Əfqanıstan iqtisadiyyatı

Əfqanıstan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən ümumi daxili məhsul (ÜDM) baxımından dünyada 102-ci yerdədir.

Əfqanıstanın iqtisadi paytaxtı Kabil

Əfqanıstan iqtisadiyyatının əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əfqanıstan dünyanın ən geridə qalmış ölkələrindən biridir. Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006)[1]. İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur.

Kənd təsərrüfatının aparıcı sahələri

[redaktə | mənbəni redaktə et]

Əfqanıstanın aqrar quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin əksəriyyəti əvvəllər olduğu kimi, hələ də əl ilədir. Əkinçilik süni suvarmaya möhtacdır. İqlimin çox quraq olması, atmosfer yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi əkin sahələrinin suvarılmasını tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln. hektardır, bunun 2,6 mln. hektarı suvarılan torpaqlardır, lakin ölkədəki münaqişələr ucbatından bu torpaqlardan səmərəli istifadə olunmur. Suvarma əkinçiliyi Hilmənd çayı hövzəsində, Kabil çayı və onun qollarının vadilərində, şimalda Hərirud çayı vadisindədir. Əfqanıstan bitkiçiliyində taxılçılıq əsas yer tutur. Buğda ölkənin bütün rayonlarında becərilir. Bu onunla izah olunur ki, ölkədə nəqliyyat şəbəkəsi zəif inkişaf etdiyindən, hər bölgə ilk növbədə öz çörəyi ilə özünü təmin etməyə çalışır. Buğda ilə yanaşı Əfqanıstanda qarğıdalı, çəltikarpa da yetişdirilir. Texniki bitkilər Şimali Əfqanıstanda geniş yayılmışdır. Pambıq və tütün əkinləri nisbətən geniş sahədə becərilən texniki bitkilərdir. Pambıq ölkədə ötən əsrin 50-ci illərindən becərilir. Əvvəllər bu sahənin inkişafı həm pambıq parça müəssisələrini xammalla təmin etmək, həm də dünya bazarında pambığın satış qiymətinin yüksəlməsi ilə əlaqədar idi. Ən məhsuldar illərdə Əfqanıstanda 150–160 min ton pambıq yığılırdı. Hazırda bu sahədə də geriləmə vardır.

Bağçılıqüzümçülük ölkədə ənənəvi təsərrüfat sahəsi sayılır. Bu sahədə əmtəəlik püstə, badam, qoz, üzüm və meyvə istehsalı mühüm əhəmiyyət kəsb edirdi. Vətəndaş müharibəsi digər sahələrdə olduğu kimi üzümlüklər və bağlara da böyük zərər vurmuşdur. Cəlalabad irriqasiya kompleksinin suyu ilə suvarılan torpaqlarda sitrus meyvələri və zeytun becərilməsinə xüsusi fikir verilir.

Heyvandarlıqla həm köçəri, həm də oturaq həyat tərzi sürən kəndlilər məşğul olur. Mövsümi otlaqlar axtarmaq məqsədilə köçərilər adətən eyni istiqamətdə hərəkət edərək, yay aylarında Hindiquş və digər dağlıq rayonlara qalxır, qışda isə Hind və Pənc çaylarının dərələri ilə aşağı-ovalıqlara enirlər. Heyvandarlıqla oturaq həyat tərzi sürən kəndlilər də məşğul olur. Ölkədə aqrar bölmədə ümumi məhsulun 30 faizi heyvandarlığın payına düşür. Bu sahədə qaragül dərili qoyunçuluq, xüsusilə əhəmiyyətlidir. Əfqanıstan qaragül dərisinin mühüm ixracatçısıdır. Ölkədə xarici valyuta gəlirinin artıb-azalması qaragül qoyunçuluğunun vəziyyətindən çox asılıdır. Qoyunçuluğun bu növü ekstensiv istiqamətdədir. Qaragül dərili qoyunçuluq ölkənin şimal və şimal-qərbində Fəryab, Bəlx vilayətlərində daha yaxşı inkişaf etmişdir. Ən məhsuldar illərdə ölkədə 1,3–1,4 mln. ədəd qaragül dərisi istehsal olunur. Dünya bazarında onun alıcıları çoxdur. Qaragül dərisi dövlətin əsas xarici gəlir mənbəyi olduğundan, ən yaxşı otlaqlar bu sahə üçün ayrılır.

