirdikdən sonra 2000-ci ildə seçildiyi BMT Xoşməramlı Səfiri işinə davam etdi.[8]
1993-cü ildə Ronaldo peşəkar karyerasına Kruzeyro klubunda başladı.[9] 16 yaşında, 25 may 1993-cü ildə Kaldense klubuna qarşı peşəkar debütünü etdi. 7 noyabr 1993-cü ildə Baiya klubuna qarşı oyunda 5 qol vurdu.[10]
Ronaldo Kruzeyroda 47 oyunda 44 qol vurdu, kluba ilk Braziliya Kubokunu və Mineyro Liqasını qazanmağa kömək etdi.[11] Kruzeyroya keçməmişdən əvvəl onu uşaqlıqının sevimli komandası Flamenqo istəməmişdi, lakin Braziliya əfsanələrindən Jairzino Ronaldodakı potensialı gördü və Kruzeyroya keçməsində böyük rol oynadı.
Ronaldo 17 yaşında 1994 FİFA Dünya Kubokundan sonra PSV Eyndhoven klubuna keçməyə qərar verdi. Avropa karyerasını PSVdə başlamasını ona Romario məsləhət gördü. Romario bu klubda 1988–93 illər arasında hücumçu oynamışdı. Ronaldo ilk sezonunda Niderland liqasında 30 qol vurdu. İkinci sezonunda dizindən zədələndi, lakin 13 oyunda 12 qol vurmağı bacardı. Ronaldo 1996-cı ildə PSV ilə Niderland Kubokunu qazandı və 1995-ci ildə Erediviziya bombardiri oldu.[12][13]. PSVdə keçirtdiyi 2 sezon ərzində 58 oyunda 54 qol vurdu[14].
PSV'dəki möcüzəli çıxışından sonra Ronaldo, İnter Milan və Barselona klublarının diqqətini çəkdi, lakin Ronaldo üçün PSV klubuna $19.5 milyonluq rekord məbləği Barselona ödəyə bildi.[14]. 1996–97 sezonunda 49 oyunda 47 qol vuran Ronaldo, Katalanlar ilə finalda qələbə qolunu vurduğu UEFA Kuboklar Kubokunu, Copa del Reyi və İspaniya Superkubokunu qazandı. Əlavə olaraq 1996–1997-ci il La Liqa çempionatının 37 oyunda vurduğu 34 qolla bombardiri oldu və Qızıl buts mükafatını qazandı. 2008–2009 sezonuna qədər Ronaldo, La Liqada 30 dan çox qol vuran axırıncı oyunçu idi.[15] Barcelona karyerası Ronaldo üçün fiziki və oyun cəhətdən pik nöqtə idi. O vurduğu 47 qolun çoxunda, qoldan əvvəl qapıçıları aldadaraq geridə qoyurdu. Onun ən yadda qalan qolu yəqin ki, 1996-cı ilin 11 oktyabrında Kompostelaya vurduğu qoldur. Qolun ertəsi günü İspaniyanın öndə gedən qəzetlərindən AS qəzeti, qəzetin əsas səhifəsini "Pele Qayıdır" başlıqı ilə çapa verdi. 1996-cı ilin sonunda Ronaldo, FİFA Dünyada İlin Oyunçusu seçildi və bu titulu (20 yaş) qazanan ən gənc oyunçudur.[16]
Ronaldonun gözqamaşdıran Barselona karyerası, müqaviləsindəki problemlər səbəbi ilə sadəcə bir sezon davam etdi. Barselona 2006-ya qədər dünyanın ən güclü oyunçusu olan Ronaldoya uzun müddətli müqavilə təklifi etmək üçün masaya oturdu, lakin müqavilə barədə görüşmələrdə razılıq əldə olunmadı və İnter Milan klubu Ronaldonu, müqaviləsində yazılan sərbəst qalmaq maddəsindəkı $27 milyonu ödəyərək öz heyətinə qatdı. Məbləğ o vaxtadək, bir oyunçuya ödənilən ən böyük məbləğ idi.[17]
