Banqladeş — dünyanın ən kasıb ölkələri sırasına daxildir. İnsan inkişafı indeksi 0,469-dur (195 ölkə arasında 129-cu yerdədir; 2010). ÜDM-in həcmi 241,1 mlrd.dollar, əhalinin hər bir nəfərinə 1500 dollar təşkil edir. ÜDM-in 52,8%-i xidmət sferasının, 28,6%-i sənayenin, 18,6%-i kənd təsərrüfatının payına düşür.
Banqladeş iqtisadiyyatı | |
---|---|
Statistika | |
ÜDM | 249.723.887.765,42 $[1] |
Adambaşına düşən ÜDM | 1.516 $[2] |
İnflyasiya (İQİ) | 6,2 ± 0,1 %[3] |
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Dövlətin iqtisadi siyasəti təxirə salınmaz məsələlərin həllinə: yoxsulluqla, işsizliklə, müntəzəm daşqınların nəticələri ilə mübarizəyə, təsərrüfat infrastrukturunu, xüsusən energetika sahəsində zəif inkişafın aradan qaldırılmasına yönəldilmişdir. Banqladeşin iqtisadiyyatı XX əsrin sonu–XXI əsrin əvvəllərində stabil və yüksək templə inkişaf etmişdir (ÜDM-in orta illik inkişaf tempi: 1980-ci illər də 4,3%; 1990-cı illərdə 4,7%; 2009-сu ildə 5,6%). İllik investisiyaların həcmi ÜDM-in 20–25%-ni (2004-cü ildə 23,5%) təşkil etmişdir. Birbaşa xarici investisiyaların axını stabil deyildir (1995–2000 illərdə cəmi 696 mln. dollar; 2009-cu ildə 700,2 mln. dollar). Banqladeş dünyada ən çox xarici iqtisadi yardım alan dövlətlərdən biridir (2005-ci il də 1,4 mlrd. dollar) Ölkənin xarici borcu 23,22 mlrd. dollardır (2009).
2000-ci illərin əvvəllərində iqtisadiyyatda, ilk növbədə maliyyə və sənaye sahələrində dövlət sektoru kifayət qədər əhəmiyyətli yer tuturdu (1970-ci illərdə onun üstün inkişafına önəm verildiyinə görə). Ölkədə dövlət kommersiya bankları və kredit-bank korporasiyaları şəbəkəsi mövcuddur. Sənayenin toxuculuq, neft, cut, kağız, şəkər və s. sahələrində fəaliyyət göstərən dövlət şirkətlərinin özəlləşdirilməsi siyasəti həyata keçirilir.
2009-cu ildə sənaye istehsalı artımı 5,9% olmuşdur. Benqal körfəzi şelfində və sahilyanı rayonlarda, həmçinin ölkənin şərqindəki bir sıra rayonlarda təbii qaz (2008-cu ildə 17,9 mlrd. m³) və neft (gündə 57,33 barrel, qaz kondensatı ilə birlikdə; 2009) hasil edilir. Elektrik enerjisi istehsalı sürətli templə artır (2007-ci ildə 22990 mln. kVt.saat; 2001-ci ildə 15,3 mlrd. kVt.saat; 2002-ci ildə 16,5 mlrd. kVt.saat). Elektrik enerjisinin 90%-dən çoxu İES-lərdə istehsal edilir.
Emal sənayesinin ən iri sahəsi toxuculuqdur (pambıq iplik və parça istehsalı). Ölkənin əsas sənaye mərkəzlərindəki 100-dən çox iri fabriklər başlıça olaraq idxal edilən xammalla işləyir; parçaların bir hissəsi ixrac edilir. Aparıcı toxuculuq şirkətləri: "Praym tekstayl spinninq mills" ("Prime Textile Spinninq Mills"), "Tami cuddin tekstayl mills" ("Tami juddin Textile Mills"), "Padma tek stayl mills" (Padma Textile Mills") və s. Fabrik ipliyindən istehsal edilən pambıq parçanın xeyli hissəsi 1 mln.-dan çox adamın məşğul olduğu əl toxuculuğu məhsullarıdır. Hazır toxuculuq məmulatlarının paltar və trikotajın istehsalı 1980-ci illərdən daha dinamik inkişaf edir.[4] Banqladeş dünyanın cut və cut məmulatları istehsal edən əsas ölkələrindən (Hindistanla yanaşı) biridir; ildə 80 min t-dan çox cut ipliyi ixrac olunur (dünya üzrə ixracın 70%-dən çoxu). Aparıcı şirkətlər: "Monno Jutex İndustries", "All tex İndustries") və s. Yeyinti sənayesinin əsasını çay (ildə təqr. 54 min t, əsasən, ixrac üçün), şəkər (il də 123–170 min t qənd, daxili tələbat 400 min t olduğu halda), bitki yağı (tələbatın böyük hissəsi həmçinin idxalla ödənilir) istehsalı təşkil edir.