Sənayenin aparıcı sahələri

[redaktə | mənbəni redaktə et]

Əfqanıstanda sənaye müəssisələri ilk növbədə kənd təsərrüfatı xammalına əsaslanır[2]. Müharibə nəticəsində əksəriyyəti dağıdılmış fabrik-zavod müəssisələrinin tikintisinə ötən əsrsn 50–60-cı illərində başlanılmışdır. Bu sahədə Əfqanıstana xarici ölkələr, o cümlədən sabiq Sovet İttifaqı da kömək etmişdir. Tərkibində azərbaycanlılar olan sovet mütəxəssisləri Əfqanıstanda 100-dən artıq müxtəlif obyekt tikilib istifadəyə vermişlər. Bu mütəxəssislərin ölkədə apardıqları geoloji kəşfiyyat işləri nəticəsində neft, təbii qaz, mis, dəmir filizi, qrafit və s. yataqları aşkar edilmişdir[3] Toxuculuq tarixən inkişaf etmiş sənaye sahələrindən biridir. 1978-ci il inqilabına qədər Heratda əyirici fabrik, Qəndaharda yun və pambıq parça toxuculuğu, Bəlxdə toxuculuq fabrikləri fəaliyyət göstərirdi. Toxuculuq sənayesinin ən böyük müəssisələri dövlətə məxsus idi. Hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırmışdır. Xalçaçılığın Əfqanıstanda tarixi çox qədimdir. Bu sənət ölkənin şimal və şimal-qərb rayonlarında daha yaxşı inkişaf etmişdir. Xalçaçılıqla ölkədə yaşayan türkmənlərtaciklər daha çox məşğul olurlar[4].

Nəqliyyatı və xarici ticarəti

[redaktə | mənbəni redaktə et]

Ötən əsrin ikinci onilliyinə qədər karvan yolları ölkənin yeganə nəqliyyat yolları sayılırdı. Bunun bir səbəbi də ölkənin səth quruluşunun mürəkkəbliyinin müasir nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsinə maneçilik törətməsidir. Nəqliyyat probleminin həlli məsələlərində sabiq SSRİ-nin və ABŞ-nin rolu böyük olmuşdur[5] .

Əfqanıstanda dəmiryol və su nəqliyyatı olmadığından avtomobil nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Kabil-Qəndahar, Herat, Kabil-Calalabad, Kabil-Pulu Xumru istiqamətində olan yollar ən intensiv yollardır. Avtomobil yolları Əfqanıstanı çay limanları, həmçinin Türkmənistan, İran, Pakistanla əlaqələndirir. Kabil-Şerxan yolu Hindquş dağlarını kəsib keçərək ölkənin şimal və mərkəz rayonlarını əlaqələndirir. Yolun əsas hissəsi 2700 metr uzunluğunda olan tuneldir. Bu tunel 3500 metr yüksəklikdən Salanq aşırımından keçir.

2007-ci ilin avqust ayının 26-da ƏfqanıstanTacikistan arasında sərhəd çayı olan Pənc üzərində uzunluğu 700 metr olan körpünün açılışı olmuşdur. Körpünün tikintisi ABŞ tərəfindən maliyyələşdirilmiş və 37 mln. dollara başa gəlmişdir. Bu körpü hər iki ölkə arasında iqtisadi əlaqələri genişləndirməklə yanaşı, Mərkəzi və Cənubi Asiya arasında İpək yolunun bərpasına xidmət edəcəkdir.

Xarici ticarət

[redaktə | mənbəni redaktə et]

Əfqanıstanın ixracatında ənənəvi məhsullar-təbii qaz, qurudulmuş meyvə, pambıq, parça, qaragül dərisi və s., idxalatında isə yanacaq, maşın və avadanlıq, nəqliyyat vasitələri, ərzaq, çox işlənən istehlak malları, silah (gizli yolla) üstünlük təşkil edir. Ticarət əlaqələrinin miqyası o qədər də geniş deyildir. Ölkənin pul vahidi əfqanidir.

  1. "Всемирный банк: Данные по стране Афганистан". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  2. Central Intelligence Agency: The World Factbook Arxivləşdirilib 2017-09-20 at the Wayback Machine (ing.)
  3. "Afghanistan's Energy Future and its Potential Implications". 2010-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  4. "Afghanistan has huge mineral resources: survey". Pajhwok Afghan News (PAN). November 14, 2007. 2015-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-23.
  5. "CIA Factbook: GDP - PER CAPITA (PPP) Afghanistan" (ingilis). 2010-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  • Central bank claims hike in cash reserves, Pajhwok Afghan News (PAN). 2010–06-09.
  • "Afghanistan receives $3.3b remittances from expats". Pajhwok Afghan News (PAN). October 19, 2007. Retrieved 2012–11-23.
  • "Drought in Afghanistan Killing Off Cattle, Sheep". Los Angeles Times. Retrieved 2013–08-14.
  • "Afghanistan". "World Factbook". "C. I. A.". Retrieved 2013–08-14.
  • World Factbook: Unemployment. 2008 estimate. Retrieved 2013–8-14.
  • World Bank Data: Afghanistan. Retrieved 2013–8-14.
  • Asian Affairs Journal, Making Money in Afghanistan: The First Western Entrepreneurs 1880–1919, Vol 3, 2012.