Ronaldo ilk sezonunda İtaliya futbol stilinə adaptasiya oldu. Hərtərəfli hücumçuluğunu inkişaf etdirdi, qol ötürmələri etdi, 11 metrlik cərimə zərbələri onun ixtiyarına verildi, cərimə zərbələrindən fərqləndi, Milan Derbisi'ndə Milana qollar vurdu və sezon sonunda klubun kapitanı oldu. Ronaldo 1997-ci ildə FİFA Dünyada İlin Oyunçusu titulunu ikinci dəfə qazandı, lakin bununla bitmədi Ballon d'Or mükafatınıda da kolleksiyasına qatdı və Ronaldo bu tituluda ən gənc qazanan futbolçudur.[18] Növbəti sezon Ronaldo Latsioya, 1998-ci il UEFA Cup finalında 3–0 qazandıqları oyunda yaddaşlardan silinməyəcək özünə məxsus qol vurdu. Müdafiəçiləri sürətlə keçib Latsio qapıçısı ilə üzbəüz qalan Ronaldo, topa toxunmadan sağa sola aldadıcı hərəkətlər etdi və qapıçını yerə yıxmağı bacardı. Daha sonra qapıçını keçərək qol vurdu və final oyununun ən dəyərli oyunçusu seçildi.[19] 1998-ci il Dünya Kubokundan sonra Ronaldo FİFA Dünyada İlin Oyunçusu mükafatında 2-ci oldu. Qalib isə Zinəddin Zidan oldu.[20]
İnterdə keçirdiyi iki sezondan sonra Milanın müdafiəçisi Maldini, Maradona ilə birgə Ronaldonu gördüyü iki ən güclü futbolçu olduğunu dedi.[21] İnter 1999–2000 sezonundan irəlidə Ronaldo, Roberto Bacco və Kristian Vyeri hücum üçlüyü ilə çox ümüdli idi.[22] Lakin 1999-cu ilin 21 noyabrında, Leççe klubuna qarşı Seria A oyununda Ronaldo ayağındakı ağrı səbəbi ilə oyundan çıxdı. Müayinələrdən sonra Ronaldonun vətərinin qopduğu və cərrahiyə əməliyyatı lazım olduğu bildirildi. Zədədən 6 ay sonra meydançalara qayıdan Ronaldo ilk oyunundaca, İtaliya Kuboku finalının 1-ci mərhələsində Latsioya qarşı yenidən zədələndi. 2000-ci ilin 12 aprelində Latsio ilə oyuna sonradan daxil olan Ronaldo sadəcə 7 dəqiqə meydanda qala bildi və eyni ayağından 2-ci dəfə zədələndi.[23] Ronaldonun ardıcıl zədə problemləri ona 2000–2001 sezonun tamamını ümumilikdə isə 2 sezon futbol oynamasına əngəl oldu. 2 əməliyyatın ardından aylar sonra başlayan bərpaetmə məşqləri, qum vannaları Ronaldonu 2002-ci ildə geri qaytardı. Ronaldo Braziliya millisinə 5-ci Dünya Kubokunu qazanmaqda köməklik etdi və 2002-ci ilin sonunda FİFA Dünyada İlin Oyunçusu titulunu 3-cü dəfə qazandı. Bu titulu 3 fərqli komanda ilə qazanan yeganə oyunçu Ronaldo 2002 sezonunda Real Madrid klubuna transfer oldu. Ronaldo İnterdə oynayarkən İtaliya mətbuatından məşhur ləqəbini İL FENOMENO ləqəbini aldı. Zədələnməsinə baxmayaraq o İnterin ən yaxşı 20 futbolçusu siyahısına daxil edildi və İnterdə 99 oyunda 59 qol vurdu.[24]
2002 FİFA Dünya Kubokundan sonra Real Madrid klubu İnter klubu ilə €46 milyon qarşılıqında Ronaldonun transferi üçün razılaşdı.[25] Ronaldonun transfer olduğu ilk gündə forması rekord göstəricidə satıldı. Ronaldo Qalaktikos erasının bir parçası idi. Ronaldo Real Madrid ilə debüt oyununda iki qol vurdu və Santyaqo Bernabeuda ayaq üstə alqışlandı. Azarkeşlər eyni reaksiyanı sezonun son oyununda, Atletik Bilbaoa qarşı vurduğu qolda da göstərdilər. Real Madrid La Liqa çempionu oldu və Ronaldo 23 liqa qolu ilə yadda qaldı.[26] Ronaldo həmçinin Madrid klubu ilə Qitələrarası Kuboku (2002) və İspaniya SuperKubokunu (2003) qazandı.[27]
Çempionlar Liqası 1/4 mərhələsinin cavab qarşılaşmasında Mançester Yunaytedə qarşı Old Trafford stadionunda het-trik edərək klubuna mərhələni keçməkdə böyük köməklik etdi.[28] Ronaldo 80-ci dəqiqədə əvəz edildi və ingilis azarkeşləri onu ayaqda alqışladılar.[28] Ronaldo Mançester Yunaytedə qarşı Old Traffordda Çempionlar Liqasında het-trik edən tək, ümumilikdə isə Mançester Yunaytedə qarşı Old Traffordda het-trik edən 2-ci futbolçudur.