Kimya sənayesi, əsasən, k.t.-nı təmin edir; sidik cövhəri (il də 2,3 mln. t-adək), digər gübrə və pestisidlər istehsalı əhəmiyyətlidir Neft emalı (Çittaqonqda illik gücü 1,5 mln. t ), metallurgiya (Çittaqonqda polad əritmə z-du), elektrotexnika, əczaçılıq və texniki rezin sənayesi müəssisələri; gəmi təmiri dokları, gəmi mühərrikləri buraxan z-d, avtomobilyığma z-du, yazı kağızı istehsal edən iri kombinat, qəzet kağızı f-ki, həmçinin bir sıra sement z-du və tikinti sənayesi müəssisələri fəaliyyət göstərir. Əsas sənaye mərkəzəri: Dəkkə, Çittaqonq, Khulna.[5]
Ölkə ərazisinin 60%-i becərilir. Xırda kəndli təsərrüfatları üstünlük təşkil edir. Özəl torpaq mülkiyyəti icarə və subicarə ilə uzlaşdırılır. Torpaq fondunun məhdudluğu, kənd əhalisinin artıqlığı, təsərrüfatlarda məhsuldarlığın və əmtəəliyin aşağı olması səciyyəvidir. Kənd təsərrüfatının əsasını çəltikçilik təşkil edir. Əkin torpaqlarının 70%-ini çəltik sahələri tutur (il də 2–3 dəfə məhsul yığılır).[6]
Buğda (1,5 mln. t), qarğıdalı və arpa da becəriir. XXI əsrin əvvəlində ölkə özünü ərzaq taxılı ilə təmin etməyə nail olmuşdur. Paxlalı (ildə 0,5 mln. t-dan çox məhsul; ərzaq lərgəsi, noxud, maş və s.) və yağlı bitkilərin (0,5 mln. t; raps, xardal, küncüt, araxis), kartof (ildə 4 mln. t-a qədər), banan (700 mln. t), tropik meyvələr və ədvaların (300 min t-dan çox), tərəvəzin (il də 1,5 mln. t) becərilməsi mühüm əhəmiyyət daşıyır.
Texniki bitkilərdən cut daha çox əkilir. Dünyada cut məmulatına tələbat azaldığı, süni lifdən olan qablaşdırma materialına tələbat artdığı üçün xam cutun istehsalı (1972–73 illərdə 1 mln. t; 2004-cü ildə 0,8 mln. t) aşağı düşür. Şəkər qamışı (il də 7–7,5 mln. t ) və pambıq (14–16 min t) yığımı stabildir.
Banqladeş dünyada ən iri çay istehsalçısı olan on dövlətdən biridir. Çay plantasiyalarına (ümumi sahəsi 50 min ha-dan çox; əsasən, Silhet vilayətininin təpəli rayonlarında yerləşir) özəl, o cümlədən xarici (əsasən, ingilis) kapital nəzarət edir.
Heyvandarlıq az inkişaf etmişdir. Qaramal, əsasən, dartıcı qüvvə kimi istifadə edilir. Ət, süd və dəri əldə etməyin əsas mənbəyi keçidir. Mühüm təsərrüfat sahəsi balıqçılıqdır. Qeydiyyata alınan illik balıq ovu 350 min t-dan çoxdur (ümumiyyət ə, 800 min t), onun təqr. 1/3-ni (xeyli hissəsi ixrac edilir) dəniz balıqları təşkil edir. İxracın digər mühüm mənbəyi dondurulmuş xərçəng tədarüküdür.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.