2003–04 sezonunda isə Ronaldo sezonun sonlarına yaxın zədələndi. Real Madrid isə Çempionlar Liqası ilə 1/4 final mərhələsində sağollaşdı.[29] Kral Kuboku finalında isə Saraqosaya məğlub olan kral klubu La Liqa'da da 4-cü yerdə qərarlaşaraq kuboksuz mövsüm keçirdi.[30][31] Həmin sezon Ronaldo 25 qol vuraraq La Liqa bombardiri oldu və 3 dekabr 2003-cü ildə, Atletiko Madridə qarşı 14-cü saniyədə vurduğu qol ilə yadda qaldı.[32] Sezonun sonunda vurduğu 25 qolla liqa bombardiri olan Ronaldo, Marca qəzeti tərəfindən təqdim edilən Piçiçi Mükafatını ikinci dəfə qazandı.
Kral klubundakı son 2 sezonunda isə Ronaldo zədələri və həddən artıq çəkisi səbəbi ilə öz oyununu və əsas heyətdəki yerini itirməyə başladı və yerinə Ruud Van Nistelroy transfer edildi. Qollar vurmasına baxmayaraq tez-tez zədələnməyi Ronaldonun kral klubundan ayrılmasının siqnallarını verirdi və bu 2007-ci ildə baş verdi. Ronaldo 2013-cü ildə Marca qəzetinin keçirdiyi sorğuda Real Madrid tarixinin ən yaxşı əcnəbi 11 futbolçusu arasında yer aldı.[33]
2007-ci ilin 18 yanvarında Milan klubu ilə Ronaldonun təxminən €8 milyon qarşılığında anlaşdığı bildirildi. Ronaldo Real Madrid klubuna, müqaviləsi bitmədən getmək istədiyi üçün təzminat ödəmək məcburiyyətində idi. 25 Yanvarda Ronaldo yeni komandasının kubokda Romaya qarşı oyununu izləmək üçün Madriddən Milana uçdu. Milan klubunun rəsmi saytında Ronaldonun tibbi müayinə üçün Milanda olduğu və bazar ertəsi Real Madrid rəsmiləri ilə onun transferinin yekunlaşdırılması üçün danışıqlar aparılacağı bildirildi. Yanvar ayının 26-sı Ronaldo klub həkimlərinin nəzarətində tibbi müayinədən keçdi və transfer 30 yanvarda gerçəkləşdi.[34] 99 nömrəli forması ilə Milan klubunda debütü 11 fevral 2007-ci ildə, 2–1 qazanılan Livorno ilə görüşdə gerçəkləşdi.[35] Növbəti oyununda isə Ronaldo əsas heyətdə oyuna başladı və Siena klubuna qarşı 4–3 qazanılan oyunda 2 qol və 1 qol ötürməsi ilə yadda qaldı. Sezonun sonuna kimi Milanda 14 oyuna çıxan Ronaldo 7 qol vurdu.
Milandakı bu çıxışından sonra Ronaldo, Milan Derbisində hər iki komanda üçün oynayan bir neçə oyunçudan biri oldu. Ronaldo Milan Derbisində hər iki komanda üçündı qol vuran 2 futbolçudan biridir (İnter ilə 1998–99 sezonunda Milan komandası ilə isə 2006–07 sezonunda). Digər futbolçu isə Zlatan İbrahimoviçdir. Ronaldo həmçinin Real Madrid və Barselona kimi əzəli rəqib klubların hər ikisində də oynayan bir neçə futbolçudan biridir, lakin Ronaldo əzəli rəqib olan bu klublara birbaşa transfer olmayıb. Ronaldo Milanda toplam 300 dəqiqədən çox oynadıqdan sonra zədələr yenə başlamışdı. Ronaldo heç vaxt Çempionlar Liqası titulunu qazana bilmədi. 2006–07 sezonunda Milan bu turniri qazansada, Ronaldo Real Madriddə avropa oyununda iştirak etdiyi üçün təltif olunmadı.
13 fevral 2008-ci ildə Ronaldo Livorno ilə oyunda zədələnərək sezonu bağlamış oldu. Milan klubunun həkimləri açıqlamada 1999–2000-ci illərdəki zədənin bu dəfə sol ayaqında olduqunu bildirdilər. Sezonun sonunda klub ilə müqaviləsi bitən Ronaldo ilə yeni müqavilə uzadılmadı.[36]
Ronaldo dizindən olunan əməliyyatdan sonra Flamenqo klubi ilə məşqlər etməyə başladı. Klubun idarə heyəti, klubun qapılarının Ronaldonun üzünə hər zaman açıq olduğunu bildirdi, lakin Ronaldo Flamenqonun rəqibi Korintians klubuna transfer oldu.[37]
Ronaldo Korintians klubunda ilk oyununa 4 mart 2009-cu ildə Braziliya Kuboku oyununda, ehtiyatdan daxil olaraq İtumbiara klubuna qarşı çıxdı.[38] İlk qolunu isə 8 mart 2009-cu ildə Paulista Liqasında Palmeyras klubuna qarşı vurdu.[39] Ronaldo 14 oyunda 10 qol vuraraq Korintians klubuna Paulista Liqasını qazanmaqda köməklik etdi.
2011-ci ilin 14 Fevralında Ronaldo, duyğusal keçən mətbuat konfransında 18 illik futbol karyerasını bitirdiyini açıqladı. Səbəb olaraq ağrıları və Hipotireoz'u vurğuladı.[40] Ronaldo bu sözlərlə karyerasını bitirdi: "Məni xoşbəxt edən bir şeydən ayrılmaq çox çətindir. Zehnən oynamaq istəyirəm, lakin bədənimin iflas etdiyini qəbul etməliyəm. Davam etmək istəyirəm, lakin vücudum icazə vermir. Meydançada bir hərəkət etmək istəyirəm, amma bunu edə bilmirəm. Artıq getmək vaxtıdır"[41][42]
Ronaldo Braziliya komandasında 98 oyunda 62 qol vurub və milli komandanın Peledən sonra ikinci ən çox qol vuran oyunçusudur. İlk dəfə milliyə 17 yaşında çağrılmışdır. Ronaldo Braziliya millisi ilə 2 dəfə Dünya kubokuna sahib olmuş və 1 dəfə də gümüş medal qazanmışdır. Birinci qatıldığı mundialda gənc yaşına görə heyət oyunçusu deyildi. 1998 dünya kubokunda isə sərgilədiyi oyun və komandasını finala çıxardığı üçün Dünya Kubokunun ən dəyərli oyunçusu seçildi və yarışın Qızıl Topuna layiq görüldü. Ronaldo iştirak etdiyi ikinci dünya kuboku 2002 də kuboku başının üzərinə qaldırmağı bacardı. Bu dəfə ki çempionatda "Fenomen" finalda iki qol vuraraq komandasına qələbə qazandırdı, turnirin bombardiri oldu (8 qol). Bu nailiyyəti növbəti Ballon d'Oru qazanmağında çox böyük rol oynadı. 2006 FİFA Dünya Kubokunda isə O, Dünya Kuboklarında 15-ci qolunu vurdu və bu FİFA Dünya Kubokları Bombardirlər Siyahısında zirvəni ələ keçirdi və ünvanı 2014-cü ilə kimi qorudu.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |